Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəki (əski)
Şəki şəhəri — Orta əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. == Xüsusiyyətlər == Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. == Turizmi == Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Əski-Saray (məscid)
Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir. == Tarixi == Məscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır. 1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir.
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
Əski monqol əlifbası
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Memarlıq abidəsidir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. == Tarixi == Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Əski əlifba
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الف باسی‎, fars. الف با ترکی‎ alefbâ-i torkî), eləcə də Əbcəd (az.-əski. ابجد‎), Azərbaycan Respublikasında rəsmi adı - Əski əlifba — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir == Əlifba == Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür. Şeiriyyatda ən geniş işlənən və rəsmi sayılan xətt XIV əsrdə azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yeridilmiş Nəstəliq xəttidir (az.-əski.
Qatır körpüsü (Yuxarı Əskipara)
Qatır körpüsü — XII–XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır. Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.
Ukrayna Grivnası əskinasları
Ukrayna qrivnasının əskinasları Ukrayna qrivnalarında (UAH, ₴) əks olunmuş banknot və ya əskinaslardır (ümumi leksikonda). Hal hazırda onlar ₴ 1, ₴ 2, ₴ 5, ₴ 10, ₴ 20, ₴ 50, ₴ 100, ₴ 200, ₴ 500 və ₴ 1000 nominasiyalarında buraxılır. Bütün cari notlar 1996-cı ildə ilk seriya notlarını buraxan Ukrayna Milli Bankı tərəfindən buraxılmışdır. Hal-hazırda Grivnası əskinasları 2004–2006-cı illər arasında dövriyyəyə buraxılmışdır. Ukraynada buraxılmış əskinaslara Valyuta Muzeyində baxmaq olar Ukrayna Milli Bankı Kiyevdə. == Banknotlar == 1996-cı ildə Grivna əskinaslarının ilk seriyası Ukrayna Milli Bankı tərəfindən dövriyyəyə buraxıldı. Bunlar 1992-ci il tarixləri idi və 1, 2, 5, 10 və 20 qriven nominasiyalarında idi. Banknotların dizaynı Ukrayna rəssamları Vasil Lopata və Borys Maksymov tərəfindən hazırlanmışdır. Bir Grivnası əskinasları Kanada Bank Not Şirkəti tərəfindən 1992-ci ildə çap edildi. İki, beş və on qrivnalı əskinas iki il sonra çap edildi.
Yeraltı su kəməri (Yuxarı Əskipara)
Yeraltı su kəməri — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Yeraltı yol (Yuxarı Əskipara)
Yeraltı yol (XIV əsr) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Yuxarı Əskipara
Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir. == Tarixi == Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. == Coğrafiyası və iqlimi == Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. == Toponimikası == Yuxarı Əskipara oyk., miir. Qazax r-nu- nun Əskipara i.ə.v.-də kənd Dağətəyi ərazidədir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır.
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi — Əskişəhərin Odunbazarı məzarlığında olan, cənazəsi Biləcikdə dəfn edilən Şeyx Ədəbalının adına Əskişəhərdə inşa edilən türbədir.
Əskinas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskipara
Əskipara (Loru) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Əskipara (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara monastırı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi. Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Əskipara (Loru)
Əskipara — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. == Toponimi == Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən əski sözü ilə "torpaq sahəsi", "yarı hissə" mənasında işlənən para sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını dəyişdirilib Voskepar qoyulmuşdur. 1950-ci ildə kənd ermənicə Voskepar adlandırılmışdır. Kənd Qazax rayonundakı Əskipara kəndinin adı ilə adlanmışdır. Əskipara toponimi əski və İran dillərində para-"kənd", "məskən", para-"kənddən aralı əkin", "bostan əkilən sahə" [145, 168] sözlərindən ibarət olmaq е'tibarilə Albaniyanın Xalxal şəhərinin yerləşdiyi yerin adıdır. VI əsrdə tikilmiş qala divarı və onun 9 bürcü qalmışdır.
Əskipara (Tərtər)
Əskipara — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Əskipara kəndini 1794-cü ildə Qazax rayonunun Əskipara kəndindən köçüb gəlmış ailələr salmışlar.
Əskipara monastırı
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.
Əskipara məbədi
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.
Əskistan
Əskistan (fars. اسكستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 641 nəfər yaşayır (190 ailə).
