BEYN

сущ. устар.
1. середина, расстояние между чем-л.
2. время, промежуток времени
BEYQAFIL
BEYNƏLXALQ
OBASTAN VİKİ
Dul Beyn (Talış)
Dul Beyn (fars. دولبين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 378 nəfər yaşayır (94 ailə).
Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Dananq Beynəlxalq Hava Limanı
Dananq Hava Limanı — (vyet. Sân bay quốc tế Đà Nẵng, ing. Da Nang International Airport) — Vyetnamın Dananq şəhərində yerləşən beynəlxalq hava limanı. Vietnam Airlines: Hanoy, Hoşimin, Kamran (hava limanı), Kontum, Bindin, Buonmethuot. Jetstar Pacific Airlines: Hanoy, Hoşimin PBAir: Banqkok SilkAir: Sinqapur Nordwind Airlines: İrkutsk, Krasnoyarsk, Novosibirsk, Ulan-Ude.
Daşkənd Beynəlxalq Hava Limanı
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanı — (özb. Islom Karimov Toshkent Xalqaro Aeroporti) - Özbəkistanın ən əsas və Mərkəzi Asiyanın üçüncü hava limanı (Qazaxıstanının Alma-Ata və Astana hava limanlarından sonra). Daşkənd şəhərinin mərkəzindən 12 km aralı yerləşir. İCAO II kateqoriyasına malik olan bu aeroport, Uzbekistan Airways-in əsas qovşağı olmaqla yanaşı, Mərkəzi Asiya və Özbəkistanın ən böyük aeroportudur.Aeroport 2 terminal malikdir: Terminal 2 beynəlxalq uçuşları, Terminal 3 isə yerli uçuşları tənzimləyir. Terminal 2 2001-ci ildə yenidənqurulmuşdur.Saatlıq 1000 sərnişin tutuma illik isə 2 milyon sərnişin tutumuna malikdir.Binada yerləşən digər obyektlərə isə, gözləmə otaqları,CİP və VİP zalları,restoranlar və barlar,pul mübadilə ofisləri,duty-free mağazaları,bilet satış və yoxlama məntəqəqləri və 24 saat işləyən aptek aiddir.Terminal demək olar ki, maksimal tutumla işləyir.2 saata isə bütün qeydiyyat işləri görülür. Terminal 3 2011-ci ildə açılıb və 400 nəfərlik saatlıq tutma malikdir.2 terminal pist vasitəsilə bir-biri ilə ayrılıb. Özbəkistan hökuməti Daşkənd HAva limanını 2030-cu ildə alternativ bir məntəqəyə koçurməyi planlaşdırır.
Denver Beynəlxalq Hava Limanı
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Diabetlə Beynəlxalq Mübarizə günü
14 noyabr Diabetlə Beynəlxalq Mübarizə günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.
Dilican Beynəlxalq Məktəbi
Dilican Beynəlxalq Məktəbi (ing. UWC Dilican) — Ermənistanda açılacaq beynəlxalq məktəb Məktəbin dəyəri 150 milyon dollardır. Səhmdarları arasında Rusiyanın 30-dan artıq iri holdinqinin rəhbərləri var. 2014-cü il oktyabrın 11-də fəaliyyətə başlayacaq. İlk mövsümdə 100 nəfər tələbə təhsil alması və 2023-cü ildə isə bu rəqəmin 650-yə çatması gözlənilir.
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakı, Azərbaycanda keçirilən film festivalıdır. Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku BSFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Keçirildiyi ilk ildə festival 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişinə 1000-ə yaxın izləyici cəlb etmişdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmin özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir. Festival 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlamışdır. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovaya (proram tərtibçisi) aiddir. Festival birinci ildə çoxsaylı könüllülərin və festivala təmənnasız töhfə vermiş yerli və xarici təşkilatların köməyi ilə ərsəyə gətirilmişdir. Belə ki, göstərilən filmlərin bir çoxunun haqları festivala ianə verilmiş, nümayişlərin keçirildiyi müxtəlif kafe və barlar təmənnasız şəkildə məkan dəstəyi vermişdirlər. Bundan əlavə, çox sayda Azərbaycan ziyalısı və ictimai fəalı nümayişlərdən sonrakı müzakirələrin aparılmasında iştirak etmişdir. Festivalın bölmələri ildən-ilə dəyişsə də, aşağıdakı bölmələr festivalda fərqli vaxtlarda təşkil olunmuşdur.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Dubay Beynəlxalq Hava Limanı
Dubay Beynəlxalq Hava Limanı (ərəb. مطار دبي الدولي‎) (IATA: DXB, ICAO: OMDB) — Dubaya xidmət edən əsas beynəlxalq hava limanı. Beynəlxalq sərnişin tutumu ilə dünyanın ən işlək hava limanlarından biridir. Sərnişin tutumuna görə dünyada üçüncü, yükdaşımaya görə altıncı, Airbus A380 və Boeing 777 reysləri üçün ən işlək hava limanıdı Uçuş başına düşə ən çox orta sərnişin sayına malikdir. 2017-ci ildə hava limanı 88 milyon sərnişini və 2.65 milyon ton yükü idarə etdi və 409.493 reys həyata keçirdi. Hava limanı, Əl-Qarhud mahalında, Dubayın 4,6 km şərqində yerləşir və 1,250 hektar sahəsi var. Terminal 3, dünyanın ən böyük hava limanı terminalı və mərtəbə sahəsinə görə dünyanın ikinci ən böyük binasıdır. Hava limanı Dubai Airports Company şirkəti tərəfindən idarə olunur və Dubayın beynəlxalq havayollarının, Emirates və flydubai şirkətlərinin əsas bazasıdır. Emiratesin mərkəzi, Yaxın Şərqdəki ən böyük hava qovşağı mərkəzidir; Emirates, bütün sərnişin tutumunun 51 %-ni idarə edir və bu hava limanında bütün təyyarə reyslərinin təxminən 42%-ni təşkil edir.
