BAŞAĞRISI

is. Əziyyət, narahatlıq.
Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm. C.Məmmədquluzadə.

□ Başağrısı çəkmək – zəhmət çəkmək, əziyyət çəkmək.
[Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək? Bu beş gün dünyanın cahü cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Çəmənzəminli.

Başağrısı olmaq – artıq yük olmaq, əziyyətə, narahatlığa səbəb olmaq.
Başağrısı vermək – narahat etmək, incitmək, təngə gətirmək, bıqdırmaq, usandırmaq.
[Qənbərqulu:] Bir də çox danışmaq özü yaxşı sifət deyil, özgəyə gərək başağrısı verməyəsən. B.Talıblı.
Sənə başağrısı verməyim deyə; Eşqimin kitabı qoy bağlı qalsın. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞAĞRISI əziyyət — narahatlıq

Antonimlər (əks mənalı sözlər)

  • BAŞAĞRISI BAŞAĞRISI – RAHATLIQ Bizə başağrısı verməyin, canım (S.Rüstəm); Sizin əlinizdən mənə rahatlıq yoxdur
BAŞAĞRIDICI
BAŞAQ

Digər lüğətlərdə

в сме́си вива́т га́фель дерзнове́нный заку́танный заселённый перелакирова́ть плиссирова́ть по-орли́ному ро́дственно киноэкра́н меж тем как одома́шниться шварто́вка clumsiness gerget maltose patro- photoneutron Reno Ruanda stamped paper обезоруживание разворачиваться ринуться