Əskişehir
Eskişehir — Türkiyənin bir ili və ən sıx iyirmi beşinci şəhəri. 2013-cü il etibarilə 799.724 nəfər əhaliyə malikdir. Ortasından porsuq Çayı keçən şəhər, içərisində Osmangazi Universiteti və Anadolu Universitetinin olması səbəbiylə bir tələbə şəhəri görünüşündədir. Met halvası, Nuga halvası, Haşhaşlı çörək, Kalaban suyu, Çibörek və Lületaşı ilə məşhurdur. Emal edilə bilər Lületaşı, Türkiyədə tək Eskişehirdə çıxarıldığı üçün Eskişehir daşı olaraq bilinər. Türkiyədə Eskişehir və Sivrihisar ətraflarında yetişən bir çoban köpəyi olan akbaş da şəhərə aid əhəmiyyətli bir dəyərdir. İncəsənət təşkilatları və müəssisələri ilə mədəniyyət və sənətdə inkişaf etmiş bir şəhərdir. Anadolu Universiteti və Böyükşəhər Bələdiyyəsi nəzdində iki ədəd simfonik orkestr var. Ayrıca hər il təşkil edilən Beynəlxalq Eskişehir Festivalı ilə şəhərdə musiqi, teatr, şəkil və kino budaqlarında sərgilər və nümayişlər keçirilir. Eskişehir Türkiyənin mədəniyyət fəaliyyət fəaliyyətlərinin tez edildiyi şəhərlərdən biridir.
Əskişəhr (Ərdəbil)
Əskişəhr (fars. اسكي شهر‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (15 ailə).
İnönü (Əskişəhər)
İnönü rayonu — Türkiyənin Əskişəhər əyalətinə bağlı bir rayon. İstanbul-Əskişəhər dəmiryolu və Bozüyük-Kütahya yolunun üstündə yerləşir. Əskişəhər əyalət mərkəzindən 36 km, Biləcik əyaləti mərkəzindən 52 km və son olaraq Kütahya əyaləti mərkəzindən 63 km məsafədə yerləşir. == Tarixi == Rayon ərazisində ilk yerləşmə eramızdan 3500 il əvvəl xetlərin dövründən başlanmışdır. Sonrakı dövrlər də isə Friglər, Lidiyalılar, Makedoniyalılar bölgəyə hakimlik etmişlər. Romalıların Anadoluya gəlişindən sonra 395-ci ildə Bizans İmperiyası torpaqları qatılmışdı. Bizans dövründə rayonun indiki yerinə, yəni qayaların önünə gətirilmiş və adının Basilika olduğu müəyyən edilmişdir.1071-ci ildə Malazgird döyüşündən sonra Səlcuqlular tərəfindən Germiyanoğullarının idarəsinə verilmişdi. Germiyanoğulları tərəfindən 1289-cu ildə hədiyyə olaraq Osmanlılara verilmişdi. Osmanlı dövründə əvvəl Anadolu əyalətinə, sonra Hüdavendigar vilayətinə bağlı, mərkəzi Biləcik olan Ertuğrul sancaqlığına bağlı Söyütlü qəzasının bir kəndi olan İnönüdə Türkiyə Qurtuluş Savaşında Birinci İnönü döyüşü və İkinci İnönü döyüşü baş vermişdir. 1920-ci ildə Yunanlar tərəfindən işğal edilən və 4 sentyabr 1922-ci ildə azad edilən İnönü kəndi 1923-ci ildə Biləcikin Söyütlü rayonuna bağlı idi.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Eski Yurt
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir. == Ümumi məlumat == Qızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır. Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi.
Əşki (Urmiya)
Əşki (fars. ‎اشكي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (11 ailə).
Eski-Kermen
Eski-Kermen (Krım tatar dilində "Köhnə qala") — Krımda orta əsr mağara şəhərinin xarabalığı. Bağçasaraydan 14 km cənub qərbdə, Manqupdan 5 km şimal qərbdədir. Şəhərin sahəsi 8,5 ha, uzunluğu 1040 m, eni 170 m idi. Hündürlüyü 30 m-ə çatan sıldırımlarla məhdudlaşan Stolovaya dağının yaylasında salınmışdır. Şəhərin salınması 5-ci əsrin sonu – 6-cı əsrin əvvəllərinə aiddir.
