Bazar vaxtı

Market timing 1) Adətən, texniki göstəricilərdən və ya iqtisadi məlumatlardan istifadə etməklə bazarın gələcək konyukturunun müəyyən edilməsi cəhdi. 2) Bazar konyukturunda baş verən dəyişiklər fonunda mənfəət əldə etmək məqsədilə fond aktivləri sinifləri arasında aparılan əvəzləmələr.
Bazar sektoru
Bazarlararası Ticarət Sistemi
OBASTAN VİKİ
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Antarktida vaxtı
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Atom vaxtı
Atom vaxtı — Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqliyə malik zaman standartıdır. Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır. == Kvars saatı == Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Efemerid vaxtı
Günəş vaxtı
Günəş vaxtı — Astronomiyada əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s. Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir. Yəni, Is = 1/(24•60•60) =1/86400 — orta Günəş günü. Gün batımı və ya Günəş batması Yerin fırlanma nəticəsində üfüqün altındakı Günəşin yox olmasıdır.
Qış vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Ulduz vaxtı
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
Yay vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Ümumdünya vaxtı
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
Şəfəq vaxtı
Şəfəq vaxtı və ya Dan — günəş doğmazdan əvvəl görülən alatoranlığın vaxtıdır. Bu zaman günəşin şüaları zəifdir, günəş hələ qalxmayıb və üfüqün altındadır. Sübh və günəş doğuşu arasındakı alatoranlıq müddəti bölgənin eninə görə dəyişir. Məsələn, bu fərq tropiklərdə bir neçə dəqiqədir, ancaq qütblərdə saatlarca ola bilər.
Azərbaycan vaxtı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bakı vaxtı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Ekran vaxtı
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt. Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir. Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər. == Tarixi == İlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi. Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir. 2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.
Erməni Bazar
Erməni Bazar — Azərbaycan Respublikasının Yevlax rayonunun Xaldan kənd Sovetində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Xaldan kənd Sovetinin Erməni Bazar kəndi Xaldan kəndi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
Qanlı Bazar
Qanlı Bazar (türk. Kanlı Pazar) - 16 fevral 1969 tarixində İstanbul Taksim meydanında ABŞ-nin 6 Flotunu etiraz etmək üçün 76 gənclik təşkilatının toplandığı sırada meydana gələn hadisələrdir. Tarixçi Feroz Əhməd isə hadisəsi "mütəşəkkil bir faşist şiddət nümunəsi" olaraq xarakterizə etmişdir. 6 Flotun İstanbula gəlişini etiraz edən Ankara, İzmir, Trabzon və İstanbuldakı kiçik diametrli göstərilərin ardından, şagird və işçi təşkilatları 16 Fevralda İstanbulda İmperializm və istismara qarşı bir gediş və Mitinq etmə qərarı aldı. 76 gənclik təşkilatının qatılacağı nümayiş üçün qubernatorluqdan lazım olan icazə də alınmışdı. Nümayiş edilmədən əvvəlki günlərdən gərginlik artmışdı, çünki 14 fevraldakı Cümə namazından sonra Kommunizmlə Mübarizə Dərnəyi ilə sağ tərəfin yoxlamasında olan Milli Türk Tələbə Birliyinin liderliyində "Bayrağa hörmət" mitinqi təşkil edildi. Bu mitinqdə kommunistlərə qarşı döyüş açıldığı elan edilərək xalqa iki gün sonra təşkil ediləcək olan 6 Flotu Etiraz Gedişində kommunistlərə lazım olan dərsi vermək üzrə toplanma çağırışı edildi. 16 fevral günü, nümayişçilər Bölünməyə doğru gedişə keçmək üzrə Beyazıtda toplanarkən, "kommunistlərə lazım olan dərsi vermə" çağırışına uyğun gələn sağ fikirli kəslər də Bölünmə Meydanına gəldilər. Burada toplu qılınan namazın ardından daşlı və çubuqlu bir şəkildə gözləməyə qoyuldular. Bəyazit Meydanında toplanan gənclik təşkilatları gedişə keçdilər.
Qara bazar
Qara bazar — bazarda mal və xidmətlərin qanunsuz dövriyyəsi baxımından kölgə iqtisadiyyatının sosial institutu. Bu bazarda əməliyyatlar ümumiyyətlə iştirakçıların qiymət yoxlamaları və ya vergidən qaçması nəticəsində meydana gəlir.
Qırmızı Bazar
Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır. Qəsəbə keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi.
Sərbəst bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Örtülü bazar
Örtülü bazar — dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən memarlıq-ticarət kompleksi. Orta əsrlərdə meydana gəlmişdir. Cənubi Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində örtülü bazar nümunələri qalmışdır. Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı"dır.
İçəri bazar
İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Bəstəkar Müslüm Maqomayevin atasının emalatxanası bu məhəllədə yerləşir.
Şüşəli bazar
Şüşəli bazar — XX əsrin 50-ci illərində Bakının Yasamal rayonunda tikilmiş ticarət obyektidir. 2012-ci ilin aprel ayında bağlanıb. Şüşəli bazar Sovet dönəmində Bakı şəhərinin ən məşhur bazarlarından biri olub. 2005-ci ildə bazar fəaliyyətini dayandırıb, satıcılar və işçilər buranı tərk edib. 2010-cu ildə obyekt hasara alınıb. 2012-ci ilin aprel ayında isə Şüşəli Bazar dağıdılıb. Hal-hazırda keçmiş bazarın sahəsində təmir işləri gedir.
