BAŞSAĞLIĞI

is. Yaxın adamı ölmüş bir şəxsə, ya ailəyə təsəlli vermə, səbir vermə; təziyə.
□ Başsağlığı vermək – yaxın adamı ölmüş şəxsə təsəlliverici sözlər demək.
Bax, buradanca dönək konsulgilə, ona ayaqüstü başsağlığı verək. C.Məmmədquluzadə.
[Kazım:] Bir də gördüm ki, məclisdə durub gedənlər yanıma gəlib mənə başsağlığı verirlər. Çəmənzəminli.

Синонимы

  • BAŞSAĞLIĞI təziyə — təsəlli
BAŞMAQSEYRİ
BAŞSINDIRAN

Значение слова в других словарях