BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN METAEKOSİSTEMİ

(Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi: B.E.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri (biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı təyin edir. B.E.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında kömür, əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar, riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə qədər). B.E.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orq-lər tərəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə həyat yaranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun evolyusiyanın nəticəsidir. B.E. ter-mini B.A.Bıkova (1988) məxsusdur.
BİOSFER
BİOSFER QORUQLARI
OBASTAN VİKİ
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir. Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir.
Startap ekosistemi
Startap ekosistemi — yeni və erkən mərhələdə olan şirkətlərin böyüməsini və inkişafını dəstəkləyən mühit. Sahibkarların öz ideyalarını həyata keçirmələri və iqtisadiyyatın böyüməsinə və uğurlarına töhfə vermələri üçün dəstəkləyici mühit təmin edir. Ümumilikdə, startap ekosistemi innovasiyaları, iqtisadi artımı təşviq etmək və iş imkanları yaratmaq üçün vacibdir. Bu, inkişaf edən və dinamik iqtisadiyyat üçün mühüm komponentdir. Startap ekosistemi yeni bizneslərin və innovasiyaların böyüməsində və inkişafında həlledici rol oynayır. Startap ekosisteminin mahiyyəti sahibkarlara öz bizneslərini inkişaf etdirmək və inkişaf etdirmək üçün dəstəkləyici mühit yaratmaqdır. Bu mühitə adətən maliyyə, mentorluq və həmfikir şəxslər və təşkilatların şəbəkələri kimi resurslara çıxış daxildir.
Təşəbbüskarlıq ekosistemi
Təşəbbüskarlıq ekosistemi — bir-biri ilə əlaqəli komponentlərdən, o cümlədən təşəbbüskarlar, investorlar, dövlət dəstəyi, təhsil, təlim proqramları, inkubatorlar və akseleratorlar, mentorluq və infrastrukturdan ibarət mürəkkəb və dinamik sistem. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədə olur və müxtəlif yollarla bir-birinə təsir edərək, təşəbbüskarlığa dəstək şəbəkəsi yaradır. Təşəbbüskarlıq ekosistemi statik sistem deyil, daha çox daim inkişaf edən və yeni tendensiyalara, texnologiyalara və iqtisadi şəraitə uyğunlaşan sistemdir. Təşəbbüskarlıq ekosisteminin mahiyyəti təşəbbüskarlara öz bizneslərini başlamağa, böyütməyə və genişləndirməyə imkan verən dəstəkləyici mühit təmin etməkdir. Güclü təşəbbüskarlıq ekosistemi təşəbbüskarlara resurslar, kapital, mentorluq, təhsil, təlim və dəstək şəbəkələrinə çıxışı təmin edir.
Biosfer qoruğu
Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır. "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir. 1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.
Yerin atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigendən ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yerin mantiyası
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi. Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır. Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln.
Yerin orbiti
Yerin orbiti (rus. орбита Земли, ing. Earth`s orbit) — günəş ətrafında Yerin illik yolu; birinci yaxınlaşmada ellips formasında olur ki, onun da fokuslarının birində Günəş yerləşir. İl ərzində Günəşlə Yer arasındakı məsafə 147,117 mln. 29,27 km/san /afelidə/ arasında tərəddüd edir.
Yerin quruluşu
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır: Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır. Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (yuxarı mantiya və aşağı mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır. == Quruluşu == Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir.
Yerin tarixi
Yerin tarixi dedikdə Yer planetinin yarandığı andan müasir dövrə qədər keçdiyi mərhələlər (eon, era, dövr, epoxa) və bu mərhələrədə müşahidə olunan əsas dəyişikliklər nəzərdə tutulur. Tarix boyu Yer planeti və onun üzərindəki həyat vahid bir orqanizm kimi inkişaf edib. Yerin həm daxilində, həm də səthində baş vermiş bütün proses və hadisələr həmişə bir- birilə sıx əlaqədə olmuşdur. "Geoloji zaman" anlayışını ilk dəfə kim tərəfindən işlədildiyini demək çətindir. Amma süxurların əmələ gəlməsi barədə " tez" və "gec" anlayışlarını ilk dəfə olaraq, danimarkalı alim Nils Steno işlətmişdir. Steno 1669-cu ildə dərc olunmuş "Prodramus" adlı geloji-tarixi əsərində belə bir prinsip formlaşdırmışdır: "Üstdə yatan lay altda yatan laydan gec əmələ gəmişdir". Ümumiyyətlə, Steno tərəfindən aşkar olunmuş qanunauyğunluq sonradan stratiqrafiyada dörd əsas prinsipi adını almışdır. Yer planeti təxminən 4,6 mlyar il bundan əvvəl əmələ gəlmişdir. O vaxt o, nə daxili quruluşuna, nə də xarici görünüşünə görə müasir Yerə oxşamırdı. Onun daxili hələ hazırda olduğu kimi, dairəvi laylara, qatlara — geosferlərə bölünməmişdir; Yer kürəsinin səthi isə hələ bizim indi gördüyümüz dağlı, dərəli, çaylı, dənizli relyefə malik deyildi.