Dubay Beynəlxalq Müqəddəs Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dubay Beynəlxalq Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Ferens List adına Budapeşt Beynəlxalq Hava Limanı
Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir. Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir. Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır.
Frankfurt Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq turnirlərdə
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
Fəcr Beynəlxalq Film Festivalı
Fəcr Beynəlxalq Film Festivalı və ya Fəcr Film Festivalı (fars. جشنواره بین المللی فیلم فجر‎ və ya sadəcə fars. جشنواره فیلم فجر‎) — İranın illik film festivalı, hər fevral ayında Tehranda keçirilir. 1982-ci ildən başlayan festival, İranın Mədəniyyət nazirliyinin nəzarəti altındadır. Hər il İran İslam İnqilabının ildönümündə baş verir. 2011-ci ildə festivalın 29-cu nəşrində 90 təqdim edilmiş bədii film var idi.
Gəncə Beynəlxalq Hava Limanı
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə Beynəlxalq Xəstəxanası
Gəncə Beynəlxalq Xəstəxanası — Qafqaz regionunda ən iri özəl klinikalarından biri. Gəncə Beynəlxalq Xəstəxanası 9 sentyabr 2015 tarixindən fəaliyyətə başlamışdır. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Gəncə Beynəlxalq Xəstəxanası geniş profilli xəstəxana olaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində yerləşir. Gəncə Beynəlxalq Xəstəxanası 2 sentyabr 2016-cı ildə Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxana olaraq tarixə düşmüşdür. Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə 38 (bunlardan 5 junior suit, 4 suit, 2 VİP) tək çarpayılı və 12 çox çarpayılı xəstə otaqlarından ibarətdir. Ümumilikdə 73 çarpayı vardır. Ambulator pasiyentlərin rahatlığı üçün geniş şərait yaradılmışdır. Belə ki, pasiyentlər vaxt itkisi yaşamasın deyə, öncədən qeydiyyata yazılaraq təyin olan vaxtda həkim müayinəsinə daxil olurlar.
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Hitrou Beynəlxalq Hava Limanı
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″). Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var. Zolaqların tikintisi 1944-cü ildə başlamışdır.
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans
Holokost və Soyqırım haqqında Beynəlxalq Konfrans — 20–24 iyun 1982-ci ildə İsrailin Təl-Əviv şəhərində keçirilən, soyqırım tədqiqatları sahəsində ilk böyük konfrans. Bu, İzrail Çarni, Eli Vizel, Şamayi Devidson və onların 1979-cu ildə qurduğu Holokost və Soyqırım İnstitutu tərəfindən təşkil edilmişdir. Konfransın məqsədi bütün soyqırımların anlaşılmasını və qarşısının alınmasını təşviq etmək idi. Bu, qlobal akademiyada soyqırıma irrasional bir fenomen yox, öyrənilə və başa düşülə bilən bir fenomen kimi yanaşılmasına töhfə vermişdir. Türkiyə hökuməti konfransda özünün təkzib etdiyi erməni soyqırımı mövzusu ilə bağlı prezentasiyaların yer almasına görə onu ləğv etməyə çalışmışdır. Türkiyə ardınca hökumət təqibindən qaçan Suriya və İran yəhudiləri üçün sərhədlərini bağlamaqla hədə-qorxu gəlmiş, bu təhdidlərə görə İsrail Xarici İşlər Nazirliyi konfransı ləğv etməyə cəhd göstərmiş və iştirakçıların konfransa gəlməkdən imtina etmələri üçün çalışmışdır. İsrailin rəsmi Holokost memorialı olan Yad Vaşem və Vizel də daxil olmaqla bir çox yüksək səviyyəli iştirakçılar konfransda iştirak etməmək qərarına gəlmişdir. Təşkilatçılar erməni soyqırımı məsələsini proqramdan çıxarmaqdan imtina etmiş və konfransı keçirmişdilər. Həm Türkiyə, həm də İsrail hökumətləri akademik azadlığı pozduqlarına görə tənqid edilmişdir. 1979-cu ildə psixoloq İzrail Çarni, psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir.