Bənövşə. (“Koroğlu” dastanının lüğəti)
Qeyd: bənəfşə (bənövşə) bığlar ifadəsi bayatılarımızda da rast gəlinir. Prof. Məhərrəm Qasımlı bu ifadəni bığa xüsusi qulluq edilməsi, ətirli maddələr vurulması ilə bağlayır.
Hay deyib meydan quranda,
Bənəfşə bığlar buranda,
Dişlərim qamaş duranda,
Gərək polad gəmirəm mən.
(“Koroğlu ilə Bolu bəy”) (“Bolu-Şamaxı”)