BİOKİMYA

[ yun. bio… və ər. kimya] Canlı materiyaya xas olan kimyəvi hadisələri öyrənən elm; bioloji kimya.
BİOFİ́ZİKA
BİOKİMYƏVİ
OBASTAN VİKİ
Biokimya
Biokimya (bioloji və ya fizioloji kimya) – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini, onların çevrilmələrini, eləcə də, orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri, maddələr mübadiləsini öyrənən elmdir. Biokimyanı adətən, statik, dinamik və funksional biokimyaya bölürlər. == Statik, dinamik və funksional biokimya == Statik biokimyanın qarşısında qoyulan məsələ – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini öyrənməkdir. Dinamik biokimyanın qarşısında duran məsələ – həyat fəaliyyəti prosesindəki maddələr mübadiləsinin və bununla əlaqədar orqanizmdə yaranan məhsulların kimyəvi tərkibinin öyrənilməsidir. Biokimya, orqanizmin toxumalarının tərkib hissələri olan müxtəlif üzvi maddələrin sintezini təmin edən kimyəvi reaksiyalardan (assimilya-siya) və həm də potensial enerjiləri orqanizm tərəfındən istifadə olunan və üzvi maddələrin parçalanmasına gətirib çıxaran reaksiyalardan (dissimilyasiya) ibarət olan maddələr mübadiləsi proseslərini öyrənir. Assimilyasiya və dissimilyasiya prosesləri bir-birilə qarşılıqlı əlaqəlidir. Bu proseslər birlikdə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsini təşkil edir ki, bu da həyat fəaliyyətinin ən xarakterik xüsusiyyətidir. Funksional biokimyanın məqsədi, bütövlükdə orqan və orqanizmlərin funksiyalarının aşkar olunmasının əsasını təşkil edən maddələrin çevrilmələrinin kimyəvi qanunauyğunluqlarını öyrənməkdir. Qeyd etmək lazımdır ki, bu bölünmələr şərtidir. Statik, dinamik və funksional biokimyalar bir-birilə sıx əlaqəlidırlər.
Biokimya mühəndisliyi
Biokimya(Bioproses) mühəndisliyi- özündə biomühəndislik və kimya mühəndisliyini birləşdirir. Əsas etibarilə bioloji orqanizmləri və ya üzvi molekulları əhatə edən istehsalat prosesi mərhələlərinin layihələşdirilməsi,konstruksiyası və təkmilləşdirilməsi ilə məşğul olur. Tətbiqi bioyanacaq,qida,dərman vasitələri,biotexnologiya və suyun təmizlənməsi sahələri ilə birbaşa əlaqədardır. Biokimya mühəndisləri bioloq və kimyaçıların laborotoriyada inkişaf etdirdiyi kəşflərin genişmiqyaslı istehsal prosesinə tətbiq edilməsində rol oynayır. == Tarixi == Yüzillər boyunca müxtəlif məhsulların istehsalında bioloji orqanizmlərin kimyəvi reaksiyalarından istifadə edilir. 1800-cü illərin ortalarında Lui Paster fermentasiyanı tədqiq edərkən bu orqanizmlərin roluna baxan ilk şəxslərdən biri idi. Onun bu araşdırması, bu günədək istifadə olunan pasterizasiya prosesinə də öz töhfəsini vermişdir. 1900-cü illərin əvvəllərindən etibarən mikroorqanizmlərin istifadəsi genişləndi və sənaye məhsullarının istehsalında istifadə edilməyə başlandı. Bu tarixlərə qədər biokimya mühəndisliyi hələ bir sahə kimi inkişaf etməmişdi. 1928-ci ildə Aleksandr Fleminq penisilini kəşf etdikdə biokimya mühəndisliyi sahəsinin əsası qoyulmuşdur.
Liqand (biokimya)
Biokimya və farmakologiyada liqand — biomolekulla (əksər hallarda zülal, məsələn, hüceyrə reseptoru, lakin bəzən, məsələn, DNT) ilə kompleks əmələ gətirən kimyəvi birləşmə (çox vaxt, lakin həmişə deyil, kiçik molekuldur) və nəticədə müəyyən biokimyəvi, fizioloji və ya farmakoloji təsirlər yaradır. Liqandın bir zülalla bağlanması vəziyyətində, liqand adətən hədəf zülalın (məsələn, reseptor) xüsusi bir rabitə yerinə bağlanan kiçik bir siqnal molekuludur. Liqandın DNT ilə bağlanması vəziyyətində, liqand adətən kiçik molekul və ya ion, və ya DNT ikiqat spiralına bağlanan zülal olur. Bir liqandın reseptorla bağlanması adətən molekullararası qarşılıqlı təsir qüvvələrinin, məsələn, ion bağları, hidrogen bağları, Van der Vaals qüvvələri - 10-20 kC / mol enerjisi olan molekullararası (və atomlararası) qarşılıqlı təsir qüvvələrinin köməyi ilə baş verir. Bu termin əvvəlcə bütün bu cür qüvvələri ifadə edirdi; müasir elmdə adətən molekulların qütbləşməsi və dipolların əmələ gəlməsi nəticəsində yaranan qüvvələrə tətbiq edilir. Onu 1869-cu ildə Yan van der Vaals kəşf etmişdir. Vander Vaals inert qazların atomlararası qarşılıqlı təsir qüvvələri inert qazların ( qaz, maye və bərk maddələr ) məcmu vəziyyətlərinin mövcudluğunun mümkünlüyünü müəyyən edir. Van der Vaals qüvvələrinə dipollar arasında qarşılıqlı təsirlər daxildir (daimi və induksiya). Adı ondan irəli gəlir ki, bu qüvvələr real qaz üçün van der Vaals vəziyyət tənliyində daxili təzyiq korreksiyasının səbəbidir. Bu qarşılıqlı təsirlər, eləcə də hidrogen rabitəsi bioloji makromolekulların məkan quruluşunun formalaşmasını müəyyən edir.
Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı
Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı (ing. International Union of Biochemistry and Molecular Biology) — beynəlxalq qeyri hökumət təşkilatı. Beynəlxalq Biokimya İttifaqı kimi 1955-ci ildə yaradılmış, 1991-ci ildən indiki adı ilə fəaliyyət göstərməkdədir. 1955-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. İttifaqın əsas vəzifəsi dünyadakı ən yeni nailiyyətləri nəzərə almaqla biokimya və molekulyar biologiya sahəsində tədqiqatların və təhsilin inkişafına kömək etməkdir. 2010-cu ilin məlumatlarına görə 77 ölkənin alimlərini özündə birləşdirir. İttifaq 3 ildən bir biokimya və molekulyar biologiya üzrə tədqiqatların bütün əsas istiqamətlərinin təqdim olunduğu beynəlxalq konqreslər keçirir. 1992-ci ildən konqreslərin çağırış dövrləri arasında konfranslar və xüsusi müşavirələr keçirilir. İttifaq işçi müşavirələrini təşkil və himayə edir, inkişaf edən ölkələrin gənc tədqiqatçıları üçün maarifləndirici proqramlar yaradır, biokimyəvi nomenklaturanın qəbul olunmuş standartları haqqında məlumat nəşr etdirir. Maliyyələşməsinin əsasını ittifaqın üzvlərinin üzvlük haqları və sponsor yardımı təşkil edir.
Arif Əfəndiyev (biokimyaçı)
Arif Mustafa oğlu Əfəndiyev (30 sentyabr 1942, Şamaxı) — azərbaycanlı biokimyaçı alim, pedaqoq, tibb elmləri doktoru (1986), professor (1989), Azərbaycanın Əməkdar müəllimi (2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyası Biokimyanın Tədrisi Komissiyasının üzvü, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri (1987–2020). == Həyatı == Arif Əfəndiyev 1942-ci il sentyabrın 30-da Şamaxı rayonunda anadan olub. 1950–1960-cı illərdə Bakı şəhəri Səbail rayon 6 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra, 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Əczaçılıq fakültəsinə qəbul olmuş və 1965-ci ildə buradan məzun olmuşdur. Dürdanə Əfəndiyeva adlı xanımla ailəlidir. Məhiyəddin və Teymur adlı 2 oğlu, Atilla və Məhiyyədin adlı 2 oğlan və Fatimə adlı 1 qız nəvəsi var. == Fəaliyyəti == Arif Əfəndiyev Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvüdür. == Kitabları == 1974 və 1984-cü illərdə iki dəfə çapdan çıxmış "Bioloji kimya" dərsliyinin müəllifidir. 2002–2010-cu illərdə üç dəfə 4 cildlik "İnsan Biokimyasının əsasları" kitabının müəllifidir. 2007-ci ildə çap edilmiş "Klinik və Patoloji Biokimya" dərsliyinin müəllifidir.
İradə Hüseynova (biokimyaçı)
İradə Hüseynova (İradə Məmməd qızı Hüseynova; 24 may 1965, Ordubad) — AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru (2016-indi), biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Biologiya fakültəsi Fizika və molekulyar biologiya kafedrasının professoru (1999), AMEA-nın həqiqi üzvü (2014). İradə Hüseynova 24 may 1965-ci ildə Naxçıvan MR-in Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. İ.M.Hüseynova 1972-1982-ci illərdə böyük maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan 1 saylı orta məktəbdə təhsil almış və məktəbi fərqlənmə attestatı ilə başa vurmuşdur. Atası Huseynov Məmməd İman oğlu 1930-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2018-ci ildə rəhmətə getmişdir. Məmməd Hüseynov 60 ildən artıq bir müddətdə Ordubad şəhərinin təhsil sistemində çalışmışdır. Anası Əsgərova Xanim Əsgər qızı 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 2004-cü ildə rəhmətə getmişdir.

Значение слова в других словарях