BALLI

прил. 1. вирт квай (галай, кутунвай), вирт авай (мес. конфет); 2. пер. вирт хьиз ширин (мес. пӀузарар).
BALQABAQ
BALLIBADI
OBASTAN VİKİ
Ballı ayran
Ballı evkalipt
Ballı (Uludərə)
Ballı — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində qeyd olunur Şivitdir və kürdcə "dərə otu" deməkdir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Alma ballıcası
Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir. == Həyat tərzi == Alma ballıcası yumurta mərhələsində qışlayır.
Aşağı Ballıqaya
Aşağı Ballıqaya (digər keçmiş adı: Qarahunc) — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdə yerləşir. 1922-ci ildə Birgöz Ballıqayadan köçüb gəlmış ailələr tərəfindən salınmışdır. Oykonimlər Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Ballıbaba
Ballıbadı
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Ballıca
Ballıca (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Ballıca (Türkiyə) — Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara. Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur. Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir. Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.
Ballıcalı
Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ballıcalı Neftçala rayonunun Boyat inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İorsulu kəndindən çıxmış ailələrin Ballıcalı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Ərazinin adı isə burada ballıca otunun bitməsi ilə bağlıdır.
Ballıcamirək (Meşkinşəhr)
Ballıcamirək (fars. باللوجه ميرك‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,723 nəfər yaşayır (378 ailə).
Ballınanə
Ballınanə (lat. Melissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsi dördkünc, budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Ballıqaya
Ballıqaya (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Ballıqaya (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Ballıqaya (Gorus) — Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Ballıqaya (Ağdam)
Ballıqaya (əvvəlki adı: Kican, daha əvvəl rusdilli mənbələrdə: Ballukaya) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Ballıqaya (Goranboy)
Ballıqaya (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Ballıqaya (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Ballıqaya (Gorus) — Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Ballıqaya (Gorus)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Ballıqaya (Meşkinşəhr)
Ballıqaya (fars. باللوقيه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 133 nəfər yaşayır (25 ailə).
Ballıqaya (Qarahun)
Aşağı Ballıqaya (digər keçmiş adı: Qarahunc) — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdə yerləşir. 1922-ci ildə Birgöz Ballıqayadan köçüb gəlmış ailələr tərəfindən salınmışdır. Oykonimlər Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Ballıqaya (Qubadlı)
Ballıqaya — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Ballıqaya kəndi dağətəyi ərazidədir. Keçmiş adı Mahmuduşağı imiş. Vaxtilə sofulu tayfasının qışlaq yeri olmuşdur. Oykonim Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Yuxarı Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.
Dərman ballınanəsi
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. == İstifadəsi == Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. === Əks göstəriş === Yüksək həssaslıq. === İstifadə qaydası === Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Ballıqaya (Ağdərə)
Ballıqaya (əvvəlki adı: Kican, daha əvvəl rusdilli mənbələrdə: Ballukaya) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.

Значение слова в других словарях