İki-başlı qartal

Böyük Səlcuq İmperiyasının gerbi.

İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, MonteneqroSerbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblemgerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur.

[[Laqaş|Lagaş[ölü keçid]

Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]]

NinurtaAnzu

Qədim dövrlərdə ŞumerXetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, AlacahöyükYazılıqaya bölgəsindəki

qabartmalarda yenədə ikibaşlı qartal görülür.

Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər.

Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur.

Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.

ikibaşlı qartal ilə bənzərişi gözə çarpır və Şumer ədəbiyyatının öyrənilməsiylə, bəlkə də qabartma və ikibaşlı qartal arasında əlaqə var.[1]

Çingiz xan dövrünə aid ikibaşlı qartal və Oz Damga

İlk olaraq ŞumerXetlərdə bu simvol qullanılırdı. Həmçinin Orta Asiyada Tengriçiliyə görə, qartal yerlə göy arasında polad qapını tutur. İnsanları göy və yer səyahətlərində müşayiət edən varlıqlar quş şəklindədir. Qartal quşlar arasındakı ululuq və yüksəklik sirridir. Buna görə də Türklər qılınc gövdəsində ikibaşlı qartal fiqurundan istifadə etdilər.

Şumerlərin qullandığı ikibaşlı qartal Sonralar bütün Orta Asiyaya yayıldı. Anadoluya da axan ikibaşlı qartal simvolu Anadolu Türk mədəniyyətləri tərəfindən sevildi və istifadə edildi. Bu simvolun bir çox mənası vardı. Orta Asiyada ikibaşlı qartal nəzərlik, tilism, işıqgünəşin simvolu kimi işlənirdi. Sikkələrdə bəzi hökmdarlar emblemgerb kimi istifadə olunurdu, digər hökmdarlarda isə hakimiyyəti dəstəkləyən və gücləndirən bir motiv kimi istifadə olunurdu. Artuqlular sikkələrində və Anadolu Səlcuqlu binalarında istifadə olunan ikibaşlıt qartal simvolu divarlarda, məscidlərdə və mədrəsələrdə, saraylarda; Qoruma və hökmranlıq simvolu və pis qüvvələrdən qoruyucu kimi istifadə edilmişdir.[2]

İkibaşlı qartalın Səlcuqlu versiyası, Divriği böyük məscidi

Tunc dövrünü qutulduqdan sonra, ikibaşlı qartal motivinin yenidən görünməsindən əvvəl iki min ildən çox bir boşluq var. Şərqi Roma İmperiyasınsa ilk görünməsi, 10-cu əsrə aid bir ipək çarxda meydana gəlmişdir, Ancaq, ehtimal ki, İslami İspaniyada istehsal edilmişdir;[3] 10 və ya 11-ci əsrdən bənzər nümunələr də Bolqarıstandan[4] və Fransadan[5] vardır.

  1. Jesse D. Chariton, The Mesopotamian Origins of the Hittite Double-Headed Eagle Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, University of Wisconsin–La Crosse Journal of Undergraduate Research XIV (2011)
  2. "Arxivlənmiş surət". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
  3. Reconstructed by the Abegg Stiftung Riggisberg, Switzerland. P. Ackermann: A Gold-woven East Roman Silk of the Tenth Century. In: Revue des Arts Asiatiques X, 1936, 87-88. D.G. Sheperd: A mediaeval brocade. In: Bulletin of the Cleveland Museum of Arts 37, 1950, 195-196; S. Müller-Christensen: Zwei Seidengewebe als Zeugnisse der Wechselwirkung von Byzanz und Islam. In: Artes Minores. Dank an Werner Abegg. Bern, 1973, 22-25.
  4. Miniature of the Archangel Michael (killing a devil) and a monk, with a two-headed eagle between the arches, ms. of Pseudo-saint Clément, Recognitiones; Mont Saint-Michel, c. 1000. Avranches, Bibliothèque Municipale ms. 50.
  5. Miniature of the Archangel Michael (killing a devil) and a monk, with a two-headed eagle between the arches, ms. of Pseudo-saint Clément, Recognitiones; Mont Saint-Michel, c. 1000. Avranches, Bibliothèque Municipale ms. 50.