Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd.[2]
Baltalı | |
---|---|
41°10′45″ şm. e. 47°05′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.051 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5513[1] |
Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır[3].
Kənd Şəkinin 6–7 km-ində yerləşir. Gözəl hava və yodsuz suyu ilə tanınmaqdadır.
Kəndin əhalisi 2366 nəfər təşkil edir ki, onun da 1187 nəfəri kişi, 1179 nəfəri isə qadındır. Əhalinin əksəriyyətini digər kəndlərdən bura gələnlər təşkil edir. Yaşlıların dediyinə görə xastəliklə əlaqədar kəndin əhalisinin 90 faizi 20-ci əsrin əvvəllərində vəfat etmişdir.
Kənd əhalisi əsasən taxılçılıq və tərəvəzçiliklə məşğuldur. Kənd Şəki şəhərini və ətraf kəndləri əksər növ kənd təsərrüfatı məhsulları ilə təmin edir. Kənddə baramaçılıq və tütünçülüklə məşğul olan ailələr var. Kənd ərazisində qoz, fındıq, akasiya, qovaq, cökə, qafqaz xurması (xurnik), alma, heyva, nar, xurma (karaliyok), zoğal, albalı, gilas və s. ağac növlərinə rast gələ bilərsiniz. Kəndin sərin bulaqları və yaşıllıqları olması turizm potensialının olduğunu deməyə imkan verir. Son illər kəndin su təchizatında problemlər yarandığı üçün həm içməli su, həm də suvarmada çətinliklər yaranmışdır. Həmçinin havaların isti keçməsi kənd təsərrüfatına ciddi ziyan vurur. Kənd ərazisində qazılan artezian suları əhalinin içməli suya olan tələbatını tam ödəməyə kifayət etmir. Beləliklə də su probleminin həlli üçün dövlət dəstəyinə ehtiyac vardır.
2019-cu ildə Baltalı kəndinin avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmuşdur. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir. Layihə üzrə zəruri yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. [4]
Baltalı kəndi uzun sürən fasilədən sonra 2015-ci ildə yenidən qazlaşdırılıb. Kəndlərin qazlaşdırılması zamanı müxtəlif diametrli polietilen və metal borulardan istifadə edilib, abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub. [5]
Baltalı kəndində 2020-ci ildə yeni tam orta məktəb tikilmiş və 2021-ci ilin fevral ayının 11-də açılış mərasimi keçirilmişdir. Yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə 14 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.[6]
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 10 may 2010-cu ildə Şəki rayonunun Baltalı kəndində POÇT şöbəsinin yeni binası əhalinin istifadəsinə verilmişdir. Poçt şöbəsinin yeni binası müasir texniki avadanlıqla və mebellə təmin olunmuşdur. [7]
Kənddə Baltalı kənd məscidi dini icması fəaliyyət göstərir.[8]
Cumayev Nemət Məmməd oğlu[9]
Surxayzadə Zəfər Şəmsəddin oğlu[10]
Baltalı kəndinə aid şəkillər.
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |