BAYANÇALAN
BAYATI
OBASTAN VİKİ
Mustafaqulu Bayat
Mustafaqulu Bayat (Səmsamülmülk) — siyasətçi, İranın müasir kənd təsərrüfatı təsisçilərindən biri və Kərəc Kənd Təsərrüfatı Kollegiyasının banisi. O, Ərakın ilk oğlanlar üçün orta məktəbini təsis etmiş və bu məktəbi Səmsamiyə adlandırmışdır. == Həyatı == Mustafaqulu xan mülkədar və millət vəkili Abbasqulu xan Bayatın oğlu, Mürtəzaqulu Bayatın kiçik qardaşıvə Məhəmməd Musaddıqın bacısı oğlu idi. Mustafaqulu xan Məlaikə xanım Məhəmməd mirzə qızı Mülkara ilə ailə qurmuşdu.
Mürtəzaqulu Bayat
Mürtəzaqulu xan Abbasqulu xan oğlu Bayat Şəhamüssəltənə (1890-1958) — İranın baş naziri. == Həyatı == Mürtəzaqulu Bayat 1890-cı ildə İranın Ərak şəhərində, oğuz türklərindən biri olan Bayat qəbiləsinin zadəgan ailəsində anadan olmuşdur. Atası Bayat tayfasının rəislərindən biri, bölgənin tanınmış və hörmətli sakini Hacı Abbasqulu xan Şahəm Əl-mülk Əraki idi. Mürtəzaqulu Bayat 1958-ci ildə Tehran şəhərində vəfat edib. == Fəaliyyəti == Mürtəzaqulu Bayat Azərbaycanda vali vəzifəsində çalışmışdı. Mehdi Fərruxinin Azərbaycandakı olaylardan qorxuya düşüb bura vali gəlmək fıkrindən tam yayındıqdan sonra antiazərbaycançılığı ilə şahpərəstlər içərisində şöhrət tapan Mürtəzaqulu Bayat M.Fərruxinin yerinə 1945-ci ilin oktyabrında Azərbaycana vali təyin olunur. M.Fərruxidən fərqli olaraq M.Bayat "diplomatiyaya" əl ataraq, S.C.Pişəvəri və onun rəhbərlikdə olan məsləkdaşları ilə "dil" tapmağa çalışdı. Bu məqsədlə o, S.C.Pişəvərini dialoqa çağırdı. Bir müddət valini əvəz etmiş və sonra Təbrizdə maliyyə işləri üzrə məsul olan Dövlətşahini S.C.Pişəvərinin yanına göndərir. Dialoq üçün razılıq əldə edildi.
Sare Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Kino Televiziya Bir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousu Kalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Sarə Bayat

Bayat boyu
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Hacı Seyfəddin Bayat
Hacı Seyfəddin Bayat (?-?) — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Nişapur əmirlərindən. == Həyatı == Hacı Seyfəddin Bayat Nişapur şəhərində anadan olmuşdu. Şah Sultan Hüseyn Səfəviyə xidmət etmişdi. Əfqanlar paytaxt İsfahanı aldıqdan sonra Nadir şah Qırxlı-Avşara qoşulmuşdu. Əfqanlara, osmanlılara və Böyük Moğollar imperiyasına qarşı vuruşmuşdu. "Aləm Ara-ye Naderi"yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi.
Hüseyn xan Bayat
Hüseyn xan Bayat — 1778-1822-cı illərdə Maku xanlığının ikinci xanı. O, qardaşı Həsən xan Bayat ilə şərik hakimiyyətə malik idi.
Hüseynəli bəy Bayat
Hüseynəli bəy Bayat (?-?) — Səfəvilər dövlətinin elçisi. == Həyatı == I Şah Abbasın hakimiyyətə gəlməsindən sonra Səfəvilər dövlətinin güclənməsi Avropa dövlətlərini onunla yaxınlaşmağa sövq edirdi. Papalıq, Venesiya, İspaniya və Almaniya imperiyaları Səfəvilər dövlətinə xüsusi maraq göstərirdilər. Bu xristian qərbinin güclü Osmanlı imperiyasını zəiflətmək istəyi ilə bağlı idi. Lakin qeyd etmək lazımdır ki, qərb ölkələri Səfəvilərin Türkiyə üzərində tam qələbəsində maraqlı deyildilər. Onlar belə hesab edirdilər ki, "nə qədər ki, bu dövlətlər bir-biri ilə vuruşur, xristian dünyası rahatlıq və təhlükəsizlikdə olar". Səfəvilər dövlətinə gəldikdə isə onların Avropa ilə diplomatik fəaliyyəti yalnız bir məqsədə – antitürk ittifaqının bağlanması və Osmanlı dövlətinə qarşı kömək əldə etməyə yönəlmişdi. Şah Abbas müttəfiqlərini sərhədlərdən çox uzaqda axtarırdı. E. Şirliyə hədiyyələr bəxş etməklə Səfəvi nümayəndə heyətini Avropa ölkələrinə, xüsusilə, Almaniya, Roma, İspaniya, Venesiya, Fransa, İngiltərə və Şotlandiyaya səyahətlərdə müşayiət etmək üçün onun razılığını aldı. Şerlinin gedişi və hərbi ittifaqın bağlanması ilə əlaqədar Səfəvilər sarayında həmfikirlilik yox idi.
