Baza Rentabelliyi

Məhsulların satışından istehsal xərclərini çıxdıqdan sonra, mənfəət əldə edilməsi ilə təmin olunmuş müəssisə gəlirləridir.
Baza Norması
Bazar
OBASTAN VİKİ
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Aktivliyin rentabelliyi
Aktivliyin rentabelliyi (ing. return on assets, ROA) — gəlir əldə etmək üçün şirkətin aktivlərindən istifadənin səmərəliliyini əks etdirən maliyyə göstəricisi. ROA — Dyupont modelinin elementlərindən biridir. ROA aşağıdakı kimi hesablanır: ROA = Xalis mənfəət/Aktivin orta dəyəri × 100 % , xalis mənfəət — maliyyə nəticələri haqqında hesabatın göstəricisi olduğu halda, aktivlərin orta dəyəri ilin əvvəlinə və sonuna aktivlərin cəminin yarıya bölünməsidir (balans göstəriciləri əsasında hesablanır). Praktikada bəzən digər variantlardan istifadə olunur, məsələn: ROA = Əməliyyat mənfəəti/Aktivin orta dəyəri × 100 % Bu göstərici müəssisənin aktivlərin formalaşmasına sərf etdiyi hər rubldan əldə etdiyi mənfəəti xarakterizə edir. Bu göstəricinin dəyərlərini yalnız eyni sənayedəki müəssisələr arasında, bir şirkətin fəaliyyətinin plan-amil təhlili apararkən və ya zamanla göstəricinin dəyərindəki dəyişiklikləri təhlil edərkən müqayisə etmək məna kəsb edir. Müəssisənin mənfəətinin onun yaradılması üçün istifadə olunan resurslarla (şirkətin mənfəətini onun əməliyyat nəticəsi olan gəlirlə müqayisə etməkdən fərqli olaraq) müqayisəsi şirkətin mövcudluğunun texniki imkanlarını göstərir. Bu göstərici şirkətin gəlirlərinin qoyulmuş kapitalından necə əldə olunduğunu göstərir. ROA nə qədər yüksək olsa, şirkət öz resurslarından bir o qədər səmərəli istifadə edər. ROA analitiklər və investorlar tərəfindən investisiya qərarları qəbul edərkən müxtəlif şirkətləri müqayisə etmək üçün istifadə olunan mühüm göstəricidir.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
İnvestisiya edilmiş kapitalın rentabelliyi
İnvestisiya edilmiş kapitalın rentabelliyi (ing. cash return on capital invested, CROCI) — ilkin olaraq 1996-cı ildə Deutsche Bank-ın kapital tədqiqat departamenti tərəfindən hazırlanmış korporativ gəlirliliyin qabaqcıl ölçüsü (hazırda DWS Qrupunun bir hissəsidir). Bu nisbət vergilərdən sonra və ödənilən faizdən əvvəl pul vəsaitlərinin hərəkətini istifadə edilmiş kapitalın ümumi dəyəri ilə müqayisə edir və şirkətin investisiyalarından pul gəlirləri əldə etmək qabiliyyətinin faydalı ölçüsüdür. Nisbət ROE-yə bənzəyir, lakin sərbəst pul vəsaitlərinin hərəkəti nəzərə alınmaqla və şirkətin qiymətli kağızlarının bütün sahibləri tərəfindən maliyyələşdirilən aktivlər nəzərə alınmaqla şirkətin dəyəri əsasında hesablanır. CROCI, aktivlərin bütün köhnəlmə müddəti ərzində kapitalın ümumi dəyərini (yatırılan ümumi kapital) investisiya etdikdən sonra şirkətin sərəncamında qalan vergidən sonrakı ümumi pul vəsaitlərinin hərəkətinin daxili gəlir dərəcəsi kimi hesablanır. Riyazi olaraq, amortizasiyanın iqtisadi amortizasiya olduğunu (şirkətin aktivlərinin faktiki olaraq nə qədər davam edəcəyinin təxmininə əsaslanaraq) və kapital məsrəflərinin yalnız texniki xidmət xərclərini əhatə etdiyini fərz etsək, bu, müəyyən bir il üçün sərbəst pul axınının istifadə edilmiş xalis kapitala nisbətinə bərabərdir. CROCI = Sərbəst Pul Hərəkəti/İnvestisiya edilmiş Kapital = Sərbəst Pul Hərəkəti/Cəmi Kapital + Ümumi Öhdəliklər - Cari Öhdəliklər - Həddindən artıq pul vəsaitləri CROCI, Deutsche Bank tərəfindən hesablanmışdır: CROCI = EBITDA/Kapitalın ümumi dəyəri = EBITDA/Şirkət dəyəri - Borc öhdəlikləri - Nəzarət hüququ olmayan səhmdarların öz (kapital) vəsaitləri - İmtiyazlı səhmlərin dəyəri + Pul və pul ekvivalentləri Costantini, Pascal. Cash Return on Capital Invested: Ten years of Investment Analysis with the CROCI Economic Profit Model, 1st edition. Butterworth-Heinemann. 2006.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
2 nömrəli Bakı Baza Tibb Kolleci
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.