Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)
Adil Babayev. Ata olsam belə, ata istərəm qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2015-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film mərhum şair, tərcüməçi, dramaturq Adil Babayevin həyat və yaradıcılığından bəhs edir. Film şairin 90 illik yubileyinə həsr edilmişdir. Filmdə rolları Oqtay Mehdiyev, Almaz Amanova və Toğrul Hüseynzadə ifa edirlər.
== Məzmun ==
Film mərhum şair, tərcüməçi, dramaturq Adil Babayevin həyat və yaradıcılığından bəhs edir.
Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş, əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir.Film şairin 90 illik yubileyinə həsr edilmişdir.