Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəhuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
EL TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu ildə isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı ildə "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. == Ümumi məlumat == Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. == Həyatı == Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
El-Gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. == Etimalogiyası == Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
El-Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. == Etimologiya == Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. == Coğrafiya == İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
El-Nino
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
El-Ninyo
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
El-Paso
El-Paso (Texas) — Texas ştatında şəhər, ABŞ.
El (tanrı)
ʼĒl (həmçinin ' Il, Ugaritic ʾīl ; Phoenician ʾīl ; ivr. ‏אֵל‏‎ ʾēl ; süry. ܐܺܝܠ ʾīyl ; ərəb. إيل‎ ʾīl və ya إله ʾilāh ; akkad. 𒀭 dili ilə qohumluq ) "İlah" və ya " tanrı " mənasını verən və ya bir çox qədim Yaxın Şərq tanrılarından hər hansı birinə (xüsusi ad kimi) istinad edən şimal- qərb semit sözüdür. Daha nadir forma olan ' ila, köhnə akkad və amorit dillərində predikat formasını təmsil edir. Bu söz protosemit dilindən "tanrı" mənasını verən *ʔil-'den götürülüb. ' El" və ya ' Il " kimi tanınan xüsusi tanrılara qədim Kənan dininin ali tanrısı və Mesopotamiyanın Erkən Dynastika Dövründə Şərqi Semit dillərində danışanların ali tanrısı daxildir. == Dil formaları və mənaları == ʼĒl sözünün qohum formalarına bütün semit dillərində rast gəlinir. Bunlara uqaritik ʾilu daxildir , Cəm forma ʾlm ; Finikiyalı ʾl cəm forma ʾlm ; İbranicə ʾēl , cəm forma ʾēlîm ; arami ʾl ; Akkad ilu , Cəm forma ilānu .
El Anatsui
El Anaçyu (ing. El Anatsui 1944, Qana) — alüminium örtüklər, qutular və metal əşyaları ilə tanınan müasir Afrika rəssamı. == Yaradıcılığı == Anaçyu 1960 və 1970-ci illərdə müstəqillik qazandıqdan sonra Qərbi Afrikada bədii hərəkatların bərpası əsnasında özünü bir rəssam elan etdi. O, yenilikçi olmaqla beynəlxalq səviyyədə tanınmışdır. Anaçyu işinin əsas mövzusu xarici qüvvələrin güclü təsirindən ötəri Afrika mədəniyyətindəki dəyişiklikdir. Onun gözəl və kompleks əsərləri daha müasir təsirlərlə Afrika sənətinin ziddiyyətli tarixinin orijinal sintezini əks etdirir. Qana və Nigeriyanın estetik ənənələrinə əsasən əsərlər Qərbi Afrikanın mədəni, sosial və iqtisadi tarixini daşıyır. == Media == Anaçyu yaradıcılıq karyerası boyunca ağac, keramika və boya daxil olmaqla, müxtəlif materialları sınaqdan keçirmişdir. Sonradan o metal obyektlərə, yüzlərlə və ya hətta minlərlə sənayenin təsirli bir sənət əsəri yaratmaq üçün materialları bir araya gətirdi. == Bioqrafiya == Anaçyu 1944-cü ildə Qanada anadan olub, 1965-ci ildən 1969-cu ilədək Elm və Texnologiya Universiteti, Kvame Nkrumah adına İncəsənət Kollecində təhsil almışdır.
El Anaçyu
El Anaçyu (ing. El Anatsui 1944, Qana) — alüminium örtüklər, qutular və metal əşyaları ilə tanınan müasir Afrika rəssamı. == Yaradıcılığı == Anaçyu 1960 və 1970-ci illərdə müstəqillik qazandıqdan sonra Qərbi Afrikada bədii hərəkatların bərpası əsnasında özünü bir rəssam elan etdi. O, yenilikçi olmaqla beynəlxalq səviyyədə tanınmışdır. Anaçyu işinin əsas mövzusu xarici qüvvələrin güclü təsirindən ötəri Afrika mədəniyyətindəki dəyişiklikdir. Onun gözəl və kompleks əsərləri daha müasir təsirlərlə Afrika sənətinin ziddiyyətli tarixinin orijinal sintezini əks etdirir. Qana və Nigeriyanın estetik ənənələrinə əsasən əsərlər Qərbi Afrikanın mədəni, sosial və iqtisadi tarixini daşıyır. == Media == Anaçyu yaradıcılıq karyerası boyunca ağac, keramika və boya daxil olmaqla, müxtəlif materialları sınaqdan keçirmişdir. Sonradan o metal obyektlərə, yüzlərlə və ya hətta minlərlə sənayenin təsirli bir sənət əsəri yaratmaq üçün materialları bir araya gətirdi. == Bioqrafiya == Anaçyu 1944-cü ildə Qanada anadan olub, 1965-ci ildən 1969-cu ilədək Elm və Texnologiya Universiteti, Kvame Nkrumah adına İncəsənət Kollecində təhsil almışdır.
