Barselona

coğ. Barcelone

barrikada
barsız
OBASTAN VİKİ
Barselona
Barselona — İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri. Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Barselona adı qədim yunan dilindən götürülmüşdür: "Βαρκινών", "Barcino", "Barcelo", "Barceno". İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır. Əməvi fəthləri zamanı bu şəhər Bərşəlunə (برشلونة) adı ilə tanınırdı. Orta əsrlərdə şəhər "Barchinona", "Barçalona", "Barchelona" və "Barchenona" adları ilə tanınmışdır. == Ümumi məlumat == Əhalisi 1,57 milyon (2005) nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası bizim eradan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək, şəhərə Barsina (Barsilo) adını veriblər. 713-cü ildə ərəblər, ardınca 801-ci ildə franklar bu şəhərə sahib çıxıblar.
Barselona FK
Barselona FK (isp. Fútbol Club Barcelona, kat. Futbol Club Barcelona) — Barselona şəhərini təmsil edən Kataloniya bölgəsindən olan ispan futbol klubu. 1899-cu ildə Joan Gamper başçılıqı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub, Kataloniya mədəniyyətinin və katalanizmin simvoluna çevrildi, məhz buna görə klubun devizi Més que un club (Bir klubdan daha artıq) oldu. Dünyanın ən bahalı (4.08 milyard) və ən zəngin (840.8 milyon) birinci komandasıdır. Rəsmi Barselona himni Cant del Barça, Jaume Picas və Josep Maria Espinas tərəfindən yazılmışdır. Ölkə yarışlarında Barselona 26 La Liqa, 30 Kral Kuboku, 13 İspaniya Superkuboku və 2 İspaniya Liqa Kuboku, 3 Yeva Duarte Kuboku sahibidir. Ölkədaxili ən çox kubok qazanan komandadır (74). Həmçinin , Top 5 liqada ən çox rəsmi kubok sahibi olan komandadır (91). Beynəlxalq yarışlarda isə klub Barselona 5 UEFA Çempionlar Liqası, 5 UEFA Superkuboku, 4 UEFA Kuboklar Kuboku, 3 FİFA Klublararası Dünya Çempionatı qazanıb.
Barselona Universiteti
Barselona Universiteti (kat. Universitat de Barcelona, UB; isp. Universidad de Barcelona) — İspaniyanın Barselona şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 3 noyabr 1450-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. Koimbra qrupunun üzvüdür. == Kitabxanası == Kitabxana təxminən 2.000.000 kitaba malikdir və İspaniyanın ikinci ən böyük universitet kitabxanasıdır.
Barselona derbisi
Barselona derbisi (isp. El derbi barcelonés, kat. El derbi Barceloní) Barselona ve Espanyol arasında oynanılan maç.
Barselona metropoliteni
Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten. 1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona) və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları) dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir.
Barselona pavilyonu
Barselona pavilyonu və ya Alman pavilyonu (İspanca: Pavelló alemany; ispanca: Pabellón alemán) İspaniyanın Barselona şəhərində yerləşən bir sərgi binasıdır. Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmiş bu bina ilkin olaraq 1929-cu il Beynəlxalq Sərgisi üçün Alman Pavilyonu olaraq inşa edilmiş və sərginin Alman hissəsinin rəsmi açılışı üçün istifadə edilmişdir. Sadə forması və mərmər, qırmızı oniks və traverten kimi ekstravaqant materiallardan möhtəşəm istifadəsi ilə tanınan müasir memarlıq tarixində mühüm bir binadır. Minimalizm və möhtəşəmliyin eyni xüsusiyyətləri, ikonik Barselona stulu da daxil olmaqla bina üçün xüsusi olaraq hazırlanmış prestijli mebellər tətbiq edilmişdir. Pavilyon bir çox mühüm modernist binaya ilham vermişdir. Pavilyon 1980-ci illərdə yenidən qurulmuş və mövcud quruluşunu əldə etmişdir.
Barselona stulu
Barselona stulu — Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən hazırlanmış bir kreslodur. Stul 1929-cu ildə Barselonadakı Beynəlxalq Sərgidə Alman Pavilyonu üçün dizayn və istehsal edilmişdir. Kreslo ilk dəfə Mies tərəfindən Brnodakı xüsusi dizayn edilmiş Villa Tugendhatda istifadə edilmişdir.
