Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazim İbrahimov (naşir)
Nazim Sadıq oğlu İbrahimov (1 fevral 1935, Bakı – 1 sentyabr 2019, Bakı) — publisist, naşir, jurnalist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986). == Həyatı == İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olmuşdur. İki övladı və dörd nəvəsi olmuşdur. == Fəaliyyəti == 1957–1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971–1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980–1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993–2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub. 1975-ci və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub. "Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisi olub.
Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru. == Həyatı == 1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N.Məmmədli 1916-1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918-1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920-1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N.Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Baş Nazir
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Nadir Abbasov
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nadir Abbasquliyev
Nadir Elçin oğlu Abbasquliyev (6 dekabr 1995; Gəncə, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Abbasquliyev 1995-ci il dekabrın 6-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Abbasquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Abbasquliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Abdullayev
Nadir Abdullayev (dilçi)
Nadir Afonzo
Nadir Afonzo, GOSE (4 dekabr 1920 –11 Dekabr 2013) — Portuqaliyalı geometrik abstraksiyonist rəssam. Əvvəllər memarlıq ilə məşğul olan və öz karyerasının erkən illərini Le Korbuzye və Oskar Nimeyer ilə təkmilləşdirən Danir Afonzo daha sonralar Parisdə rəssamlıq fəaliyyətinə başladı və Viktor Vazareli, Fernand Leqer, Oqust Erben və Andre Blok ilə birgə çalışaraq kinetik incəsənətin qabaqcıllarından biri oldu. Həndəsi qaydalara əsaslanan estetikanın nəzəriyyəçisi olan Nadir Afonzo bir sıra kitablarda dərc etdirdiyi belə bir ideyanı müdafiə edirdi ki, incəsənət tamamilə obyektivdir və incəsənəti təxəyyül hadisəsi deyil, o müşahidə, qavrama və manipulyasiya forması kimi təqdim edən qanunlarla idarə olunur. Nadir Afonzo karyerasının erkən vaxtlarında beynəlxalq səviyyədə tanınmağa nail oldu və əsərlərinin bir çoxu muzeylərdədir. Onun ən məşhur əsərləri bütün dünyadakı yerləri təsvir edən “Şəhərlər” seriyasıdır. O, ömrünün sonrakı illərində də rəssamlıqla məşğul olmuş və 11 dekabr 2013-cü ildə Kaskais şəhərindəki bir xəstəxanada dünyasını dəyişmişdir. Həyatı boyu öz ölkəsini ən yaxşı səviyyədə təmsil edən Nadir Afonzo böyük nailiyyətlər əldə etmişdir. == Həyatı == === Erkən həyatı === Nadir Afonzo Rodriqes 1920-ci il dekabrın 4-də Portuqaliyanın Kaves rayonunun kənarındakı ucqar bir kənddə anadan olmuşdur. Onun valideynləri Palmira Rodriqes Afonso və şair Artur Mariya Afonsodur. Nadir Afonzonun ilk adını atası Orlando şəhərində Vətəndaş Qeydiyyatına gedərkən yolda rast gəldiyi qaraçı məsləhət görmüşdü.4 yaşı olarkən o, ilk əsərini çəkib evin divarından asmışdı: ritm və həndəsi dəqiqlik əlamətləri ilə əvvəlcədən təsvir edən mükəmməl bir qırmızı dairə.
Nadir Arastə
Nadir Arastə-Siyasətçi Nadir Arastə Rusiyada təhsil almışdır.O, Sankt-Peterburq hüquq fakültəsi məzunu idi.İrana qayıdandan sonra Xarici İşlər Nazirliyində məşğul oldu. Nadir Arastə, İranın Argentina, Almaniya və Polşada ki səfiri olubdur, o həmçinin Xuzistan, Gilan və İsfahan ostanlarının qubernatorları və Yol naziri və Post,Teleqraf və Telefon naziri kimidə vəzifə edib.
