BİRƏOTU

is. bot. Dərman hazırlanan bir bitki. Birəotu çox hündür və qol-budaqlı bitkilərdən biridir.
Növbə ilə düzülmüş və kəskin ətirli iyə malik, tünd yaşıl yarpaqları vardır. Əliyev.

BİRƏNC
BİRƏR
OBASTAN VİKİ
Birəotu
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Dalmat birəotu
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qızyarpaq birəotu
Sinerariyarpaq birəotu
Çəhrayı birəotu
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı — Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 25–80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10–15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.

Значение слова в других словарях