El Arslan
El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu == Həyatı == Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur. Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi.
El Cerro
El Cerro (ing. Al Jarreau) - ABŞ-lı məşhur caz musiqisi ifaçısı. Qremmi mükafatı və müxtəlif musiqi mükafatları sahibidir. 1981-ci ildə yayımladığı musiqi albomu Breakin' Away və 1980-ci illərdə yayımlanan rol alıb bəzi sinqllarını səsləndirdiyi məşhur serial Mavi Ay ilə tanınır. Müğənninin yüksək bir performans göstərdiyi 1985-ci ildə səsləndirdiyi sinqlı We Are the World populyardır. Miluoki, Viskonsində 12 mart 1940-da doğulan El Cerro 12 fevral 2017-də 76 yaşında ölüb.
El Clásico
El Klasiko (isp. El Clásico) — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb. == Tarixi == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb.
El Dorado
Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər. Uzun müddət axtardıqdan sonra tapılmayan və ya tapılma ehtimalı olmayan bir şeyi ifadə etmək üçün də Eldorado sözü işlədilir.
El Escorial
El Escorial — İspaniyanın paytaxtı Madridin təxminən 45 km şimal-qərbində yerləşir. İspaniya krallarının tarixi saray xarakterində bir quruluşda olub, 10 avqust 1558-ci ildə Fransa ilə Sankt-Quentin müharibəsində qazanıldığı qələbəni anmaq üçün II Filipp tərəfindən inşa edilmişdir. Sierra de Guadarrama dağının ətəklərində monastır, saray, kitabxana və digər hissələrdən ibarət olan, İspaniya kralı II Filippnin iqamətgahı kimi istifadə olmuş dini-mədəni abidədir. 1984-cü ildən UNESCO-nun Dünya Mirasları siyahısındadır. == Tarixi == İspaniya kralı II Filipp 10 avqust 1557-ci il tarixində Sankt-Quentin müharibəsində Fransız ordusunu məğlub etdi. Ənənəvi inanca görə qələbə Sent Laurensenin anma günü olduğu üçün II Filipp Sent Lourensin şərəfinə El Escorial qəsrinin tikintisinə qərar vermişdi. Çünki 10 avqust həmçinin Sent Laurenseni anma günüdür və Lourens III əsrdə döyüşlərdə həlak olmuşdur. Laurens günündə qazandığı bu qələbə üçün minnətdarlıq ifadəsi kimi İspan monarxiyasının və silahının gücünü göstərəcək və Sankt-Quentin qələbəsini əbədiləşdirəcək bir monastır inşa etdirməyə qərar vermişdir. Monastır layihəsi zamanla, quruluşa yüklənmək istənən mənalara paralel bir şəkildə böyüyürdü. V Karlın vəsiyyət etdiyi kimi bir sülalə panteonu ideyasının işin içinə düşməsinin arxasında, monastırla kral sarayını bir araya gətirmək vasitəsilə İspaniya mütləqiyyətinin siyasi doktrinasının daşa həkk olunması məqsədi güdürdü.
El Faning
El Faninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
El Gráfico
El Grafico Argentinada aylıq nəşr edilən idman jurnalıdır. İlk dəfə 1919-cu ilin may ayında nəşr edilən bu dərgi ilk vaxtlarda həftəlik olaraq qəzet formasında çap edilirdi. Lakin sonradan tamamilə idman dərgisinə çevrildi. 2002-ci ildən etibarən isə dərgi aylıq olaraq çap edilməyə başlandı. El Grafico tək Argentinada deyil bütövlükdə Cənubi Amerikada ən çox bəyənilən idman dərgilərindən biridir. Jurnala ləqəb olaraq La Biblia del deporte ("İdmanların Bibliyası") deyilir == Tarix == El Grafico ilk dəfə Konstansio Viqil tərəfindən 1919-cu ilin may ayında nəşr edilmişdir. Viqil Uruqvay vətəndaşı idi və 1918-ci ildə böyük uğurla Atlantida jurnalının əsasını qoymuşdur. Amma 1919-cu ildə tragik həftənin nəticəsi olaraq fəaliyyətləri dəyandırdı və o, öz şəxsi çap məkanını əldə etməyə israrlı oldu. Beləliklə o, El Grafico dərgisinin əsasını qoymuş daha sonra isə uşaqlar üçün "Billiken" jurnalını və 1922-ci ildə qadınlar üçün nəzərdə tutulmuş "Para Ti" nəşrinin yaradıcısı olmuşdur. Dərgilərin baş qərargahı Buenos-Ayres şəhərində yerləşirdi.
El Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. == Etimologiya == Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. == Coğrafiya == İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
El Klasiko
El Klasiko (isp. El Clásico) — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb. == Tarixi == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb.
El Klassiko
El Klasiko (isp. El Clásico) — İspaniyanın "Barselona" və "Real Madrid" klubları arasında keçirilən oyunlara verilən ad. Real Madrid "Barselona"ya qarşı ümumilikdə 104 rəsmi matçda qalib gəlib, "Barselona" isə 100 matçda qalib gəlib. 14 yanvar 2024-cü il tarixində keçirilmiş oyuna kimi iki komanda arasında 52 heç-heçə qeydə alınıb. == Tarixi == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. İki komanda arasındakı ilk oyun 17 fevral 1902-ci ilə təsadüf edir. Hansı ki, həmin vaxt bu matç "El Klasiko" adlanmırdı. İndiyədək ümumilikdə 235 dəfə qarşılaşan komandalardan Barsanın 102, Realın isə 104 qələbəsi var. Qalan 42 oyun bərabərliklə başa çatıb.
El Mundo
El Mundo — 1989-cu ildə yaranan İspaniya qəzeti.
El Paso
El-Paso (Texas) — Texas ştatında şəhər, ABŞ.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Lakin Oğuzların Eymür boyundan gəlir Dümbüli tayfası.
Dünya Elektron Kitabxanası
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Dünya Elm Festivalı (2008)
Dünya Elm Festivalı (2008) — Nyu-York şəhərində baş tutmuş elm festivalıdır. Festival, əsasən, multimedia təqdimatları ilə müşayiət olunan səhnədə söhbət və müzakirələr panelindən ibarətdir. Gənclər geniş küçə yarmarkası daxil olan və elmi prespektivdən idman kimi mövzuları təqdim etdilər. Festivala həmçinin elm, siyasət, idarəetmə və biznes sahəsindən yüksək səviyyəli iştirakçıların görüşü- Dünya Elm Sammiti daxildir. Festivalın əsası bir neçə məşhur elmi kitabların müəllifi Kolumbiya Universitetinin fizika professoru Brayan Qrin və arvadı tərəfindən qoyulmuşdur.
E3 (Electronic Entertainment Expo)
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Elektrod
Elektrod — [elɛkˈtroːde] (electric, „elektrik“ und ὁδός hodós, „yol“ sözlərindən əmələ gəlmişdir) elektron keçiricisi olub qarşı tərəfdə yerləşən elektrodla bilrikdə aralarındakı mühitə təsir edir. Elektrodlar çox hallarda metaldan və ya qrafitdən düzəldilir. Onlar elektrik cərəyanını ötürmək üçün tətbiq edilirlər. Həmçinin kimyəvi reaksiyaların aparılmasında da elektrodlardan istifadə edilir. Məsələn, batareyyadan sink elketrodundan ayrılan ionlar məhlula keçdikdə cərəyan yaradırlar. Müsbət yüklü elektrod anod, mənfi yüklü isə katod adlanır.
Elektrodinamika
Elektrodinamika — elektrik yükləri arasında qarşılıqlı təsiri həyata keçirən elektromaqnit sahəsinin klassik nəzəriyyəsi. Klassik elektrodinamikanın əsas qanunları Maksvell tənliklərində təşəkkül tapmışdır. Bu tənliklər elektromaqnit sahəsinin əsas xarakteristikaları olan elektrik sahəsinin intensivliyinin (E) və maqnit induksiyasının (B) qiymətlərini vakuumda və makroskopik cisimlərdə elektrik yüklərinin və cərəyanların fəzada paylanmasından asılı olaraq təyin etməyə imkan verir. Klassik elektrodinamikada ayrı-ayrı yüklü zərrəciklərin yaratdığı mikroskopik elektromaqnit sahəsi makroskopik cisimlərdə elektromaqnit proseslərin klassik statistik nəzəriyyəsinin əsasını təşkil edən Lorens–Maksvell tənlikləri ilə təyin olunur; Lorens–Maksvell tənliklərinin ortalaması Maksvell tənliklərinə gətirir. Klassik elektrodinamikanın qanunları yüksəktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yəni kiçik fəza–zaman intervallarında baş verən proseslər üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, VII CİLD. İ. M. Nəcəfov. Müasir klassik elektrodinamika, I hissə.
Elektroenergetika sistemi
Elektroenergetika sistemi (EES) — mənbələrin, ötürücü və paylayıcı sistemlərin və elektrik enerjisi işlədicilərinin cəmidir. Elektrik şəbəkəsi — birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları. Elektroenergetika sistemi (elektrik sistemi) — elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının ümumi bir prosesi ilə əlaqələndirilmiş energetika sisteminin elektrik hissəsidir. Energetika sistemi — bir-biri ilə birləşdirilmiş və ümumi bir rejimlə əlaqələndirilmiş elektrik stansiyaları, elektrik enerjisi işlədiciləri və elektrik şəbəkələrindən ibarət texniki obyektdir. = Elektroenergetikanın inkişafının birinci mərhələsi [1] = Azərbaycanda elektroenergetikanın inkişafı tarixi XIX əsrdən təşəkkül tapıb. İlk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa edilib. 1901-ci ildə gücü 2000 at.q.-də olan Bibiheybət elektrik stansiyası, 1902-ci ildə isə Qara şəhərdə (indiki Ağ Şəhər), gücü 2000 at.q. olan elektrik stansiyası istismara verilib. 1913-cü ildə Bakı rayonunda 109,8 min kVt·st elektrik enerjisi istehsal edilib ki, onun da 95%-i neft sənayesinə, yalnız 5%-i ölkənin işıqla təminatına yönəldilib. Birinci dünya müharibəsi ərəfəsində fəaliyyət göstərən “Elektrik gücü” Səhmdar Cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 MVt təşkil edib.
Elektroenergetika sistemlərındə zədələnmələr və qeyri-normal rejimlər
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Elektroensefaloqrafiya
Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEG bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur.Rutin EEG çəkilməsi 20-30 Beyini sıradan çıxarır.dəqiqə davam edir. == EEQ dalğaları == Delta ritmi - 0,5-3,5 Hz tezlikdə, normal yetkin şəxslərdə dərin yuxuda görünür. Teta ritmi - 4–7 Hz tezlikdə, normal yetkin şəxslərdə yuxunun ilk mərhələrində görülür. Alfa ritmi - 8–12 Hz tezlikdə, normal yetkin şəxslərdə gözlər oyanıq və qapalı olduğunda görülür. Beta ritmi- 13–38 Hz tezlikidə,normal yetkin şəxslərdə oyanıqlıq vəziyyətində görülür. == Epilepsiya və EEQ == Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. Lakin bu metodun üstünlükləri və məhdudiyyətlərini bilmək lazımdır.
Elektroerrozion üsulu
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır. Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar: elektrodla emal; məftillə emal. Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır.
Elektrofiziologiya
Elektrofiziologiya — (yunan sözü olub elektrov-elektron, kəhrəba; logos-bilik deməkdir) fiziologiyanın bir bölməsi olub, orqanizmdə onun müxtəlif fəaliyyət növlərində- iradi, qeyri-iradi, törədilmiş və spontan, mikro və makro səviyyələrdə ayrı-arrı hüceyrələrin və liflərin sinaps və membranlarında bioelektrik fəallığının tədqiqindən tutmuş bütöv orqanizmin inteqrativ funksiyalarını qiymətləndirməyə imkan verən nəticələrin poliqrafik registrasiyasına kimi elektrik hadisələrini öyrənən sahəsidir. Elektrofiziologiyanın əsas tədqiqat obyekti sabit və dəyişkən cərəyanın təsiri şəraitində sinir və digər elementlərin, ayrı-ayrı orqanların və bütöv orqanizmin elektrik fəallığını öyrənməkdən ibarətdir. Hal-hazırda elektrofiziologiya fiziologiya və psixologiyanın, eləcə də təbabət və biofizikanın metodik bazasını təşkil edir. == Elektrofiziologiyanın tarixi == Elektrofiziologiyanın tarixi italyan həkimi, anatomu və fizioloqu Luici Qalvaninin adı ilə bağlıdır. Biolelekrik və ya heyvani elektrik hadisəsi haqqında təlimi eksperiment dəlillərilə ilk dəfə əsaslandıran italyan həkimi Luici Qalvani(1786) olmuşdur.