Barselona vilayəti
== Ərazisi == Barselona vilayətinin ərazisi 7 728 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Barselona vilayəti ərazisinə görə 30-cu yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Barselona vilayətinin əhalisi 5 540 925 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
FK Barselona
Barselona FK (isp. Fútbol Club Barcelona, kat. Futbol Club Barcelona) — Barselona şəhərini təmsil edən Kataloniya bölgəsindən olan ispan futbol klubu. 1899-cu ildə Joan Gamper başçılıqı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub, Kataloniya mədəniyyətinin və katalanizmin simvoluna çevrildi, məhz buna görə klubun devizi Més que un club (Bir klubdan daha artıq) oldu. Dünyanın ən bahalı (4.08 milyard) və ən zəngin (840.8 milyon) birinci komandasıdır. Rəsmi Barselona himni Cant del Barça, Jaume Picas və Josep Maria Espinas tərəfindən yazılmışdır. Ölkə yarışlarında Barselona 26 La Liqa, 30 Kral Kuboku, 13 İspaniya Superkuboku və 2 İspaniya Liqa Kuboku, 3 Yeva Duarte Kuboku sahibidir. Ölkədaxili ən çox kubok qazanan komandadır (74). Həmçinin , Top 5 liqada ən çox rəsmi kubok sahibi olan komandadır (91). Beynəlxalq yarışlarda isə klub Barselona 5 UEFA Çempionlar Liqası, 5 UEFA Superkuboku, 4 UEFA Kuboklar Kuboku, 3 FİFA Klublararası Dünya Çempionatı qazanıb.
Vik (Barselona)
Vik (isp. Vic/Vich; tələffüzü “Vik”; katalan dilində və rəsmi yazılışı Vic) — İspaniya bələdiyyəsidir. Kataloniya muxtar birliyinin Barselona əyalətinin Osona bölgəsinin paytaxtıdır. Əsrlər boyu ənənəvi olaraq katalan dilində “Vich” olaraq yazılmışdır və bu yazılış tərzi soyadda qorunub saxlanılıb. Fransa və İsveçrədə də eyni adlı şəhərlər var. Sentforas əhalisi də 1940-cı illərdən bəri bələdiyyənin bir hissəsidir.Instituto Nacional de Estadística Vich sözü latın dilindən vicus (rayon və ya şəhər aqlomerasiyası) sözündən gəlir. İspan dili üçün yad olan bu son samit birləşməsindən qaçınmaq üçün “Vique” yazılışına üstünlük verilməyə başladı. Və artıq 1715-ci ildə bu cür yazılışa rast gəlmək olurdu. Lakin, bu süni variant yalnız bir müddət rəsmi mətnlərdə qaldı və 1789-cu ildə Milli Statistika İnstitutuna (Instituto Nacional de Estadística) uyğun olaraq 1981-ci ilə qədər rəsmi yer adı olaraq yenidən “Vich” kimi istəfadə edilməyə başladı. 1982-ci ildən bəri rəsmi forma “Vic” olaraq oldu.
Barselona FK muzeyi
Barselona FK muzeyi 1984-cü il 24 sentyabrda prezidenti Yosep Luis Nunez tərəfindən açılmışdır. 2000-ci ildə onun sələfi Xoan Qaspart tərəfindən muzey Prezident Nunez muzeyi olaraq adlandırıldı. 2010-cu il 15 sentyabrda uzun müddətlik təmir işlərindən sonra muzey yenidən açılmışdır. Yenidən təmir olunduqdan sonra muzey 3 bölməyə ayrıldı ki, buraya 3D kino görünən və eşidilən ekrana toxunuşlu bölmə və "Barselona" klubunun tarixi barədə məlumat verən bölmə daxildir. Birinci bölməyə foto kolleksiyalar, sənədlər və kuboklar olan interaktiv şüşə divar daxildir ki, məhz bu ekrana toxunaraq sərgilənənlər barədə məlumatı oxumaq mümkündür. Şüşə divar lazer texnologiya ilə təchiz edilmişdir. İkinci bölmədə isə Salvador Dali, Xoan Miro və Antoni Tapiyes kimi yerli sənətkarların şəxsi incəsənət kolleksiyaları nümayiş etdirilir. Üçüncü bölmədə isə Futbolart Collection klubun sahib olduğu hər bir kubok və ya onun bənzərini nümayiş etdirir. Futbolart Collection-da nümayiş olunan predmetlərə 1992-ci ilin UEFA Çempionlar Liqasının finalında Ronald Kumanın fərqləndiyi butslar daxilidr ki, məhz "Sampdoriya"ya qarşı keçirilən matçın 111-ci dəqiqəsində fərqlənərək "Barselona"nın ilk avropa səviyyəli turnirdə qələbəsində pay sahibi olmuşdur. Muzey 3500 kv metr ərazini əhatə edir və il ərzində 1.2 milyon ziyarətçini qəbul edərək Barselona şəhərində Pikasso muzeyindən sonra ikinci ən çox ziyatəçi qəbul edən muzeydir.