Nadir Axundov
Nadir Ələkbər oğlu Axundov (1912, Yelizavetpol – 4 aprel 1959) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1955–1959), Azərbaycan SSR xalq yüngül sənaye komissarı (1942–1946) və yüngül sənaye naziri (1946–1947, 1952–1953). == Həyatı == Nadir Ələkbər oğlu Axundov 1912-ci ildə Yelizavetpol (Gəncə) şəhərində sənətkar sərrac ailəsində anadan olmuşdur. 6 yaşında anasını, 10 yaşında isə atasını itirmiş, beş il təhsil ala bilişdir. 14 yaşında işləməyə başlamış, bağban yanında üç il muzdur-şagird olmuşdur. 1927-ci ildə komsomol təşkilatına daxil olmuşdur.Nadir Axundov təhsilini davam etdirmək və su təsərrüfatı sahəsi üzrə ixtisasa yiyələnmək üçün Bakıya gələrək Ağamalıoğlu adına texnikumda iki il təhsil alsa da, ağır xəstəlik səbəbindən təhsilini yenidən yarımçıq qoymağa məcbur olmuşdur. 1933-cü ilin mart ayında o, Azərbaycan SSR Xalq Yüngün Sənaye Komissarlığının Bakıdakı 3 nömrəli gön-dəri zavodunda fəhləliyə başlamış, il yarımdan sonra isə Moskva Dəri Ayaqqabı Texnikumunda oxumağa göndərilmiş, buranı 1937-ci ildə əla qiymətlərlə bitirmişdir. Bakıya qayıtdıqdan sonra yenidən 3 nömrəli gön-dəri zavodunda çalışmış, zavodun baş texnoloqu olmuşdur. Sonralar isə Bakıda 2 nömrəli gön-dəri zavodunun baş mühəndisi və 2 nömrəli ayaqqabı fabrikinin direktoru olmuşdur.1941-ci ildə Azərbaycanın rəhbər təsərrüfat işlərinə irəli çəkilən Nadir Axundov Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini vəzifəsində çalışmışdır. 1942-ci ildə müharibəyə yollanmış, piyada polkunun batalyon komissarı olmuşdur. Döyüşlərdə yaralanaraq ordudan tərxis edilmiş, Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR xalq yüngül sənaye komissarı vəzifəsinə irəli çəkilmişdir.Nadir Axundov 1949-cu ildə ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirmişdir.
Nadir Azməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Nadir Balakişiyev
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971). == Həyatı == Balakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir. 1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb. 1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor == Həyatı == Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. == Fəaliyyəti == Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Nadir Əhmədov
== Həyatı == 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir. Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür. 1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Qarabağ müharibəsinin veteranıdır. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.
Nadir Əliyev
Nadir Məmmədağa oğlu Əliyev — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor. == Həyatı == Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) Axınla aşağı (film, 2014) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bircəciyim (film, 1986) De ki, məni sevirsən! (film, 1977) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Dronqo (serial, 2002) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü...
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, DQMV – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. === Təhsili === Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. == Elmi fəaliyyəti == O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Nadir Əsgərov
Nadir Əsgərov (aktyor)
Nadir Əzimov
Əzimov Nadir Nəriman oğlu — Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Nadir Əzimov 1963-cü il oktyabrın 31-də anadan olub. Sabiq futbolçu Nəriman Əzimovun atasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — 14.09.2012 == Əsərləri == Simfonik lövhə (1990) Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991) Piano üçün variasiyalar (1993) "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi (2000) "Özəlim – gözəlim" /müəllif – N.Qədimli/ televiziya tamaşasına musiqi (2001).Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nasir Mustafazadə
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. == Həyatı == Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır.16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Nasir Məlikmütii
Nasir Məlikmütii (fars. ناصر ملک‌مطیعی‎ Naṣir Məlik-müṭī‘ī; 11 aprel 1930 və ya 29 mart 1930, Tehran – 25 may 2018, Tehran) — iranlı aktyor və rejissor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi. == Həyatı == Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. == Ailəsi == Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.