Bazar dəyəri
Bazar dəyəri — sövdələşmənin tərəfləri ağlabatan hərəkət etdikdə, bütün lazımi məlumatlara malik olduqda və hər hansı əhəmiyyətli əməliyyatın qiymətinə təsir göstərmədikdə, rəqabət şəraitində sərbəst bazarda mal və ya xidmətin satıla biləcəyi ən çox ehtimal olunan qiymət, nə vaxtdır: əqd tərəflərindən biri qiymətləndirmə obyektini özgəninkiləşdirməyə, digər tərəf isə icranı qəbul etməyə borclu deyildir. əqd tərəfləri əqdin predmetini yaxşı bilirlər və hər biri öz mənafeyinə uyğun hərəkət edir; qiymətləndirmə obyekti oxşar qiymətləndirmə obyektləri üçün xarakterik olan kütləvi təklif vasitəsilə açıq bazarda təqdim edilir; əqdin qiyməti qiymətləndirmə obyekti üçün ağlabatan mükafatdır və hər iki tərəfdən əqd iştirakçılarına münasibətdə əqdin bağlanmasına məcbur edilməmişdir; qiymətləndirmə obyekti üzrə ödəniş nağd şəkildə nəzərdə tutulur. == Xərc növləri == Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanunvericilik aşağıdakı dəyər növlərini müəyyən edir: bazar qiyməti; investisiya dəyəri; ləğvetmə dəyəri; kadastr dəyəri. === Bazar dəyəri === Bazar dəyəri qiymətləndirici tərəfindən, xüsusən də aşağıdakı hallarda müəyyən edilir: əmlak dövlət ehtiyacları üçün götürüldükdə; səhmdarların ümumi yığıncağının qərarı ilə və ya cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə cəmiyyət tərəfindən alınmış cəmiyyətin yerləşdirilmiş səhmlərinin dəyəri müəyyən edilərkən; girov predmetinin dəyəri müəyyən edilərkən, o cümlədən ipoteka olduqda; nizamnamə (pay) kapitalına qeyri-pul töhfələrinin dəyəri müəyyən edilərkən; iflas proseduru zamanı borclunun əmlakının dəyəri müəyyən edildikdə; əvəzsiz alınan əmlakın dəyəri müəyyən edilərkən.
Bazar (gün)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. == Adı == Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. == Dinlərdə == === Islam === İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. === Xristian === Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Bazar konyunkturası
Bazar konyunkturası — bazarda inkişaf edən və tələb və təklif səviyyələri, bazar aktivliyi, qiymətlər, satış həcmi, faiz dərəcələrinin dəyişməsi, valyuta məzənnələri, əmək haqqı, dividendlər, habelə istehsal və istehlak dinamikası ilə xarakterizə olunan iqtisadi vəziyyət. Bazar amillərin fəaliyyətindən asılıdır, bunlardan əsasları: istehlakçıların pul gəlirləri, malların qiymətləri, qiymətli kağızlara tələb və təklifin nisbəti, onların gəlirliliyi. Bazar şərtləri malların kommersiya dəyərini və rəqabət qabiliyyətini, alqı-satqının mümkünlüyünü və iqtisadi məqsədəuyğunluğunu, potensial və faktiki ixrac edən (idxal edən) ölkələrin və qarşı tərəf firmaların seçimini bu girişin üsulları, bazara daxil olmaq üçün əlverişli məqamın axtarışını, forma və formaları müəyyən edir. Bazar konyukturasının dəyişməsi ilk növbədə iqtisadiyyatın xarakteri və inkişaf səviyyəsi ilə müəyyən edilir, lakin buna bir sıra malların istehsalı və istehlakının mövsümi xarakteri kimi amillər də təsir edir. Bazar şəraitinə təsir edən bütün amillər daimi və müvəqqəti (təsirlərinin tezliyinə görə), bazarın inkişafını stimullaşdıran və ya onu məhdudlaşdıran amillərə bölünür. Bazar şəraiti, onda baş verən dəyişiklikləri kəmiyyətcə qiymətləndirməyə və onların inkişaf meyllərini müəyyən etməyə imkan verən göstəricilərdən istifadə etməklə öyrənilir. Belə göstəricilər adətən aşağıdakı qruplara sistemləşdirilir: dinamikası istehsalın, əsas istehsalçı firmaların, yeni əmtəələrin meydana çıxması, potensialın istifadəsi, bu sənayeyə qoyulan investisiyaların dinamikası, sifariş portfelinin hərəkəti, istehsal xərclərinin dinamikası, məşğul və işsizlərin sayı. , tətillərin istehsalın həcminə və əmək haqqı fondunun artmasına təsiri, qiymətli kağızların qiymətlərinin hərəkəti və s.; tələb və təklifin dinamikası və strukturu, elmi-texniki tərəqqi nailiyyətlərinin səviyyə istehlakına və malların keyfiyyətinə olan tələblərə təsiri, topdan və pərakəndə ticarətin dinamikası, bazar tutumu (malların həcmi); müəyyən müddət ərzində onun üzərində satılan ), kredit satış məbləğləri, inventar hərəkətləri, malların aralığı, yaşayış minimumu indeksləri və s.; beynəlxalq ticarətin vəziyyəti, onun dinamikası, əsas ölkələr — ixracçılar və idxalçılar, ticarət və satışdan sonrakı xidmətin yeni forma və üsulları və s.; aparıcı ölkələrdə topdansatış qiymətlərinin dinamikası - bu məhsulun istehsalçıları və istehlakçıları, ixrac qiymətləri; qiymətlərə təsiri inflyasiya, xammal və enerji resurslarının qiymətlərinin dəyişmə dinamikası, valyuta məzənnələrinin dəyişməsi, inhisarların qiymətlərin səviyyəsinə təsiri, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi və s.