BATİNİYYƏ
BAZİXANƏ
OBASTAN VİKİ
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Bayazidlu
Bayazidlu Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Bayazidlu- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Qazax qəzasında (Şəmşəddil mahalında) Bayazidlu kənd adı ilə eynidir. Türkiyənin Bayazid əyalətindən gəlmiş ailələrdən özləri ilə gətirdikləri addır.
Bayazit Bikbay
Bayazit Bikbay (başq: Баязит Бикбай; 9 yanvar 1909, Novokalta[d] – 2 sentyabr 1968, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — Başqırd şairi, yazıçısı, dramaturqu, librettoçusu, Başqırdıstan Respublikasının Salavat Yulayev adına mükafatı laureatı == Həyatı == Bayazit Bikbay 9 yanvar 1909-cu ildə Orenburq vilayətinin Orenburq uyezdində yerləşən Kalta aulunda (Başqırdıstanın indiki Kuyurqazi rayonunun Yanı Kalta aulu) anadan olmuşdur. 1929-cu ildə Orenburq Pedaqoji Texnikumunu bitirmişdir. Təhsilini bitirdikdən sonra “Sesen” dərgisinin redaksiyasında, Tuymazinski rayonda çıxan “Lenin yolu” qəzetinin məsul katibi, “Başqırdıstan” qəzetinin şöbə müdiri, Ufa kitab nəşriyyatında bölüm başqanı, “Oktyabr” jurnalının məsul katibi vəzifələrində çalışmışdır. Başqırdıstan Dram Teatrının ədəbi hissə rəhbəri, Başqırdıstan Yazıçılar Birliyinin katibi vəzifələrini tutmuşdur. İkinci Dünya savaşı illərində səhhətinə görə cəbhədə ola bilməmişdir. Lakin onun “Yer üzünə həmd edirəm”, “Odlu misralar” şeir topluları hərbi mövzuda yazılmışdır. Başqırd ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə Bayazit Bikbay Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. 1970-ci ildə ölümündən sonra Salavat Yulayev adına mükafata layiq görülmüşdür. Bayazit Bikbay 2 sentyabr 1968-ci ildə vəfat etmişdir. O, Ufa şəhərindəki müsəlman qəbiristanlığında dəfn edilmişdir.
II Bayazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Dimetoka, Osmanlı imperiyası – 26 may 1512, Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. == Şahzadəlik dönəmi == II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
Molla Bayazid
Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur. Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır.

Значение слова в других словарях