Nasir Purpirar
Naser Purpirar (ناصر پورپیرار) (ləqəbi) əsil adıyla Naser Bənakonənde (ناصر بناکننده) — İran yazıçısıdır. 1940-cı ildə Tehranda anadan olub. Onun yazıları, İran tarixi, Ərəblərin İrana hücumundan öncə və sonra, Şahnamə və Firdosi, Sədi, klassik tarix araşdərmacıların əksinə, üstə deyilən tarixi mövzuları yalan və yapma bilir və bu barədə yeni baxış ortaya qoyur. == Həyatı == Purpirarın ali təhsilatına görə bilgi yoxdu. O İranın İSNA reportyoruna deyir: ((mən savadsızam və nəqədərdə savadsızlığım çoxsa, o qədər, mənim dediklərimə cavab verməyə qadir olmayan İran klasik tarixçilərinin savadsızlığına səbəb olur.)) Purpirar, peşəkarlığını bir mətbəədə başladı. Kiyanvərin dediyinə görə o İran Tudə Partiyası üzvüydü. == Əsərləri == Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın Mədəniyyət Nazirliyi (Fərhəng və İrşadi İslami) bu kitabların bir çoxunun çapına icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Əsərlərindən bəzisi bunlardır: İran tarixinin quruluşuna dair müzakirələr — birinci cild — 12 əsr sükut (8 kitabda)İslam və qılınc == Baxışı == Purpirar iranın bu günkü tarixini inkar edərkən yeni iddialar tərh edir ki hələ onların isbatlanmasına dayanaqcıl istinadlar verilməyib.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. == Həyatı == Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Nasir Ətapur
== Həyatı == Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Ən-Nasir
Əl-Nasir Lidinallah (6 avqust 1158 – 5 oktyabr 1225) — 1180-ci ildən 1225-ci ilədək hakimiyyətdə olan 34-cü Abbasi xəlifəsidir. Onun ləqəbinin mənası Allahın dinini müdafiə edən deməkdir. Digər Abbasi xəlifələrindən fərqli olaraq əl-Nasir hakimiyyətini hərbi yolla möhkəmləndirmədi. Xəlifə hakimiyyətini möhkəmləndirmək və müharibələr aparmaq özünü qədim Abbasi hakimləri kimi aparırdı. Bu yolla də rahatlıqla Abbasilərin keçmiş torpaqlarına hərbi yürüşləri qanuniləşdirirdi və ona aid olmayan torpaqları iqta kimi paylayırdı. Hakimiyyəti dövründə müxtəlif aralıqlarla Abbasi xilafətinin sərhədləri Mesopatamiyanın dərinliklərinə və İranın cənub sərhədlərinə qədər uzanmışdı.47 illik hakimiyyəti dövründə dövləti möhkəmləndirmək üçün korrupsiya halları ilə mübarizə aparmış, Bağdadda sülhü bərqərar edə bilmişdi. Ən-Nasir sonuncu ən güclü Abbasi xəlifəsi sayılır. Dövründə Bağdadda mədrəsələr açılmışdır. Lakin öz dövlətinin möhkəmlənməsi və digər hakimlərin zəifləməsi üçün monqolları Azərbaycan və Xarəzm hökmdarları üzərinə hücuma dəvət etmişdir. == Hakimiyyəti == Ən-Nasir xəlifə əl-Müstədinin türk qızı Zümrüddən olan oğlu idi.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. == Həyatı == İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Camal Əbdül Nasir
Camal Əbdül Nasir (ərəb. جمال عبد الناصر‎; 15 yanvar 1918[…], İsgəndəriyyə, Misir krallığı[d] – 28 sentyabr 1970[…], Qahirə, Birləşmiş Ərəb Respublikası) — Misir hərbi və dövlət xadimi, Misirin baş naziri (1954; 1954–1962; 1967–1970), Misirin 2-ci prezidenti (1956–1970), polkovnik, Sovet İttifaqı qəhrəmanı (1964). == Həyatı == Əbdül Nasir 1918-ci il 15 yanvarda Misirin İsgəndəriyyə şəhərində kiçik poçt məmurunun ailəsində dünyaya göz açmışdı. Onun uşaqlığı İskəndəriyyədə keçmiş, orta məktəbi isə Qahirədə bitirmişdir. Ağlına, bacarığına görə yaşıdlarından seçilən Camal çox erkən yaşlarından ətrafında baş verənlərin, həmin dövrdə hökm sürən ingilis ağalığının, xalqının aşağılandığının fərqində idi. Və bütün bunlarla barışa bilmirdi. Məhz bunların nəticəsi idi ki, yeniyetməlik vaxtlarından heç nədən qorxmadan siyasi aksiyalara qoşulmağa başladı. İlk dəfə antibritaniya nümayişində iştirak edəndə onun cəmi 12 yaşı var idi. Amma illər irəlilədikcə anladı ki, ürəyindəki amalları həyata keçirmək üçün daha optimal yollardan istifadə etməlidir. İstəkləri onu 1936-cı ildə Qahirə hərbi məktəbinə gətirdi.