Yerin yaşı
Yerin yaşı - müasir radioloji üsullara görə, yerin yaşı - bir neçə mlrd. il olduğu güman edilir. Yer qabığının ən qədim sahələrinin yaşında və ya yerin yaşı - aşağı hüdudu 3.5¸4 mlrd. ildir. Digər tərəfdən, yerin yaşı -elementlərin minimal yaşından (5.5¸6 mlrd. il) çox ola bilməz. Bundan başqa, Yerin və protometeorit planetlərinin yaşı təxminən eynidir və deməli, meteoritlərin yaşına (4,5 ×109 il) yerin yaşı - xeyli yaxın olmasını söyləməyə kifayət qədər əsas vardır. Protometeorit planetin və ya planetlərin diferensiyası natamam və nisbətən qısamüddətli olmuşdur. Buna görə meteoritlərin yaşı yer qabığının yaşından çox və yerin yaşı - yaxındır. Beləliklə, yerin yaşı - 4.5¸5.5 mlrd.
Yerin fırlanması
Yerin öz oxu ətrafında sutkalıq fırlanması bir ulduz sutkası dövrü ilə baş verir. Yerin fırlanmasının müşahidə edilə bilən təzahürü səma sferasının gündəlik fırlanmasıdır. Yerin fırlanması onun Günəş ətrafında hərəkəti ilə eyni istiqamətdə baş verir: şimaldan baxdıqda, saat istiqamətinin əksinə (yəni qərbdən şərqə) fırlanır. == Tarix == === Antik dövr === Səmanın gündəlik fırlanmasının Yerin öz oxu ətrafında fırlanması ilə izahını ilk dəfə Pifaqor məktəbinin nümayəndələri, sirakuzlular — Hiket və Ekfant təklif etmişdirlər. Bəzi rekonstruksiyalara görə, Yerin fırlanmasını pifaqorçu Kroton Filolusu (e.ə. V əsr) də təsdiq etmişdir. Yerin fırlanmasının göstəricisi kimi şərh edilə bilən bir ifadə Platonun Timey dialoqunda yer alır. Lakin Hiketas və Ekfant haqqında praktiki olaraq heç bir bilgi məlum deyil və hətta onların mövcudluğu bəzən şübhə altına alınır . Əksər alimlərin fikrincə, Filolaus dünya sistemində Yerin fırlanması deyil, Mərkəzi atəş ətrafında tərcümə hərəkəti həyata keçirmişdir. Digər əsərlərində Platon Yerin hərəkətsiz olması ilə bağlı ənənəvi baxışı izləyir.
Yerin gələcəyi
Yerin gələcəyini bir sıra amillər müəyyən edəcək: Günəşin parlaqlığının artması, Yerin nüvəsində istilik enerjisinin itməsi, Günəş sistemindəki digər cisimlərdən gələn pozulmalar, səthdəki plitələrin tektonikası və biokimyası. Üzərində ağıllı həyat əhəmiyyətli irəliləyiş əldə edərsə, bu, həm də antropogen amillərlə əlaqədar olacaqdır. Milankoviçin nəzəriyyəsinə görə, planet Yerin orbital ekssentrikliyində, oxun əyilməsində və oxun presessiyasında dəyişikliklər səbəbindən buzlaşma dövrlərindən keçməyə davam edəcəkdir. Davam edən superkontinent dövrü nəticəsində plitə tektonikası çox güman ki, 250–350 milyon il ərzində superqitənin yaranmasına gətirib çıxaracaq və növbəti 1,5–4,5 milyard il ərzində Yerin eksenel əyilməsi 90°-ə qədər sapmalarla xaotik dəyişikliklərlə üzləşməyə başlaya bilər. 1–3 milyard ildən sonra Günəşin nüvəsində heliumun yığılması nəticəsində yaranan günəş radiasiyasının davamlı artması okeanların buxarlanmasına və kontinental dreyfin dayanmasına səbəb olacaqdır. 4 milyard ildən sonra Yer səthində artan temperatur sürətlə istixana effektinə səbəb olacaq. O vaxta qədər Yer səthindəki həyatın çoxu (hamısı olmasa da) yox olacaq. Planetin ən çox ehtimal olunan gələcək taleyi, qırmızı nəhəngə çevrildikdən və Yerin orbiti ilə kəsişmək üçün genişləndikdən sonra təxminən 5 milyard il sonra Günəş tərəfindən udulmaqdır.
