Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bürhanəddin Rəbbani
Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d] – 20 sentyabr 2011[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan prezidenti (1992-2001) Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür. == Həyatı == Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub . 1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb.Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub. 1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb. 1979-1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü vardı. 1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub. 22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib. Əfqanıstanda “Taliban”la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.
İmam Rəbbani
İmam Rəbbani — əsl adı Əhməd Faruki Sərhəndidir. === Həyatı === 1564-cü ildə Hindistanda doğulmuşdur. Ata tərəfindən Ömərin soyuna dayandığı üçün Əl-Faruki ləqəbi ilə tanınır. Əhli Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Baqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün Hind-Türk hökmdarı Əkbər şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Guvalyarda bir qalada həbs edilmişdir. Hər cür azğın axınlara qarşı Əhli Sünnə etiqadını dəstəklədiyi üçün "iki min ilin yeniləyicisi" ünvanına layiq görülmüşdür. === Fəaliyyəti === Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir: “İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani Kərimə, Məhəmməd Peyğəmbərin sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir.
Müqəddəs rəbbani ayini ilə münaqişə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi.
Mənsur Rəhbani
Mənsur Rəhbani (ərəb. منصور الرحباني‎; 1925[…], Əntilyas, Böyük Livan – 13 yanvar 2009, Beyrut) — Livan bəstəkarı. Asi və İlyas Rəhbaninin qardaşı idi.
Nizar Qəbbani
Nizar Qəbbani (ərəb. نزار قبّاني‎; 21 mart 1923[…], Dəməşq – 30 aprel 1998[…], London) — suriyalı şair, yazıçı. Ərəb dünyasının tanınmış ədəbi simalarından və siyasi xadimlərindən biridir.
Vahid Rəhbani
Vahid Rəhbani (fars. وحید رهبانی‎; 18 aprel 1979, Tehran) — iranlı aktyor, rejissor, dramaturq və tərcüməçidir. O, daha çox Gando (2019–2021) serialında oynadığı Məhəmməd rolu ilə tanınır . O, Məqsəd (2021) və My Name Is Love (2023) filmlərində göstərirdiyi performansa görə iki dəfə Kristal Simurq mükafatını qazanıb.
Françesko Qabbani
Françesko Qabbani (it. Francesco Gabbani; d. 9 sentyabr 1982, Karrara, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, 2016-cı ildə İtaliyanın Sanremo Musiqi Festivalında iştirakından sonra şöhrət qazanmışdır. 2017-ci ildə isə həmin festivalda qələbə qazanaraq, İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == === 2009-2014: Başlanğıc və Greitist Iz === 2009-cu ildə Françesko Qabbani Mira Leon ilə birlikdə "Filodoro" mahnısını ifa etmişdir. 2011-ci ildə ifaçının "Estate" və "Maledetto amore" sinqlları ilk dəfə təqdim edilmişdir. 2013-cü ildə o debüt albomunda yer alacaq "I dischi non si suonano" və "Clandestino" sinqllarını pərəstişkarlarına təqdim etmişdir. Debüt albom2014-cü ilin may ayında işıq üzü görmüşdür. Albom İtaliya albom siyahılarında 59-cu yerədək yüksələ bilmişdir.
Mojtəba Jəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. == Klub karyerası == === Erkən illər === Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. === Esteğlal === Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Cəbbari

Nilufər Rəhmani
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu. == Həyatı == Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır. == Mükafatları == ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing. International Women of Courage Award) layiq görülüb.
Oğuz-Həzbani münaqişəsi
Oğuz-Həzbani münaqişəsi Rəvvadilər dövləti ərazisində yerləşdirilən, Boğa, Göy Daş, Mənsur və Dana rəhbərliyindəki oğuz türkləri ilə bölgədə yerləşən Həzbanilər arasında baş vermişdir. == Erkən dövr == Oğuzların Azərbaycana gəlişi Rəvvadi hökmdarı Vəhsudanın (1025–1058) dəvəti ilə olmuşdur. Vəhsudan, ərazidəki digər dövlətləri öz təsiri altına almaq üçün oğuzlarla ittifaq qurmuşdur. Ancaq qısa müddət sonra Vəhsudanla oğuzların ittifaqı dağıldı. Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Oğuzlar narazılıqlarını büruzə vermək üçün Marağada bir məscidi də yandırdılar. Bundan başqa, oğuzlar Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu hadisənin əslində Vəhsudanın istəyi ilə meydana gəldiyi haqqında məlumatlar vardır. Zira, Vəhsudan ilə Həzbaniyye oymağı başçısı Əbul-Heyca ibn Rəbibüddövlə bir-birlərinə düşmən idilər. Ancaq Vəhsudan köhnə düşmənlərini zəiflətdikdən sonra oğuzların böyük bir siyasi və əsgəri güc kimi ortaya çıxmasından narazıydı.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Məhəmməd Şeybani
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1507-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Natəvan Qeybani
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. == Həyatı == Aktrisanın bir oğlu və bir qızı var. == Fəaliyyəti == Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib.Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. == Teatr səhnəsindəki rolları == Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi) Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası) Əmidostu (“Hop?