Həsən xan Bayat
Həsən xan Bayat — 1778-1822-cı illərdə Maku xanlığının ikinci xanı. O, qardaşı Hüseyn xan Bayat ilə şərik hakimiyyətə malik idi.
Mahmud sultan Bayat
Mahmud sultan Baba İlyas bəy oğlu Bayat (?-1591) — Bayat elinin Nişapur qrupunun başçısı. == Həyatı == Mahmud sultan Bayat Nişapur şəhərində anadan olmuşdu. Qarabayatların rəisi idi. Şah Məhəmməd Xudabəndə onu Nişapura hakim təyin etmişdi. I Şah Abbas da onu vəzifəsində saxlamışdı. XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ keçirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdülmömin xana vermişdi. Əbdülmömin xan 1591-ci ildə Nişapuru geri almaq istəyən Səfəvi sərkərdəsi Fərhad xan Qaramanlı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona tabe olmağı qəbul etdilər. Lakin onlar daha əvvəl cağataylardan çoxlu adam öldürdükləri üçün Mahmud sultan və digər bayat başbilənləri xanın hüzuruna gedərək, ona itaət etdiklərini bildirsələr də, bağışlanmayaraq öldürüldülər.
Mirzə bəy Bayat
Mirzə bəy Bayat (1736—?) — Dərbənd hakimi, Quba xanlığının elçisi. == Həyatı == Mirzə bəy Bayat 1736-cı ildə Dərbənd şəhərində anadan olmuşdur. Quba hakimi Fətəli xan 1775-ci ilin yazında Dərbənd hakimi Mirzə bəy Bayat (Fərhadbəyli) başda olmaqla rus sarayına elçilər göndərərək Quba xanlığının müstəqilliyini saxlamaq şərti ilə Rusiyanın himayəsi altına keçməsi təklifini irəli sürdü. Elçilər iyulun 6–da Moskva şəhərinə gedib Fətəli xanın məktubunu rus çarisasına təqdim etdilər. Fətəli xan Quba xanlığının statusunu Gürcüstan və Krımla eyniləşdirməyə çalışırdı. Lakin II Yekaterina Quba xanlığının müstəqilliyni qəbul etməkdən imtina etmişdir. == Şəxsi həyatı == Mirzə bəyin Əhməd bəy adlı oğlu, Əlipənah bəy adlı nəvəsi vardı.
Molla Qasım Bayat
Molla Qasım Molla Məhəmmədəli oğlu Bayat (1836-?) — xəttat, müdərris. == Həyatı == Molla Qasım Bayat 1836-cı ildə Kəbirli mahalının Bayat kəndində anadan olmuşdu. İbtidаi təhsilini аtаsındаn аlmışdı. Sоnrа mədrəsədə оxumuşdu. Kəndlərinin dini işləri ilə məşğul olmuşdu. Bayat məscidinin nəzdində mollaxana açmış, uşaqlara savad, şəriət öyrətmişdi. Molla Qasım xoş xətt idi. Əlyazmaların üzünü köçürürdü. Belə ki, o, əlyazma əsərlərin nüsxələrini çoxaltmaq üçün şagirdləri ilə yanaşı Şuşadan xəttat, rəssam, müzəhib, cildçiləri də kəndlərinə dəvət etmişdi. Onun müddərisliyi dövründə xəttatlıq sənəti əsasən bir fənn kimi Bayat mədrəsəsində tədris edilirdi.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Abbas Bayat
Abbas Bayat (14 iyul 1947, Tehran) — İran işadamı. O, Belçikanın Şarlğua(Charleroi) futbol klubunun sədridir.
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Bayat (Həştrud)
Bayat (fars. بيات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (35 ailə).
Bayat (Urmiya)
Bayat (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bayat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bayat kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995.
Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı". Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi. Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadığını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Füzuli Bayat
Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958 və ya 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Ailəlidir, 3 övladı var.
Əsədullah Bayat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. == Həyatı == Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb.