Viki Kristina Barselona
Viki Kristina Barselona (ing. Vicky Cristina Barcelona) — 2008-ci ildə istehsal olunmuş film Filmin adı 19 oktyabr 2007-ci il tarixində "Hollivud reportyoru" kimi anons edilmişdi. Bu, Vudi Allenin ABŞ hüdudlarından kənarda dalbadal çəkdiyi dördüncü, İspaniyada isə lentə aldığı ilk filmdir. 2007-ci ildə müştərək səylərlə maliyyələşdirilən filmin çəkilişləri İspaniyada fikir ayrılığına səbəb oldu. Barselona bələdiyyəsi bu məqsəd üçün 1 milyon, regional Kataloniya hökuməti isə yarım milyon avro ayırmışdı. Bu vəsait filmin büdcəsinin cəmi 10%-ni təşkil edirdi. Allenin əvvəlki filmlərində oynadığı rolları səsləndirmiş ispan aktyoru Xuan Pera bu filmdə epizodik rol alıb. 15 milyon dollar büdcəsi olan film təkcə ABŞ-də 23 milyondan artıq gəlir gətirdi.
Barselona B FK
Barselona B Futbol Klubu (2009–10 mövsümünə qədər keçmiş Barselona Atleti Futbol Klubu) — İspaniya futbol komandasıdır. Bu, Barselonanın ehtiyat komandasıdır. Ehtiyat komanda peşəkar İspaniya liqalarında çıxış edir. Bununla belə, əvəzedici komanda A komandası ilə qarşılaşa bilməz. Buna görə də o, La Liqaya yüksələ bilməz. Onun Kral Kubokunda iştirakına da icazə verilmir. Onun keçmiş adları Club Deportivo Espanya Industrial, Club Deportivo Condal və Barcelona Atlètic-dir. 1993–2007-ci illərdə FC Barcelona C, Barselona Həvəskarı kimi də tanınırdı. Belə ehtiyat komandalardan çoxlu peşəkar futbolcular yetişib. Barselona B ev matçlarını qonşuluqda yerləşən Camp Nou ilə Mini Estadidə keçirir.
Barselona C FK
FC Barcelona — C Barcelona komandanın üçüncü komandasıdır. Tercera División-da görünür. Ev oyunlarını Barselonanın Mini Estadi şəhərində keçirir və məşqçisi Xuan Karlos Roxodur.
Barselona FK məşqçilərinin siyahısı
Barselona FK prezidentlərinin siyahısı
"Barselona" Futbol Klubu — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərini təmsil edən, İspaniyanın ali futbol liqası olan La Liqada çıxış edən futbol klubu. 1899-cu ildə qurulandan bəri klubun 41 fərqli prezidenti olmuşdur. Klub üzvlərinə məxsus olan "Barselona" FK-da prezident məhdud məsuliyyətli cəmiyyətdə olan sistemə bənzər şəkildə səsvermə yolu ilə seçilir. Prezident klubun ümumi rəhbərliyi, o cümlədən oyunçular və heyət ilə rəsmi müqavilələr bağlamaq məsuliyyətini daşıyır. İspaniyada klub prezidentinin rəqib komandanın prezidenti ilə birlikdə əsas komanda matçlarını izləməsi adətə çevrilmiş bir haldır. == Tarixi == 22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman‎) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlamışdır. Bu istəyə müsbət cavab verilmiş, 29 noyabrda "Sole" gimnaziyasında yığıncaq təşkil edilmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Uolter Uayld və klubun ikinci prezidenti olmuş Bartomeu Brutau Terradas da daxil olmaqla 11 nəfər qatılmışdır. Burada alınan qərar ilə "Barselona" FK yaradılmışdır.