Öz müşahidələrinə və təsadüfi hadisələrə əsaslanaraq belə nəticəyə gəlir:əzələdə heyvanı elektrik çərəyanı vardır,bu elektrik cərəyanı sinirdən müxtəlif təbiətli metalların iştırakı ilə əzələyə qayıtdıqda ona qıcıqlandırıcı təsir göstərir.L.Qalvani öz müşahidələrini və digər təcrübələrini "əzələ hərəkəti zamanı elektrik qüvvələri haqqıda traktat" (1791) əsərində izah etmişdir.Lakin L.Qalvaninin müasiri fizik Aleksandr Volta (1792) Heyvani elektrikin varlığı fikrini yanlış hesab edərək,onun kəşfinin mötəbərliyini şübhə altına aldı.Volta fiziki yollarla isbat etməyə çalışdı ki,Qalvaninin təcrübəsində əzələnin təqəllüsünə səbəb olan elektrik ,qövsün müxtəlif metaldan ibarət uclarının nəm mühitə (əzələyə) toxunmasından əmələ gəlir;sinir-əzələ preparatı isə qövsün uclarını əlaqələndirməklə dövrəni bağlayan adi naqil rolunu oynayır.XIX əsrinəvvəllərində elektrik ölçən cihazların tətbiqi ilə aparılan tədqiqatlarda müəyyən oldu ki, sakit vəziyyətdə əzələnin səthi müsbət ,daxili isə mənfi elektrik yükü daşıyır.Əzələnin təqəllüsü zamanı isə onun səthi və daxili arasindakı potensiallar fərqi azalır. Bunu nəzərə alaraq ,əzələnin sakit vəziyyətindəki potensiallar fərqini sükunət cərəyanı (sükunət potensialı), təqəllüs edən əzələdəki potensiallar fərqini isə fəaliyyət cərəyanı (fəaliyyət potensialı) adlandırdılar.XIX əsrin ortalarında K.Matteuççi (1840,1861) Qalvaninin təcrübələrini təkrarlamaqla yeni maraqlı hadisə qeydə aldı.O elektrik qıcığı təsirilə təqəllüs edən əzələnin üzərinə ikinci preparatın sinirini qoyduqda ,həmin preparatın da əzələsinin təqəllüs etdiyini müşahidə etdi.Matteuççinin fikrinə görə preparatlardan birincisinin təqəllüsünə səbəb texniki elektrik qıcığı,ikincinin təqəllüsünə səbəb isə birinci preparatda təqəllüs zamanı əmələ gələn fəaliyyət potensialıdır.Bu təcrübə ikinci tetanusda adlandırılmışdır.Canlı toxumalarda elektrik hadisələri haqda təlim XIX əsrin 40-50-ci illərində Dübua-Reymon tərəfindən ətraflı öyrənilib təkmilləşdırılmışdir.O təkmilləşdirilmiş qalvonometr,induksion cihaz və qütbləşməyən elektrodların potensiallarının olmasını qəti surətdə isbat etmişdir."Heyvani elektrikin " mənşəyi barədə Dübua-Reymon (1848,1849) özünün məşhur "elektromotor molekulyar" nəzəriyyəsini ortaya atmış,onun təkləbəsi Herman (1870) isə bioelekrik cərəyanının kimyəvi əsaslarına dair fikir söyləmişdir.Gelliger və Müller (1856) müəyyən etdilər ki,döyünən ürəyin üzərinə sinir-əzələ preparatını qoyduqda, preparat ritmik olaraq təqəllüs edir.Daha sonra Y.Bernşteyn (1871) sinirdə və əzələdə fəaliyyət cərəyanı fazalarını müşahidə etmiş, V.Y.Danilevski (1876) beynin sükunət cərəyanının funksional vəziyyətdən asılılığını öyrənmiş N.Y.Vvedenski (1880) əzələ və sinirlərin oyanması zamanı təsir cərəyanları və onların ritmlərinə təklif etdiyi telefonla qulaq asmiş ,İ.M.Secenov (1982) isə beyində "spontan elektrik potensiallarını "aşkar etmişlər. == Sükunət və fəaliyyət potensiallarının mənşəyi == XIX əsrin ortalarında əzələnin zədələnməmiş və zədələnmiş sahələri arasında əmələ gələn bioelekrik cərəyanı artiq məlum idi. Canlı hüceyrədə sakit vəziyyətdə potensiallar fərqi sükunət potensialı və ya membran potensialı adlandırılmışdır.Sükunət potensialının dəqiq ölçülməsi hüceyrədaxili aparma ücün nəzərdə tutulan mikroelektrodların köməyi ilə mümkün olmuşdur.Membran potensialı eninə zolaqlı əzələ liflərində 60-90 mv,sinir hüceyrələri və liflərində60-70 mv,birləşdirici toxuma hüceyrələrində 30-50 mv və epitel toxuması hüceyrələrdə 15-35mv və epitel toxuması hüceyrələrində 15-35 mv-a bərabər olur.Eyni tipli hüceyrələrdə membran potensialının ölçüsü daimi qalmır.1866-ci ildə İ.M.Seçenov Dübüa-Reymon nəzəriyyəsi ilə razılaşmayaraq canlı toxumada elektrik potensiallarının mənşəyində metabolizmin rolu haqqinda mühüm fikir söyləmişdir.Bu fikrə əsaslanan sonrakı tədqiqatlar göstərdi ki, toxumada maddələr mübadiləsinin pozulması (temperaturun düşməsi ,asfiksiya,qlükolizin zəifləməsi və s.səbəblər) elektrik potensiallarının zəifləməsinə və ya itməsinə səbəb olur.Sükunət potensialı haqqinda ilk təsəvvür 1896-cı ildə V.Y.