Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roksburq şamı (Uzunyarpaqlı şam)
Samo dövləti
Samo dövləti — əsası Samo tərəfindən qoyulmuş slavyanların erkən feodal dövlət təsisatı. == Tarixi == Qərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayına qədərki torpaqlarda yaşayırdılar. VI–VIII əsrlərdə qərb Slavyanlarında artıq ibtidai icma cəmiyyəti dağılmağda idi. Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal dövlətlərinin yaranması da sürətlənirdi. Qərb Slavyanlarının ilk siyasi birliyi VII əsrin I yarısında meydana gəlmiş Samo dövləti idi. Samo dövləti slavyanların türkdili avarlara, habelə franklara qarşı inadlı mübarizısi nəticəsində yaranmışdı. VI əsrin II yarısında Dunay sahillərində — Pannoniyada möhkəmlənən avarlar müxtəlif mənşəli tayfaları o cümlədən bəzi slavyan tayfalarının əsarət altına salmışdılar. Çox keçmədən təqribən 623-cü ildə Çexiya, Moraviya və Slovekiyada yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Samo frank taciri idi.
Şamo (roman)
"Şamo" — xalq yazıçı Süleyman Rəhimovun romanı. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. O "Şamo" ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər "Şamo" olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də "Şamo"dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı: "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır.
Şamo Abbasov
Şamo Abbasov (1 avqust 1955, Bakı – 7 may 2014) — Azərbaycan rəssamı. == Həyatı == Şamo Abbasov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına dövlət incəsənət məktəbində, 1978-1984- cü illərdə Leninqradda Vera Muxina adına incəsənət məktəbində təhsil alıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının 1-ci dərəcəli diplomu, 1996-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci hədiyyəsi ilə təltif olunub. Şamo Abbasovun işləri Azərbaycan, Bakı Milli İncəsənət Muzeyində saxlanılır; Azərbaycan Milli Rəsm Qalereyasında (Bakı); RF Mədəniyyət Nazirliyində; Beynəlxalq rəssamlar konfederasiyası (Moskva, Rusiya); Ştiqlis adına tətbiqi incəsənət muzeyində (Sankt-Peterburq, Rusiya); Beynəlxalq keramika muzeyində (Bexin, Çexiya); Azərbaycanın ABŞ-dakı səfirliyində və xarici şəxsi kolleksiyalardadır. Şamo Abbasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir. == Sərgiləri == 2014-cü il, martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. == Həyatı == Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. == Elmi fəaliyyəti == O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Şamo Eyvazov
Şamo Kərimov
Şamo Elman oğlu Kərimov (17 dekabr 1987, Maşlıq, Cəlilabad, Azərbaycan — 8 oktyabr 2020;, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamo Kərimov 17 dekabr 1987-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olub. İki övladı var idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şamo Kərimov Cəbrayıl, Qubadlının azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 8-i Qubadlı istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Cəlilabadda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şamo Məhərrəmov
Şamo Mətləb oğlu Məhərrəmov (26 aprel 1997; Qax rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamo Məhərrəmov 1997-ci il aprelin 26-da Qax rayonunun Ləkit kəndində anadan olub. 279 Saylı Tam Orta Məktəbi Bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şamo Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Məhərrəmov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamo Rəhimov
Şamo Rəhimov (tam adı: Şamo Süleyman oğlu Rəhimov; d. 2 aprel 1931, Bakı, Azərbaycan SSR, SSRİ – ö. iyul 1965, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli azərbaycanlı seysmoloq; xalq yazıçısı Süleyman Rəhimovun oğlu. == Bioqrafiya == Şamo Rəhimov 2 aprel 1931-ci ildə Bakıda anadan olub. Mənşəcə kürddür. Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur. Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir. Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə. 1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Kamo
Kamo — Azərbaycan Respublikasının Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi-vahidi tərkibindəki Kamo kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Sabo
Sabo (fr. sabot) — əsasən taxtadan düzəldilən başmaq. Orta əsrlərdə Avropada kasıb və orta təbəqədən olan insanlar arasında geniş yayılmışdı. == Müasir sabolar == Müasir dövrdə sabo dedikdə yalnız taxtadan hazırlanmış ayaqqabı deyil, həmçinin arxa tərəfi açıq, dəridən və digər müasir materiallardan hazırlanmış başmaqlar da nəzərdə tutulur.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. == Coğrafiya == 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Salmo
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Samoa
Samoa — dövlət. == Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Saqo
Saqo (lat. Cycas) — saqovniklər fəsiləsinə aid bitki cinsi.
Sato
Sato (V əsr) — qədim türkcə satay, saday "sevimli", "yaxın " sözündən; VII əsrdə uyğurların da bir xaqanının Sato adlanması məlumdur (Azərbaycanda bir sıra türkdilli xalqlarda geniş yayılmış Saday şəxs adını xatırlayın).
Sumo
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. == Döyüşdən əvvəl və sonra == Sumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır. == Döyüşçülərin kateqoriyası == .Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır. == Əsas fəndlər və qaydalar == Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.
Şamb
Şamb, Şamkəndi, Şamkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması «Şam»dır. Toponimin sonundakı «b» samiti sonradan artırılaraq erməni dilində «qarğı, qamış» mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim «ağac» mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Şapo
Şapo (fr. Chapeau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03054. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 124 yaşda (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 56.1%). Fəal olan 97 nəfərdən 92 nəfər (52 kişi və 40 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Sago
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
АМГ-10 aviasiya yağı