Barselona Müasir İncəsənət Muzeyi
Barselona Müasir İncəsənət Muzeyi (kat. Museu d'Art Contemporani de Barcelona) — Kataloniyanın paytaxtında bədii muzey. == Tarixi == Kataloniyanın paytaxtı Barselonada Müasir İncəsənət Muzeyinin arxitektor Riçard Meyerin layihəsi əsasında tikilmiş binası 1995-ci il 28 noyabrda istifadəyə verilmişdir. Muzeyin kolleksiyasında XX əsrin ikinci yarısına aid incəsənət əsərləri, həmçinin müasir rəssamların əsərləri üstünlük təşkil edir. Muzeyin eksponatları hər 3–4 aydan bir dəyişdirilir. == Ədəbiyyat == Meier, Richard. Richard Meier, Barcelona Museum of Contemporary Art. New York: Monacelli, 1997. Massot, Josep. "MACBA: Barcelona abre su museo mas contemporaneo." La Vanguardia Magazine, November 12, 1995, 34–51.
Viki Kristina Barselona (film, 2008)
Viki Kristina Barselona (ing. Vicky Cristina Barcelona) — 2008-ci ildə istehsal olunmuş film Filmin adı 19 oktyabr 2007-ci il tarixində "Hollivud reportyoru" kimi anons edilmişdi. Bu, Vudi Allenin ABŞ hüdudlarından kənarda dalbadal çəkdiyi dördüncü, İspaniyada isə lentə aldığı ilk filmdir. 2007-ci ildə müştərək səylərlə maliyyələşdirilən filmin çəkilişləri İspaniyada fikir ayrılığına səbəb oldu. Barselona bələdiyyəsi bu məqsəd üçün 1 milyon, regional Kataloniya hökuməti isə yarım milyon avro ayırmışdı. Bu vəsait filmin büdcəsinin cəmi 10%-ni təşkil edirdi. Allenin əvvəlki filmlərində oynadığı rolları səsləndirmiş ispan aktyoru Xuan Pera bu filmdə epizodik rol alıb. 15 milyon dollar büdcəsi olan film təkcə ABŞ-də 23 milyondan artıq gəlir gətirdi.
Barselona FK 6–1 Pari Sen-Jermen FK
Barselona FK 6–1 Pari Sen-Jermen FK — 8 mart 2017-ci ildə UEFA Çempionlar Liqası çərçivəsində Barselonadakı Kamp Nou stadionunda baş tutan cavab matçının nəticəsi. 2016–17 UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa aid bu nəticə ilə "Barselona" "Paris Sen-Jermen"lə arasındakı dörd qol fərqini aradan qaldıraraq 6–5 ümumi hesabı ilə qalib gəlmiş və bu, UEFA Çempionlar Liqası tarixindəki ən böyük geri dönüş olmuşdur. Bu nəticə İspaniya və Fransada "La Remontada" (kat. La Remuntada – "geri dönüş") kimi tanınır. == Arxa fon == === Tarix === Bu matçla "Pari Sen-Jermen" və "Barselona" üçüncü dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşı-qarşıya gəldi. Onların əvvəlki iki qarşılaşmalarında "Pari Sen-Jermen" 2012–13 mövsümündə səfər qollarında, 2014–15 mövsümündə isə ümumi hesabda "Barselona"ya məğlub olmuşdu. === Qrup mərhələsi === Hər iki komanda qrup mərhələsindən rahatlıqla keçə bilmişdi. "Pari Sen-Jermen" "Arsenal" və "Bazel" klubları ilə qarşılaşaraq və 3-cü yerdəki "Ludoqorets Razqrad" üzərində 9 xal fərqi əldə edərək A qrupunda ikinci olmuş, "Barselona" isə C qrupunda "Borussiya Münhenqladbax" və "Seltik"i böyük fərqlə qabaqlayaraq və 2-ci pillədə qərarlaşan "Mançester Siti"ni 6 xalla keçərək qrupun lideri olmuşdu. === İlk qarşılaşma === == Matç == === Xülasə === Cavab matçı martın 8-də Barselonadakı Kamp Nou stadionunda keçirildi. Hər iki komanda matça yenə öz liqa oyunlarında qələbə əldə edərək gəlmişdilər: "Barselona" "Selta Viqo" üzərində 5–0, "Pari Sen-Jermen" isə "Nansi" üzərində 1–0 hesabla qalib gəlmişdi.