BALTALI

прил. с топором, имеющий топор
BALTALATMAQ
BALVERƏN
OBASTAN VİKİ
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Baltalı bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baltalı Hano
Baltalı Hano (əsl adı: Xanzadə; bilinmir, bilinmir – bilinmir, bilinmir) — Osmanlı imperiyası dövründə yaşamış seriyalı qatil, qoçu və mafiya. 1800-cü illərin sonlarında yaşadığı ehtimal olunur. Konstantinopolun (indiki İstanbul) şəhərətrafı səmtlərindən birində yaşayan və sevgilisi mafiya olan bu qadının Türkiyənin ilk qadın mafiyalarından olduğu ehtimal edilir. Fermer bir ailənin uşağı olmuş və atası tərəfindən dövrün varlı adamlarından biri ilə evləndirilmişdir. Bu evlilikdən olan oğlu 6 yaşında ikən onun həyat yoldaşı vəfat etmiş və həyat yoldaşından ona yüklü miras qalmışdır. Daha sonra o, "Solaxay Liqor" adıyla tanınan bir mafiya ilə bərabər olmuşdur. O, bir gün oğlunun itdiyini görür və onu axtarmağa başlayır. Nəticədə sevgilisini izləmiş və onun oğlunu hamamda "hamam oğlanı" kimi işlətdiyini görmüşdür. Daha sonra sevgilisi ilə bərabər orada olan 21 nəfəri balta ilə öldürmüşdür. Bu hadisədən sonra "Baltalı Hano" ləqəbini almışdır.
Viliskada baltalı cinayət
Viliskada baltalı cinayət və ya Viliskada kütləvi qətl hadisəsi (ing. Villisca axe murders) - 1912-ci ilin 10 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Viliska şəhərində yaşayan Mur ailəsinin bütün fərdlərinin qətlə yetirilməsi ilə nəticələnmiş cinayət hadisəsi. Cinayətin 10 iyun axşamı və 11 iyun səhərinə yaxın törədildiyi və cinayət aləti kimi baltadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Hadisə nəticəsində ailə fərdlərindən olan dörd uşaq olmaqla, ümumilikdə səkkiz nəfər qətlə yetirilmişdir və qurbanların xüsusən başlarında olmaqla kəskin balta yaraları təyin olunmuşdur. Uzun müddət davam edən istintaq və araşdırmalara baxmayaraq Viliska baltalı cinayətinin əsil təşkilatçıları heç bir zaman tapılmamışdır. Bir necə nəfər məhkəmə önünə çıxarılsa da, yetərli sübut olmadığı üçün təqsirləndirilən şəxslərin hər birinə bəraət verilmişdir. Mur ailəsi, ailə başçısı Coş (43 yaş), Sara (39 yaş) və Herman Montqomeri (11) Meri Katerina (10) Artur Bodi (7) və Paul Vernon (5) adlı dörd uşaqdan ibarət idi. Maddi baxımından təminatlı olan ailə Viliska şəhərində yaxşı adla tanınırdılar. 1912-ci ilin 10 iyun tarixində ailənin fərdi Meri Katerina səkkiz yaşlı İna Mey və 12 yaşlı Lena Stillingeri gecəni onlarda keçirmək üçün öz evlərinə dəvət etmişdir. Hadisə axşamı Sara Mur öz övladları və evə qonaq çağırılan qızlarla birlikdə yerli şəhər kilsəsindəki Uşaqlar Günü Proqramında iştirak etmişdilər.
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918–1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatlığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.

Digər lüğətlərdə