BƏT-BƏNİZ

is. bax bəniz. Şiddətli ildırımdan Günəş bağırdı.
O birilərində də bətbəniz qalmadı. A.Şaiq.
Üçgünlük dəniz səfəri çoxu gəmiyə minməmiş əsgərdə bət-bəniz qoymamışdı. Ə.Əbülhəsən.
[Pərzad:] Buna bax! Qızın bət-bənizi qalmayıb ha! Mir Cəlal.

□ Bət-bənizdən olmaq – bax bət-bənizi ağarmaq (qaçmaq, uçmaq).
Yoldaşım bunların səsini eşitcək, bət-bənizdən olub özünü itirdi. Çəmənzəminli.

Bət-bənizi ağarmaq (qaçmaq, uçmaq) – qorxudan və ya qəfildən verilən pis xəbərdən, xəstəlikdən və s. nəticəsində üzünün rəngi qaçmaq, ağarmaq.
Humay … bət-bənizi uçmuş və məhzun halda düşünür. H.Cavid.

Синонимы

  • BƏT-BƏNİZ bət-bəniz bax üz
BƏŞŞAŞ
BƏTN
OBASTAN VİKİ
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.

Значение слова в других словарях