BƏZƏK-DÜZƏK

is. isteh. Bəzək, bəzək şeyləri, lüzumsuz bəzək. Özünə bəzək-düzək vermək.
– Bil ki, insan ziynəti; Bəzək-düzək deyildir. R.Rza.
Firidun bəzək-düzək altında itmiş … bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət edirdi. M.İbrahimov.
Mehman yeni gördüyü evə nəzər saldı, onun zəngin bəzək-düzəyini ötəri seyr edib əyləşdi. S.Rəhimov.

Синонимы

  • BƏZƏK-DÜZƏK bəzək-düzək bax bəzək
BƏZƏK
BƏZƏKÇİ
OBASTAN VİKİ
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Значение слова в других словарях