Daş əsri
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Dərrakə əsri
"Dərrakə əsri" (ing The Age of Reason, rus Век Разума) — Tomas Payne'nin dövründə çox cəsarətli olan Müqəddəs Kitabın (Bibliya) , teologiyanın və mütəşəkkil dinin tənqidini əks etdirən məşhur əsərlərin sonuncusu. Əsərin birinci hissəsi Payne tərəfindən Fransız həbsxanasında yazılmışdır və burada Ludoviq XVI-nun icraatını pisləyən Jacobins tərəfindən həbs edilmişdir. Fransız tərcüməsi 1794-cü ildə İngilis orijinalına qədər çıxdı. J. Monrounun məsləhətinə əsasən yazılmış ikinci hissə iki il sonra nəşr olundu. Payne də "ali" olduğuna inandığını vurğulamasına baxmayaraq, onun deizmini mühafizəkar Amerika ictimaiyyəti və ruhanilər bir örtük ateizm kimi qəbul etdilər. Həyatının sonuna qədər Payne ölkədən xaric olmuşdur və ABŞ-nin ictimai həyatında iştirakdan çəkilməyə məcbur oldu. "Dərrakə əsri" (Əsrin əsası) termini ABŞ-da "Maarifləndirmə" termini ilə sinonim kimi işlənir. Payne tərəfindən bibliya ənənələrin tənqidi nəzərdən keçirilməsi XIX əsrin rasyonalistləri tərəfindən davam etdirildi. Bu traktatdan gələn xətlər tez-tez istinad edilir: "Mən Müqəddəs Kitaba qarşı həqarətli bir nifrət edirəm — zalım hər şeyə olduğu kimi ." == Tarixi kontekst == === Fikri məzmun: XVIII əsrin ingilis dilçiliyi === Payne kitabı 18-ci əsrin əvvəllərində Britaniya dilçiliyinin ənənələri izləndi. Ayrı mövqeləri saxlayarkən, bu deistlər, Payne səbəbi dövründə formalaşdıran bir neçə fərziyyə və arqumentlər ilə uyğun gəlmir.
Çin Əsri
Çin əsri (çin. 中国世纪; ing. Chinese Century) — XXI əsr geosiyasətinin Çində üstünlük təşkil edəcəyi ambisiyası. Bu termin xüsusilə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını üstələyəcəyi və dünyanın ən böyük milli iqtisadiyyatını meydana gətirəcəyi iddiası ilə əlaqədar istifadə olunur. BMT Dünya Bankının məlumatına görə, Çin son iki minilliyin əksər hissəsi üçün artıq bu statusu qoruyub saxlayır. Çin Şanxay Əməkdaşlıq Təşkilatını NATO-ya alternativ olaraq qurdu, Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna, isə Asiya İnfrastruktur İnvestisiya Bankına və Yeni İnkişaf Bankına alternativ olaraq təsis etdi . Bundan əlavə, dünya işlərində daha böyük rol oynamaq üçün demək olar ki, 1 trilyon dollar dəyərində gələcək sərmayələri olan Bir nəsil, bir yol, siyasət təşəbbüsü yaratdı. Həmçinin Trans-Pasifik Tərəfdaşlığına alternativ olaraq Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıqdan istifadə etməyi planlaşdırır.
Əlki rayonu
Əlki rayonu (tatar. Әлки районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəz şəhər tipli Bazarlı Matak kəndidir. == Coğrafiyası == Respublikanın cənubunda yerləşir. Respublikanın Spas, Alekseevsk, Nurlat rayonları və Ulyanovsk vilayəti ilə (Melekes və Novomalıklin rayonları) həmsərhəddir. Əsas çaylar Kiçik Çeremşan (Ata, Şiya, Yuxmaçka çayları), Aktay və Bezdnadır. Orta illik temperatur + 2.8 ° C-dir. Yanvar ayının orta temperaturu -13-14 ° C, iyul ayının orta temperaturu isə + 18-20 ° C-dir. Orta illik yağıntının miqdarı 430-500 mm, buxarlanma 550-570 mm-dir. == Tarixi == Əlki rayonu inzibati mərkəzi Əlki kəndi olaraq 10 avqust 1930-cu ildə qurulmuşdur.
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Əsli Nəmutlu
Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. == Həyatı == Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi.