Məmməd Əli Nasir
Məmməd Əli Nasir Məhəmməd oğlu — Azərbaycan yazıçısı, "Qızıl qələm" mükafatçısı. == Həyatı == Məmməd Əli Nasir 1931-ci ildə Şamaxı Şəhəri Cəmcəmli kəndində anadan olmuşdur. Kiçik yaşlardan onun ədəbiyyata olan marağı, onu yaşıdlarınıdan fərqləndirmişdir. 8-ci sinifi kənddə bitirib, Şamaxı şəhərində pedoqoji məktəbə daxil olmuşdur. Oranı da fərqlənməylə bitirib, bir müddət müəllimlik fəaliyyəti göstərmişdir. Sonra Bakı Dövlət Universtedinin jurnalistika fakültəsinə daxil olmuşdur. Onun istedadı və ədəbiyyata marağı yazdığı məqalələrlə, əsərlərdə aydın görülmüşdür. "Hərb və hikmət, Maksim və Kornac, Aşiq Nemət Dərbəndi". Universİtetdə təhsil ala-ala bir çox qəzetlerdə çıxan ədəbi bədii publistik məqalələri bir çoxlarını maraqlandırmışdı. Universteti bitirdikdən sonra Bakı Ali Partiya məktəbinə daxil olmuş, oranıda əla qiymətlərlə bitirmisdir.
Nasir Məhəllə (Talış)
Nasir Məhəllə (fars. نصورمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 368 nəfər yaşayır (80 ailə).
Nasir ibn Mərzban
Nasir ibn Mərzban — Salari şahzadəsi. == Üsyanı və ölümü == Haqqında məlumat azdır. 960-cı ildə Vəhsudanın təkidi ilə üsyan etdiyi bilinir. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və Nasir isə qardaşı və anası ilə Vəhsudan tərəfindən edam olundu.
Nasir kəndi (Qoşaçay)
Nasir kəndi (fars. نصيركندي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,878 nəfər yaşayır (413 ailə).
Yusif Kərimov (nasir)
Yusif Abbas oğlu Kərimov (5 may 1940, Bərdə – 15 oktyabr 2018) — nasir, publisist, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1963), "Yaddaş" milli mükafatı laureatı (2004), "Qızıl qələm" mükafatı laureatı (1975). == Həyatı == Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1957–1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962–1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964–1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973–1978) işləmişdir. Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir (1978–1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuşdur (1981–1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995–1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997–2001) işləmişdir. Hazırda İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsində çalışır (2001-ci ildən). Azərbaycan Yazıçılar İttifaqı Təftiş komissiyasının sədri (1986), Respublika Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən) seçilmişdir. ÜİLKGİ-nin XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur.
İsmayıl İsmayılov (nasir)
İsmayıl Ələsgər oğlu İsmayılov (28 may 1924, İrəvan – 23 oktyabr 2003, Bakı) — nasir, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1969), Əməkdar jurnalist (1985). == Həyatı == İsmayıl İsmayılov 1924-cü il mayın 28-də İrəvanda bağban ailəsində doğulmuşdur. 1941-ci ildə burada orta məktəbi bitirmişdir. İkinci Dünya müharibəsi başlayan il səfərbərliyə alınmışdır: onun döyüş yolu Novorossiysk şəhəri uğrunda qanlı vuruşmalardan başlamış, Polşa, Çexoslovakiya və Almaniya ölkələrinin alınması ilə sona çatmışdır (1942–1946). 1947-ci ildə ordudan tərxis olunmuş, 1948–1953-cü illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasıbda ədəbi işçi, stilist vəzifələrində işləmişdir. 1953-cü ildən Ermənistan Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan dilində radio verilişləri redaksiyasına redaktor təyin olunmuşdur. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası zamanı Ermənistanı tərk etmişdir. Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun oçerk və hekayələri "Sovet Ermənistanı" qəzetində, "Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Onun heyakə və povestləri "Drujinaçı" (1965), "Müasirlərimiz" (1970), "Doğrulmayan etimad" (1978) kitablarında kütləvi tiraja buraxılmışdır.