Bəsrə körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi ve ya Bəsrə körfəzi (türk.Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربی - əl-Xəlicül-ərəbı, əl-Xəlic əl-ərəbı) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər.Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır.Bu ad tarixi köklərə malikdir və Osmanlı İmperiyası dövründə bu adla tanınıb.Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur.
Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür.
Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır.
Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.
== Mübahisəli adlandırma ==
Mənbələrdə körfəz müxtəlif cür adlandırılır.