BÜKÜLMƏK

f.
1. Qatlanmaq, əyilmək, bükük hala düşmək.
Qəhrəman … [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. M.İbrahimov.
[Tamara:] Külək əsər, gül bükülər. S.Vurğun.

2. Əyilmək, ikiqat olmaq, belini əymək. Beli bükülmək. Boynu bükülmək.
– Həcər cəld bükülüb evə girdi. S.Rəhimov.

3. məch. Sarınmaq, bürüdülmək.
Xına bir kağız parçasına bükülmüşdü. C.Məmmədquluzadə.

4. məch. Müəyyən qaydada qatlanmaq.
Kiçik və ipək parçalar bükülüb, güvə dəyməmək üçün tütünə qoyuldu. M.S.Ordubadi.

Синонимы

  • BÜKÜLMƏK sarınmaq — bürdülmək
  • BÜKÜLMƏK qatlanmaq — əyilmək

Антонимы

  • BÜKÜLMƏK BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına bükülmüşdü (C.Məmmədquluzadə); Vəlinin gətirdiyi bağlama açılmadı ki, açılmadı
BÜKÜLMƏ
BÜKÜLMƏYƏN

Значение слова в других словарях