bədəxlaqlıq 2021
bədəl 2021
OBASTAN VİKİ
Bədəxşan
Bədəxşan(Puştu/fars. بدخشان‎, tac. Бадахшон, rus. Бадахшан, (çin.), "Bədax dağları" anlamında, Min sülaləsi dövründə Çin adı - 巴丹沙)—Tarixi vilayət. == Tarixi == Əfqan Türkistanı olaraq da bilinən bölgənin şimalında Amudərya, cənubunda Hindukuş dağları, şərqində Şərqi Türkistan, qərbində isə Kunduz çayıdır. Qismən dağlıq görünüşdə yüksək bir yayla olan Bədəxşanın ən hərəkətli kəsimi və ən canlı ticarət sahəsi Gökçəsu (Kökçəsu) vadisidir. Öncələri Bədəxşan adının də bu vadidə çox olduğu söylənən bədaxş/bəlaxş (Fr. balais, İng. balas) adındakı çəhrayı yaqutdan (ləl-i Bədaxşi, ləl-i Bədaxşani) gəldiyi irəli sürülmüşsə də daha sonra bunun əksinin söz mövzusu olduğu və daşın adını buradan aldığı görüşü qüvvət qazanmış , son illərdə isə kəlimənin Sasanilərn bədaxş/badaxş (Pəhləvicə bidaxş “müfəttiş, yüksək hakim”) ünvanından törəndiyi təsbit edilmişdir . Bədəxşan adı ilk dəfə VII-VIII əsrlərə aid Çin qaynaqlarında Po-to Chang-na şəklində keçir.
Bədəxşan vilayəti
Bədəxşan vilayəti (puşt. د بدخشان ولایت , translit. Bədəxşan vilayət, fars. ولایت بدخشان‎, translit. Vilayət-i Bədəxşan) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Sahəsi 44.059 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 860.3 min nəfər, inzibati mərkəzi Feyzabad şəhəridir. == Vilayətin inzibati quruluşu == Vilayət inzibati cəhətdən 13 rayona bölünür. == Əhalisi == Vialyətin əhalisi əsasən taciklərdən və özbəklərdən həmçinin az sayda qırğızlardan, uyğurlardan ibarətdir. Vilayətin Darvaz rayonunun əhalisini etnik farslar olan darvazi tayfası və Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aid təngşevi tayfası təşkil edir. Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonun Böyük Pamir kəndində yaşayırlar və sayları təxminən 4 min nəfərdir.
Bədəxşan xanlığı
Bədəxşan xanlığı (fars. هانیگاریا بدخشان‎) — XVII—XIX əsrlərdə Əfqan Türkistanında mövcud olmuş, sonradan Əfqanıstan Əmirliyinə birləşdirilən özbək dövlətidir. İlk hökmdar Yarbek xan, sonuncu özbəklərin Yaridlər sülaləsindən olan Cahandar şah idi. == Tarixi == XV əsrdə Bədəxşan Teymurilər imperiyasının tərkibində idi. XVI əsrdə Şeybanilərin özbək sülaləsinin nümayəndələri bu əraziyə iddia etməyə başladılar. Şeybanilərin Teymurun nəsli ilə sonrakı mübarizəsi burada gah birinin gah digərinin uğuru ilə keçdi. Bədəxşan, nəhayət, II Abdulla xan (1583-1598) tərəfindən sonunculardan geri alındı . == Özbək hakimiyyəti altında == 1584-cü ildə II Abdulla xan Bədəxşanın yalnız qərb hissəsini ələ keçirə bildi. Geri alınan ərazi Əbdülmömin xanın mirasına daxil edildi. Lakin Bədəxşanın şərq hissəsi hələ də Süleyman-şah və onun övladlarına məxsus idi.
Dağlıq Bədəxşan Muxtar Vilayəti
Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət. 15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür. DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir. Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir.

Значение слова в других словарях