Reyhani xətti
Reyhani xətti—Ərəb xətt növü. == Tarixi == Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada “əlif” və “ləm” kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.
Sekbani Cədid
Sekbani Cədid (29 sentyabr 1808 - 18 noyabr 1808) — II Mahmudun əvvəlki Nizami-cədid Ordusunun bir nümunəsi olaraq qurduğu qısa müddətli Osmanlı ordusu. Ruse deputatı, Ələmdar Mustafa Paşa, ordusu ilə İstanbula gedərək IV Mustafanı taxtdan saldı və onu II Mahmud ilə əvəz etdi. (28 iyul 1808) II Mahmudda öz növbəsində Ələmdar Mustafa Paşanı Böyük Vəzir etdi. Ələmdar Mustafa Paşa böyük vəzir olandan sonra ilk işlərdən biri olaraq dövlətin görkəmli şəxsləri ilə böyük bir görüş keçirdi. Bu iclasda qəbul edilən qərarlar İttifaq sənədi adlı sənəddə sənədləşdirildi. Bu sənədlə Osmanlı parlamenti, dövlət əmrlərinə qulaq asacağına söz verdi. Nizami-Cədid ordusu Sekbanı Cədid olaraq yenidən quruldu. Həmin dövrdə Karaman qubernatoru olan Kadi Əbdürrəhman Paşa bu yeni ordunun başçısı təyin edilmişdir. Taxtdan salınmış IV Mustafa və adamları hadisələrin bu cür inkişaflarından məmnun deyildilər. 14 noyabr 1808-ci il gecəsində yeniçərilər Ələmdar Mustafa Paşanın malikanəsinə hücum edərək onu öldürdülər.
Şeybani Xanlığı
Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. == Tarixi == 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları Xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.
Şeybani sülaləsi
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybani xan
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1507-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Bəhmən Reyhani
Bəhmən Reyhani (fars. بهمن ریحانی‎ , kürd. بەهمەن رەیحانی; XX əsr) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir. == Erkən illəri == Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir.
Səfəvi-Şeybani müharibələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Səfəvi-Şeybani müharibəsi
Səfəvi–Şeybani müharibəsi — 1510-cu ildən etibarən Şeybanilər xanlığı və Səfəvilər İmperiyası arasında baş vermiş və Səfəvi qalibiyyəti ilə nəticələnmiş müharibə. Müharibə zamanı Şeybani ordusuna Məhəmməd Şeybani, Səfəvi ordusuna isə Şah İsmayıl Xətai rəhbərlik edirdi. Səfəvilər dövləti müharibədən qalib çıxmış, Məhəmməd Şeybani isə Mərv döyüşündə həlak olmuşdur.1510-cu ildə başlamış hərbi əməliyyatlar uzun müddət davam etmişdir.Mərv döyüşündə xilas olunan əsirlərdən biri Zahirəddin Məhəmməd Baburun bacısı idi. Bu hadisədən sonra Şah İsmayıl və Böyük Moğol İmperiyası arasında dostluq yaranmışdır. == Münaqişə == === Münaqişənin başlanması === 1500-cü ildə Şeybani sülaləsi Buxara xanlığının əsasını qoydu. Bu dövlətin paytaxtı Səmərqənd şəhəri id. Bir qədər keçdikdən sonra Şeybanilər Məvaraünnəhr, Xarəzm, hətta Xorasanın önəmli bir hissəsini ələ keçirdilər. Səfəvi dövləti və ya Dövlət-e Qızılbaş dövləti də 1501-ci ildə yaradılmış və öz növbəsində o da, ətraf bölgələr hesabına genişlənməyə başlamışdı. Dövlətin əsasını türk Səfəvi sülaləsi qoymuşdu.Şeybani xan (Məhəmməd Şeybani) işğallar nəticəsində Xorasana çatdıqdan sonra I Şah İsmayılla müharibənin çox da uzaqda olmadığı bəlli oldu. Şeybani xan və İsmayıl bir-birilərinə hədə-qorxu dolu məktublar göndərirdi.
Səfəvi-Şeybani əlaqələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Əbdülmömin xan Şeybani
Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır;.. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi". Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar".