BAĞLAYICI

I
сущ. лингв. союз. Tabelilik bağlayıcıları подчинительные союзы, tabesizlik bağlayıcıları сочинительные союзы:
II
прил.
1. связующий. Bağlayıcı halqa связующее звено, bağlayıcı hissə связующая часть
2. мех. с.-х. вязальный. Bağlayıcı aparat вязальный аппарат, bağlayıcı stol вязальный стол
3. зоол. запирательный. Bağlayıcı əzələlər запирательные мускулы
4. тех. запирающий. Bağlayıcı kontur запирающий контур, bağlayıcı təbəqə запирающий слой
BAĞLATMAQ
BAĞLAYICISIZ
OBASTAN VİKİ
Bağlayıcı
Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır. == Tabesizlik bağlayıcıları == Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Mənaca növləri Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Bağlayıcı düymə
Bağlayıcı düymə, bərkidici, bərkidici düymə, çırt-çırt, basmalı düymə, qübbəli düymə, popper, tiç (ing. Tich), tiç düyməsi — metal və ya plastikdən hazırlanmış, adətən paltarın bərkidilməsi və ya buna oxşar məqsədlər üçün ənənəvi düymələrin yerinə istifadə olunan bir-birinə bağlanan bir cüt diskdir. Bir diskin altında yerləşdirilmiş dairəvi dodaq, digərinin üstündəki yivə oturur və müəyyən bir güc tətbiq olunana qədər onları möhkəm saxlayır. Müxtəlif növ bağlayıcı düymələr istifadə olunan pərçim bağlayıcı düymə növünə müvafiq olan ştapel və qəlib dəsti ilə pərçimlənərək (quyruğu açmaq üçün ştapelə çəkiclə vuraraq), tikilərək və ya xüsusi bağlayıcı düymə kəlbətinləri ilə bükülərək, parça və ya dəriyə bərkidilə bilər. Bağlayıcı düymələr Amerika Qərb geyimində xüsusi olaraq qeyd olunan bir detaldır və ənənəvi düymələrlə müqayisədə uşaqların istifadəsi üçün nisbətən asan olduğu üçün müntəzəm olaraq uşaq geyimləri üçün də istifadə edilmişdir. == İxtirası == Müasir bağlayıcı düymələr 1885-ci ildə Almaniya ixtiraçısı olan Heribert Bayer tərəfindən kişi şalvarları üçün yeni bir bağlayıcı düymə olan "Federknop-Verşlus" kimi patentləşdirilmişdir. Bəziləri bu ixtiranı Danimarkalı Bertel Sandersə aid edirlər. 1886-cı ildə Qrenobldan olan Albert Piyer Raymond da patent almışdır. Bu ilk versiyalarda yiv əvəzinə "kişi" diskində S şəkilli yay var idi. Avstraliyalı ixtiraçı olan Mira Culyet Farel həm də "tikişsiz bağlayıcı düymə" və "tikişsiz qarmaq və göz" ixtirasına görə hesab olunur.
DNT bağlayıcı protein
DNT ilə əlaqəli zülallar, DNT ilə əlaqəli domenlərə sahib olan və bu səbəbdən tək və ya cüt telli DNT üçün spesifik və ya ümumi yaxınlığa malik olan proteinlərdir. Seriyaya xas spesifik DNT ilə birləşdirən zülallar, baza cütlüyünü müəyyənləşdirən daha funksional qruplar açdıqları üçün, B-DNA əsas yiv ilə tipik olaraq qarşılıqlı əlaqə qururlar. Bununla birlikdə, netropsin, distamisin, Hoechst 33258, pentamidine, DAPI ve başqaları kimi kiçik yivlərin DNT-bağlayıcı bəzi bilinən bağları var. == Nümunələr == DNT ilə əlaqəli zülallara transkripsiya prosesini modulyasiya edən transkripsiya faktorları, müxtəlif polimerazlar, DNT molekullarını parçalayan nükleazlar və hüceyrə nüvəsindəki xromosom qablaşdırmada və transkripsiyada iştirak edən histonlar daxildir. DNT-ni bağlayan zülallar, nükleik turşuya bağlanmağı asanlaşdıran sink barmaq, sarmal dönmə-sarmal və lösin fermuar (digərləri arasında) kimi sahələri əhatə edə bilər. Transkripsiya aktivatoruna bənzər effektorlar kimi daha qeyri-adi nümunələr də var. == Spesifik olmayan DNT-protein qarşılıqlı təsirləri == DNT-ni bağlayan struktur zülallar, spesifik olmayan DNA-protein qarşılıqlı təsirlərinin yaxşı başa düşülən nümunələridir. Xromosomlar daxilində DNT, struktur zülallarla komplekslərdə tutulur. Bu zülallar DNT-ni kromatin adlanan kompakt bir quruluş halına gətirir. Eukariotlarda bu quruluş, histonlar adlanan kiçik bir əsas zülal kompleksinə DNT bağlanmasını ehtiva edir.
BNC bağlayıcısı
BNC bağlayıcısı – koaksial kabelləri üçün istifadə olunan radio tezliyi bağlayıcısı növü. Kiçikölçülüdür, əsasən televiziya və radio siqnallarının ötürülməsində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
DB bağlayıcısı
DB bağlayıcısı (en. DB connector), (ru. DB-разъём), (tr. DB bağlaç) – kompüterə informasiyanın ardıcıl və paralel giriş-çıxışını təmin etmək məqsədilə istifadə olunan bir neçə növ bağlayıcıdan (konnektordan) biri. DB (DATA BUS) hərflərindən sonra gələn ədəd həmin bağlayıcının xətlərinin (naqillərinin) sayını göstərir. Məsələn, DB-9 bağlayıcısında, onun kontaktlarına bərkidilmiş doqquz ayrıca xətt olur, ancaq, adətən, onların heç də hamısı istifadə olunmur. DB bağlayıcılarının ən geniş yayılmış növləri bunlardır: DB-9, DB-15, DB-19, DB-25, DB-37 və DB-50. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bağlayıcılar
Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır. == Tabesizlik bağlayıcıları == Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Mənaca növləri Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı.

Значение слова в других словарях