Bayat savaşı
Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verən döyüşdür. Bu döyüş Qarabağ xanlığının xanı Pənahəli xanın qələbəsi ilə başa çatıb. == Döyüş == Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşına səbəb oldu. Hacı Çələbi və onun müttəfiqi Şamaxı xanı Hacı Məhəmmədəli xanın birləşmiş qüvvələri Qarabağın bəzi ərazilərini ələ keçirsələr də, qələbə qazana bilməyərək Pənahəli xanın müstəqilliyini tanıdılar. Hacı Çələbi xan geri qayıdarkən dedi ki: Pənah xan indiyənəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq!
Bayat İK
Haci Mirzə Ağası Bayat
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Murtuzaqulu xan Bayat
Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) — Maku xanı, sərdar, İqbaləssəltənə. == Həyatı == Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb. == Fəaliyyəti == Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi.
Məhəmməd sultan Bayat
Məhəmməd sultan Baba İlyas bəy oğlu Bayat (?-1603) — Bayat elinin Nişapur qrupunun başçısı. == Həyatı == Məhəmməd Sultan Bayat Nişapur şəhərində anadan olmuşdu. Qardaşı Mahmud sultandan sonra Qarabayatların rəisi idi. O pərən-pərən düşmüş qarabayatları başına toplayaraq Şah Abbasa böyük xidmətlər göstəmişdi. Hətta buna görə Şah Abbas tərəfindən bütün qarabayat boyu vergilərdən azad edilmişdi. 12 il Nişapur valisi olan Məhəmməd sultan öldükdən sonra yerinə oğlu Bayraməli sultan keçmişdir.
Novruz bayatıları
Novruz bayatıları— bayatı xalq şerinin əski nümunəsidir. Örnəklərdə Novruz bayramı və onun ənənələri öz əksini tapmışdır. Şərq xalqları klassik musiqisindəki 12 muğam və altı avazatdan əlavə qeydə alınmış 24 şöbədən biri.
Oruc bəy Bayat
Oruc bəy Sultanəli bəy oğlu Bayat (1560, Səfəvilər – 1604, İspaniya) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, diplomat. 1599–1602-ci illərdə ispan kralı sarayında Səfəvi səfiri olmuşdur. == Həyatı == Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578–1587) və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub. Xudabəndənin hakimiyyəti illərində az qala bütün Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir. 1585-ci ildəki belə döyüşlərdən birində atası Sultanəli bəy Bayat həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə Mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir. === İspaniyaya səfəri === Səfəvi taxtına I Şah Abbasın (1587–1629) əyləşməsindən sonra Oruc bəy onun bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Saleh xan Bayat
Saleh xan Bayat (?-1754) — Bayat elindən olan sərkərdə, Nişapur və Fars ostanının valisi. == Həyatı == Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxttacına yiyələnən Adil şah dovran sururdu. Onun sarayının gorkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Saleh xandır. O, 1747-ci ildə Fars ostanının valisi, eyni zamanda ordu komandiri təyin olunaraq oraya gondərilmisdir. Saleh xanın qardası Həsən xanın da sarayda boyuk nufuzu var idi. Saleh xan bu təyinatdan az bir muddət kecdikdən sonra Farsın hakimi vəzifəsindən məhrum edilmis, bu vəzifəyə Mirzə Əbulhəsən Şirazi təyin olunmusdur. Lakin iki aydan sonra Əbulhəsən xan xəstələndiyindən Saleh xan yenə də hər iki vəzifəni icra etməyə baslayır. Bu zaman İran torpaqları birinin əlindən digərinin əlinə kecirdi. Hakimiyyət bir muddət Mir Seyid Sahruxun əlində olarkən, Saleh xan Adil sahın tərəfdarı kimi Sirazdan surgun edilir, Xorasana gəlir.
Teymurpaşa xan Bayat
Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi. == Həyatı == 1820-ci ildə Makuda ilk oğlu olaraq dünyaya gəlmişdi. 2000dən çox süvari, 10000dən çox piyada əsgəri var idi. Kürd sərkərdə Şeyx Abdullahı məğlub etdikdən sonra gücü daha da artmış, xalq arasında "Azərbaycan Padşahı" olaraq tanınmağa başlamışdı. Nəsrəddin şah Qacarın Herat yürüşündə iştirak etmişdi. Ölümündən sonra taxta Murtuzaqulu xan Bayat keçmişdir.
Vaqif Bayatlı
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Vaqif Bayatlı Odər

Vaqif Bayatlı Önər

İqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)
Əhməd xan Bayat
Əhməd xan Bayat — 1747-1778-cı illərdə Maku xanlığının birinci xanı. Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.
Əli xan Bayat
Əli xan Bayat — 1822-1866-cı illərdə Maku xanlığının dördüncü xanı.

Значение слова в других словарях