Çaqovetsi tərəfindən verilmişdir.O Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsinə(1887) əsaslanaraq bioelektrik proseslərin ion təbiəti haqqinda fikir irəli sürmüşdür.Xockin və A.Xaksli bu nəzəriyyənin modifikasiyasını vermiş (1952) və eksperimental yolla əsaslandırmışdır.İon-membran nəzəriyyəsinə əsasən bioelektrik cərəyanın əmələ gəlməsində hüceyrə membranı və sitoplazmada K+,Na+ Cl- ionlarının qeyri-bərabər miqdarda yayılması və membran səthinin onlar üçün müxtəlif keçiriciliyə malik olmasıdır.Hüceyrənin sakit vəziyyətində onun sitoplazmasında K+ionlarının miqdarı hüceyrəni əhatə edən mayedəkinə nisbətən 30-50 dəfə çoxdur.Həmin vəziyyətdə hüceyrənin xaricində Na+ ionlarının miqdarı daxildəkinə nisbətən 8-10 dəfə,Cl- ionlarınınkı isə 15-30 dəfə çox olur.Cl-ionları miqdarının hüceyrəxarici mühitdə protoplazmadakına nisbətən 13,5 dəfə az olduğunu göstərir.Hüceyrəxarici və daxili potensiallar fərqini saxlaya bilən səbəb də mövcuddur.Həmin səbəb hüceyrə daxilində xeyli miqdarda (hər l.litr hüceyrədaxili mayedə 150ml/mol) mənfi elektrik yükü daşıyan üzvü anionların olmasıdır.Bununla belə Na+ və K+ ionları miqdarının hüceyrə səthində və daxilində qeyri-bərabər miqdarı sükunət potensialının səviyyəsini müəyyən edən əsas şərtdir.Hüceyrənin sakit vəziyyətində membranın xarıcı səthi müsbət,daxili (sitoplazma) mənfi elektrik yükü daşıyır.Hüceyrənin daxilində və xaricində K+ ionları miqdarı bərabərləşməyə meyl etdikcə potensiallar fərqi azalır,yəni sükunət cərəyanı zəifləyir.Bu zəifləmə Na+ ionlarının hüceyrə daxilinə axını artdiqda da aydın müşahidə olunur.Bu fərqlərin axını artdiqda da aydın müşahidə olunur.Bu fərqlərin sürətlə bərabərləşməsinə canlı hüceyrəni örtən nazik(100A-ə bərabər) plazmatik membrana maneçilik törədir. == Elektrofiziologiyanın bölmələri == ürək-elektrokardioqramma beyin-elektroensefaloqramma hüceyrə-elektroretinoqramma qan dövranı-reoqrafiya mədə-bağirsaq traktı-elektroqastroenteroqrafiya sümük-əzələ- elektromioqrafiya == Həmçinin bax == Elektroensefaloqrafiya Fiziologiya Elektromaqnit dalğaları Elektrokardioqrafiya == Ədəbiyyat == Гусельников В.И.Элэктрофизиология головного мозга.М:Высщая школа,1976. Коган А.Б. Элэктрофизиология М,1969 Мендельсон М.Э.,Электрофизиология //Энциклопедический словарь Брокауза и Ефрона: в 86 т.(82 т.
Elektrofobiya
Elektrofobiya— elektrik qorxusudur. == Səbəbləri == Elektrofobiyanın səbəbi ümumiyyətlə elektrik cərəyanı ilə bağlı travmatik təcrübədir. Bəziləri bunu televiziyada görmüş və ya təsadüfən elektrik cərəyanı vuraraq ölən insanların xəbərlərini oxumuş ola bilər. Elektrofobiyanın başqa bir təbii səbəbi ildırım vurması və ya digər insanların vurulması haqqında eşitməkdir. Elektrofobiya xəstələri mümkün qədər elektrikdən istifadə etməməyə çalışacaqlar. Onlar elektrik cihazlarının az olduğu evlərdə yaşamağa, tərəvəzləri elektrik doğrayandan istifadə etmək əvəzinə doğrama taxtası və bıçaqla doğramağa, kompüterdə yazı və çap etmək əvəzinə qələmlə nəsə yazmağa üstünlük verə bilərlər. Elektrofoblar elektriklə işləyən əşyalardan istifadə edərkən həddindən artıq narahatlıq hiss edəcəklər. Onlar televizoru və digər cihazları qoşmaqdan imtina edəcəklər və buna məcbur olduqda narahatlıq əlamətləri göstərə bilərlər.
