Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm.
□ Başağrısı çəkmək – zəhmət çəkmək, əziyyət çəkmək.
[Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək? Bu beş gün dünyanın cahü cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi?
Başağrısı olmaq – artıq yük olmaq, əziyyətə, narahatlığa səbəb olmaq.
Başağrısı vermək – narahat etmək, incitmək, təngə gətirmək, bıqdırmaq, usandırmaq.
[Qənbərqulu:] Bir də çox danışmaq özü yaxşı sifət deyil, özgəyə gərək başağrısı verməyəsən.
Sənə başağrısı verməyim deyə; Eşqimin kitabı qoy bağlı qalsın.