BERET

сущ. берет. Uşaq bereti детский берет, başında beret с беретом на голове
BERDANKA
BERETLİ
OBASTAN VİKİ
Mavi beret
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri : Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri. Belarus Ordusu - Mobil Qüvvələr. BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu. Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Yaşıl beret
Əsasən dünya ölkələrinin desant-təxribatçı birləşlərinin geyindiyi bu baş geyiminin tarixi İkinci dünya müharibəsindən başlayır. Həmin müharibədə bu baş geyimin Britaniyanın Royal Marines(Kral Dənizçiləri) korpusunun desantları geyinirdilər. Bu bereti qazanmaq üçün dənizçilər Desant-Təxribatçı Dəstə Kursun keçirdilər. Azərbaycan ordusu — Yaşıl bereti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi istifadə edirlər. Avstraliya ordusu — Avstraliya Desant-Təxribatçı Dəstə (beretləri "Qrin Şervudu" rəngində) yaşıl beret geyinirlər. 1-ci Desant-Təxribatçı Dəstə Polku. 2-ci Desant-Təxribatçı Dəstə Polku, əvvəllər 4-cü batalyon (Kral Avstarliya Polku). Amerika ordusu — ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri. ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir.
Beretbinə
Beretbinə (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Beretbinə (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Beretbinə (Balakən)
Beretbinə — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisi vaxtilə Zaqatala r-nunun Qəbizdərə kəndinə aid binə yeri olmuşdur. Sonralar Qəbizdərədən çıxmış bir qrup ailənin burada məskunlaşması ilə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Daha sonralar kənd iki hissəyə bölünərək eyni adla yarısı Balakən, digər hissəsi isə Zaqatala r-nuna verilmişdir. Avar. peret "xırda ağaclıq", "kol-kos" mənasını bildirir. Oykonim "ərazisi kol-kosdan ibarət olan binə, kənd" deməkdir.
Beretbinə (Zaqatala)
Beretbinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Beretta
Beretta — ad və soyad. Beretta (şirkət) — Beretta şirkəti. Beretta 92 — Beretta şirkətinin tapançası. Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat.
Beretta (şirkət)
Beretta silah markası — öz adını Bartolomeo Berettanın soyadından götürmüşdür. Bartolomeo Beretta (təxminən 1490 – təq. 1565). maestro di canne (master silah lüləsi ustası) kimi tanınan Lombardiyadan olan italyan sənətkarıdır və o, 1526-cı ildə Beretta silah istehsalı müəssisəsini qurmuşdu. Arquebus Beretta Val Trompiadakı Gardone-də, sonra Venesiya Respublikasında işləmiş və kənddə dəmir ustası olmuşdur. O, təfərrüfatla maraqlanırdı və silah lülələrinin məhsuldar istehsalçısı idi. 1526-cı ildə Venesiya Arsenalı ona 185 arquebus barelinə görə 296 dukat ödədi. Dəmir tökmə və silah biznesi Berettanın oğlu Yakopo və nəvəsi Covannino tərəfindən davam və inkişaf etdirilmişdir və Beretta ailəsi 21-ci əsrdə biznesə nəzarət edir. Britannica Ensiklopediyası Berettanı "dünyanın ən qədim sənaye müəssisələrindən biri" adlandırmışdır.
Beretta 92
Beretta 92 (it. Beretta 92, həmçinin Beretta 96 və Beretta 98) — Beretta şirkətinin ən istedadlı mühəndisləri Karlo Beretta, Cuzeppe Mazetti və Vittorio Valle tərəfindən 1972-ci ildə istehsal edilmişdir. Özüdolan 9 mm kalibrli Beretta 92F tapançası 1985-ci ildə müsabiqəyə əsasən ABŞ ordusuna 0.45 kalibrli Kolt M1911i əvəz edərək M9 adıyla istifadəyə verilmişdir. Müqaviləyə əsasən M9 İtaliya (Beretta) və həmçinin ABŞda (Beretta USA Corp., Akkokike, Merilend ştatı) istehsal edilir. 1985-1995ci ilədək ABŞ bütün ordusu üçün 1 020 257 ədəd M9 almışdır (1 tapançanın qiyməti 178,50 ABŞ Dolları). Beretta 92FS (Beretta 92F modelindən tətiyin yanında disk ilə fərqlənir) dünyada ən çox yayılmış və tanınan modellərdən biridir. O bir çox ölkələrin ordusu, polisi, xüsusi orqanları və özünümüdafiə silahı kimi istifadə edilir. Hər il 92 modeli İtaliyada və digər ölkələrdə 100 000 artıq istehsal edilir. == Yaranma tarixi == == Modellər == Beretta 92 Beretta 92S Beretta 92SB Beretta 92F Beretta 92FS Beretta 92DS Beretta 92D Beretta 93R === Üstün cəhətləri === === Çatışmayan cəhətləri === İri qabaritli olması gizdi daşınmaya imkan vermir. İlkin mərhələdə yüngül materiallardan istifadə edilməsi onun dözümlülüyünü azaldırdı.
Beretta AR-70
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
Beretta AR70/90
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
Beretuk (rəqs)
Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü. == Haqqında == Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür.
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").

Digər lüğətlərdə