Elektroforez
Elektroforez ("elektro" — elektrik cərəyan və "forez" — yunan dilində "daşınma", "köçürmə" deməkdir) — Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir. Müsbət yüklü hissəciklərin (kationların) elektroforezi bəzən kataforez, mənfi yüklü hissəciklərin (anionların) elektroforezi isə bəzən anaforez adlanır. Elektroforezin elektrokinetik fenomeni ilk dəfə 1807-ci ildə Moskva Universitetində rus professorları Peter İvanoviç Straxov və Ferdinand Frederik Reuss tərəfindən müşahidə edilmiş, daimi elektrik sahəsinin tətbiqi nəticəsində suda dağılmış gil hissəciklərinin miqrasiyasına səbəb olduğunu müşahidə etmişlər. Elektroforez laboratoriyalarda makromolekulları ölçüsünə görə ayırmaq üçün istifadə olunur. Texnika mənfi yük tətbiq edir ki, zülallar müsbət yükə doğru hərəkət etsin. Elektroforez DNT, RNT və protein analizində geniş istifadə olunur.
Elektrofotoqrafik printerlər
Elektrofotoqrafik printerlər – lazerli, işıq-şüalandıran diod, maye-kristal və ion-çöküntülü elektrostatik printerlərin aid olduğu çap qurğularının kateqoriyası. Onların əsas komponenti kağızda çap ediləcək görüntünü özünə köçürən elektrostatik yüklü barabandır. Bu yük boyaq hissəciklərini barabana çəkir ki, onlar da sonradan kağıza köçürülür. Elektrofotoqrafik printerlərin müxtəlif tipləri bir-birindən əsasən yükün barabanın üzərinə köçürülməsi üsulu ilə fərqlənir.
Elektrogitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Elektrohərəkət qüvvəsi
Elektrohərəkət qüvvəsi — sabit vә ya dәyişәn cәrәyan mәnbәlәrindә kәnar (qeyri-potensial) qüvvәlәrin tәsirini xarakterizә edәn fiziki kәmiyyәt; qapalı dövrәdә vahid müsbәt yükü hәrәkәt etdirәn hәmin qüvvәlәrin gördüyü işә bәrabәrdir. Әgәr kәnar qüvvәlәrin sahә intensivliyini Ekәn., EHQ-ni ℰ ilә işarә etsәk, onda L qapalı konturunda ℰ=∮LEkәn.dl-ә bәrabәr olar, burada dl – konturun uzunluq elementidir. Elektrostatik sahәnin potensial qüvvәlәri dövrәdә sabit cәrәyanı saxlaya (davam etdirә) bilmirlәr, belә ki, bu qüvvәlәrin qapalı yoldakı işi sıfıra bәrabәrdir. Naqildәn cәrәyan keçәrkәn enerji ayrılır – naqil qızır. Kәnar qüvvәlәr generatorların, qalvanik elementlәrin, akkumulyatorların vә digәr cәrәyan mәnbәlәrinin daxilindә yüklü zәrrәciklәri hәrәkәtә gәtirir. Kәnar qüvvәlәrin mәnşәyi müxtәlifdir: generatorlarda bu qüvvәlәr maqnit sahәsinin zamana görә dәyişmәsi nәticәsindә әmәlә gәlәn burulğanlı elektrik sahәsi vә ya maqnit sahәsinin naqildә hәrәkәt edәn elektronlara tәsiri – Lorens qüvvәsi tәrәfindәn yaranır. Mәnbәnin EHQ açıq dövrәdә onun sıxaclarındakı elektrik gәrginliyinә bәrabәrdir. Dövrәnin müqavimәti mәlum olarsa, EHQ dövrәdәki cәrәyan şiddәtini tәyin edir. Elektrik gәrginliyi kimi EHQ dә voltlarla ölçülür.
Elektrokardioqrafiya
Elektrokardioqrafiya — ürəyin fəaliyyəti zamanı yaranan elektrik sahələrinin qeydiyyatını və tədqiqini aparan metodika. == Tarixi == Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Vilhelm Eyndhoven, quraşdırıb. Buna görə ona 1924-cü ildə tibb üzrə Nobel mükafatı verildi. Instagram:Carnivorous == Ədəbiyyat == Зудбинов Ю. И. Азбука ЭКГ. Издание 3-е. Ростов-на-Дону: изд-во "Феникс", 2003.
