Bala Bağman məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri.
Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Tağıyevlər, Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır.
Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə "İtli küçə" deyilərdi.
Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub.
Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.