Rəqəmsal iqtisadiyyat ekosistemi
Rəqəmsal iqtisadiyyat ekosistemi (ing. Digital Economy Ecosystem) — iqtisadi fəaliyyətin rəqəmsal texnologiyalar əsasında həyata keçirildiyi və bütün iştirakçıların bir-biri ilə əlaqəli olduğu bir ekosistemdir. Ekosistem rəqəmsal texnologiyalar vasitəsilə əmtəə, xidmət, məlumat və dəyər mübadiləsinin baş verdiyi bir mühit yaratmaqla iqtisadiyyatın fəaliyyətini sürətləndirir. Rəqəmsal iqtisadiyyat ekosistemi texnoloji yeniliklər, rəqəmsal platformalar, süni intellekt və digər innovativ texnologiyaların iqtisadi həyatın hər bir sahəsində tətbiqini əhatə edir. == Rəqəmsal İqtisadiyyat Ekosisteminin əsas elementləri == === Rəqəmsal Platformalar === Rəqəmsal iqtisadiyyatın təməl daşı olan platformalar (məsələn, Amazon, Alibaba, Google, Facebook) rəqəmsal mübadilə üçün mərkəzi vasitələrdir. Bu platformalar məhsulların, xidmətlərin və məlumatların alqı-satqısını asanlaşdırır. Onlar istifadəçilərə qlobal bazara çıxış imkanı yaradır və iqtisadi fəaliyyətlərin rəqəmsal formada həyata keçirilməsinə kömək edir. === Məlumat və böyük data === Rəqəmsal iqtisadiyyatın ekosistemində məlumat ən qiymətli aktivlərdən biri hesab olunur. Böyük data (Big Data) və məlumatların analizi rəqəmsal iqtisadiyyatda qərar qəbul etmə prosesində, marketinq strategiyalarının formalaşdırılmasında və fərdiləşdirilmiş xidmətlərin təklif edilməsində mühüm rol oynayır. Şirkətlər müştərilərin davranışlarını izləyərək onlara uyğun məhsul və xidmətlər təqdim edir.
Biosfer qoruğu (Bakı)
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
İnsan və biosfer
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Yerin alt mantiyası
Yerin alt mantiyası (rus. нижняя мантия Земли, ing. lower mantle of the Earth) — mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.
Yerin cazibə qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Yerin elektrik sahəsi
Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir. Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur. Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100–300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır. Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsilə qeydə almaq mümkündür.
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmosdan öyrənilməsi (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) — yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasitəsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji strukturaların öyrənilməsində, geoloji xəritələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fotoqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
Yerin mərkəzinə səyahət
Yerin mərkəzinə səyahət (fr. Voyage au centre de la Terre) — 1864-cü ildə Jül Vern tərəfindən yazılmış fantastik roman. Romanın qəhrəmanı alman professor Otto Lidenbrok yerin mərkəzinə qədər uzanan vulkanik dəliklərin olmasına inanır. O və onun qardaşı oğlu Aksel və bələdçi Hans İslandiyadakı vulkan Snayfeldsin içinə enirlər. Bu səyahət zamanı onları müxtəlif macəralar, təbiətin sürprizləri və nəsli kəsilmiş heyvanlar gözləyir. == Süjet xətti == Hekayə 1863-cü ilin mayında professor Lidenbrokun yeni aldığı original Run manuskriptini araşdırmaq üçün evə tələsməsi ilə başlayır. Araşdırma zamanı Aksel və professor Run əlyazmasını Latın hərflərinə transliterasiya etməyi bacarırlar. Sonda Aksel cümləni arxadan əvvələ oxumaqla kodu çözə bilir. Lakin bu açılımın professoru təhlükəli səyahətə sövq edəcəyindən qorxaraq kodu tapdığını söyləmir. Ancaq professor bu şifrəni çözməyə çox inadlı olduğundan şifrə açılmayınca heç kimə (hətta özünə belə) otaqdan çıxmağa hətta yemək yeməyə belə icazə vermir.
Yerin peykəbənzər asteroidləri
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. == (3753) Kruitni == Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Yerin qütblərinin hərəkəti
Yerin qütblərinin hərəkəti (rus. движение полюсов Земли, ing. movement of the Earth`s poles, Earth`s polar motion) — yer səthinə görə coğrafi qütblərin yerdəyişməsi. Yerin daxili qurluşunun yekcins olmaması ilə, eləcədə mövsümü meteoroloji hadisələrlə əlaqədar olaraq Yerin fırlanma oxunun vəziyyətinin ani dəyişməsi nəticəsində yaranır. Yerin qütbləri müəyyən orta vəziyyət ətrafında, ondan 25–30 metrdən çox uzaqlaşmamaqla, mürəkkəb əyrilər üzrə hərəkət edir.
Yerin təbii zonaları
Arktik səhralar
Yerin əsas suayrıcı
Yerin əsas suayrıcı (rus. главный водораздел Земли, ing. continental divide, continental watershed) — Atlantik və Şimal Buzlu okeanlarına tökülən çay hövzələrini Sakit və Hind okeanlarına tökülən çay hövzələrindən ayıran suayrıcı. Avstraliyadan başqa bütün materiklərdən keçir.