Elektrokardiostimulyator
Elektrokardiostimulyator (EKS) (süni ritm tənzimləyicisi (SRT)) ürək ritmini tənzimləmək üçün tibbi cihaz. Bradikardiyalı, atrioventrikulyar blokadalı, zəif sinus düyünlü xəstələrin ürək vurğularının nizamlanması üçün istifadə edilir.
Elektrokimya
Elektrokimya — elektrolitlərin elektrik cərəyanını keçirməsi proseslərini, hərəkətli ionları olan bərk və maye cisimlərin həcm, səth xassələrini tədqiq edən Fiziki kimyanın bölməsidir. Bu elm XIX əsrin əvvəlində ilk uzunmüddətli təsir edən sabit elektrik cərəyanı mənbəyi yaradılarkən meydana gəlmişdir. Lakin elektrokimyanın həqiqi nəzəri əsası XIX əsrin 80-ci illərində meydana gəlmiş elektrolitik dissosiasiya nəzəriyyəsi oldu. Cərəyanın kimyəvi mənbələrində elektrik hərəkət qüvvəsi (qısa adı: e.h.q.) maddələrin kimyəvi qarşılıqlı təsiri zamanı yaranır. Cərəyanın ilk kimyəvi mənbələri sərbəst halda bir sıra kimyəvi elementlərin (natrium, kalium, kalsium və s.) kəşfinə və alınmasına kömək etdi. Sonralar aydınlaşdı ki, elektrik cərəyanının köməyi ilə nəinki yalnız bəsit, həm də mürəkkəb maddələri kimyəvi reaksiyanın sürətini geniş intervalda dəyişməklə fasiləsiz almaq olar. == Tarixi == === XVI əsr === XVI əsrdə elektrikin yavaş-yavaş başa düşülməyə başlandığı əsr olmuşdur. Bu əsrdə, İngilis alimi Uilyam Cilbert 17 il boyunca maqnit və elektrik üzərinə çalışmış və bu işləri ona "Maqnetizmanın atası" ünvanını qazandırmışdır. Cilbert, maqnitlərin istehsalı və gücləndirilməsi üzərinə fərqli metodlar kəşf etmişdir. 1663-cü ildə Alman fizikaçı Otto fon Qerike, sürtünmə qüvvəsi üzərində çalışaraq statik elektrik çıxaran ilk elektrik generatorunu inkişaf etdirdi.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Əl-ələ tutma
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. == Mədəni aspektlər == 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Əl-Mutanna (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Qədisiyə (el)
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825–1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Əl-Hakim ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb. O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.
Əl-Xətib ət-Təbrizi
Vəliəddin Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Umari (v. 1248, ərəb. الخطيب التبريزي‎) — daha çox əl-Xatib ət-Təbrizi adı ilə məşhurdur. Hədisşünas, əl-Bəğavinin “Məsabih əl-Sünnə” kitabının genişləndirilmiş variantı olan “Mişkatul-Məsabih” hədislər toplusunun müəllifi. Təbrizi “əl-İqmal fi əsma ər-rical” kitabını da yazmışdır. “Mişkat” məşhur hədislər toplusuna çevrilir və Orta Asiyada mədrəsələrdə öyrənilir. Sonradan kolleksiya dəfələrlə təkrar nəşr olundu və müxtəlif dillərə (ingilis, benqal və s.) tərcümə edilir. Daşkəndli xəttat Əbdülvədud Əhməd tərəfindən 1339-cu ildə köçürülmüş Təbrizi əlyazması Özbəkistanda saxlanılır. Biblioqrafiya: Əl-Xətib ət-Təbrizi. [=https://books.google.kz/books?id=7CaPrgEACAAJ Mişkatul-Məsabih] (ərəb).
Məhəmməd Əli Əl-Haşimi
Məhəmməd Əli Əl-Haşimi (fars. سید محمدعلی آل‌هاشم‎; 1962, Təbriz – 19 may 2024, Bəkrabad kənd dairəsi[d], Şərqi Azərbaycan ostanı) — İranın Ali Rəhbəriin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi (2017–2024). Əl-Haşimi 2024-cü ildə Vərziqanda baş verən helikopter qəzasında həlak olub. Seyid Məhəmməd Əli Ali Haşim Təbrizin tanınmış din xadimlərindən olan Seyid Məhəmməd Təqi Ali Haşimin oğlu idi. İbtidai təhsilini orta məktəbə qədər Təbrizdə şəhərində alıb. İlk dini təhsilini də Təbrizdə aldı. Sonradan Qum şəhərində dini təhsilii davam etdirmişdir.
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940, Küveyt) — Küveytin baş naziri. Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir. iyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.