Əsli dəlillər
Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şəri dəlillərin bir qismini əhatə edir. Şəri dəlillərin digər qismi isə fəri dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl) Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Əsli ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. == Sadə ədədlər cədvəlinin tərtibi tarixi == Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". == Sadə ədədlər == Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Şiə əsri
Şiə əsri və ya Şiəlik əsri — 945-ci il ilə 1055-ci illər arasındakı dövrü təsvir etmək üçün istifadə olunan tarixi bir termin. Şiə müsəlman hakimiyyətləri, xüsusən də Fatimilər və Buveyhilər İslam dünyasının mərkəzi torpaqlarında hökmranlıq etdilər. == Arxa plan == 9-cu əsrin sonlarında Abbasilər xilafəti parçalanmağa başladı. Ardıcıl daxili böhranlar (Samirrada anarxiya və Zənc üsyanı) mərkəzi hökuməti zəiflətdi və Abbasilər imperiyasının əyalətlərində bir sıra regional sülalələrin yaranmasına səbəb oldu. Bu müddət ərzində sarsılan Abbasi rejiminə müxalifət çoxu İslam dünyasının periferiyasına yayılmazdan əvvəl 9-cu əsrdə İraqın Abbasi xilafətinin paytaxt bölgəsində doğulub böyüyən radikal şiə məzhəbləri tərəfindən getdikcə daha çox ifadə olunurdu. == Şiə təsirinin yüksəlişi == Abbasi rejiminin zəifliyi zeydi dövlətləri olan Təbəristan (864-cü ildə) və Yəmən (897-ci ildə) kimi İslam dünyasının ucqar guşələrində bir sıra şiə rejimlərinin yaradılmasına imkan verdi,lakin ən əsası Qərmətilik və Fatimilər xilafətini doğuran gizli minillikçi İsmaili missionerlik hərəkatının kütləvi olaraq yayılmasına imkan yaratdı. 909-cu ildə İfriqiyyədə qurulan Fatimi xilafəti qısa müddətdə Şimali Afrikanı nəzarətə götürdü, 969-cu ildə Misiri fəth etdi və Levanta qədər genişləndi, qərmətilər 899-cu ildə Bəhreyndə öz dövlətlərini qurdular, İraq və Levanta basqın etdilər. , hətta 930-cu ildə Məkkəni ələ keçirdilər. Bu arada, xəlifələr Mötəzid və Muktəfi dövründə müvəqqəti dirçəlişdən sonra Abbasi xilafəti X əsrin əvvəllərində xəlifə Müqtədirin (hak.908-932) səmərəsiz rəhbərliyi ilə ordu ilə bürokratlar arasında çəkişmələr və zəif maliyyə idarəçiliyi nəticəsində sürətlə süqut etdi. Bu 945-ci ildə Bağdadın əvvəlki onillikdə İranın çox hissəsinə hökmranlıq etmək üçün sadə nəsildən çıxmış şiə tərəfdarı olan Buveyhilər tərəfindən tutulması ilə nəticələndi.Buveyhilər Abbasi xilafətini əlində saxlasalar da, növbəti əsrdə Abbasi xəlifələri Buveyhilərin nəzarəti altında az-çox gücsüz kuklalar idi.
İbrahim Həski
İbrahim Həski və ya İbrahim Paşa Həski Telli (kürd. Biroyê Heskê Têlî; II minillik – 25 iyul 1931, Çaldıran şəhristanı) — kürd hərbçisi, siyasətçisi və Ağrı Respublikasının prezidenti. Cəlali tayfasından idi. == Həyatı == İbrahim Həski Diyadində anadan olmuşdur. Atasının adı Həsk, anasının adı Tellidir. Cəlali tayfasının Həsəsori qolundan idi. Müxtəlif mənbələrdə onun adı "İbrahim Ağa", "İbrahim Paşa", "Həskizadə İbrahim", "Bırho", "Bro Həski Telli" və s. adlandırmışdır.
Eski Çäçqab
Eski Çäçqab — Tatarıstan Respublikası Kaybiç rayonunda kənd. Əhalisi 463 nəfərdir (2010), tatarlar. Kazandan 100 km cənub-qərbdə yerləşir.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Etki
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Eskiz
Eskiz (yun. σχέδιος – schedios, "ektempore") tez icra olunan, adətən bitmiş iş kimi nəzərdə tutulmayan əl ilə çəkilmiş rəsmdir. Eskiz bir neçə məqsədə xidmət edə bilər: rəssamın gördüyü bir şeyi qeyd edə bilər, sonradan istifadə üçün bir ideyanı qeyd edə və ya inkişaf etdirə bilər və ya təsviri, ideyanı və ya prinsipi qrafik şəkildə nümayiş etdirmək üçün sürətli üsul kimi istifadə edilə bilər. Eskiz ən ucuz sənət vasitəsidir. == Qalereya == === Mövzular, üslublar və media === == Mənbə == Kisholm, Hyu, redaktorSketch // Britannika Ensiklopediyası. 25 (XI). Cambridge University Press. 1911. səh. 186.
Eski İmaret məscidi
Pantepoptes Monastrı Kilsəsi və ya Köhnə İmarət Məscidi (yun: Μονή του Χριστού Παντεπόπτη Rom:Mori tou Hristou Pantepopti), İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. 1081 ilə 1087 arasında inşa edildiyi təxmin edilir. Kilsə Komnenos sülaləsinin qurucusu I Alexios tərəfindən inşa edilmişdir. Fateh Sultan Məhəmməd dövründə mədrəsə olaraq istifadə edilən Zeyrek Məscidinin İmarətxana olaraq istifadə edilmişdir. Fatih mədrəsələri tikiləndən sonra məscid oldu.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir. Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür.
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Köhnə Şəki
Şəki şəhəri — Orta əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Linden Eşbi
Linden Eşbi (ing. Linden Ashby; 23 may 1960, Atlantik-Biç[d], Florida) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur. == Həyatı == Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Bakı Dövlət Universitetinin Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.