BİTKİLİ

прил. покрытый растительностью (о местности)
BİTKİÇİLİK
BİTKİLİK
OBASTAN VİKİ
Meşə bozqır və bozqır bitkiliyi
Azərbaycanda arid-seyrək meşələrin qalıqlarına Bozqır yaylaları (Açınohur öndağı), Həkəri və Araz çaylarının aşağı axını yamaclarında (Laçın, Qubadlı, Zəngilan rayonlarında), Naxçıvan MR-də, Ellər Oyuğu dağında, qismən Böyük Qafqazın şimali-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində), Şəmkirçayın aşağı axın dik yamaclarında və Qobustanda rast gəlinir. Məlum olduğu kimi, respublikamızın arid meşələr yayılan dağətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla rintensiv məşğul olmuşdur. Bununla əlaqədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki formasiyaları əsasən törəmə bozqır, kserofil tiplidi == Arid meşələrinin əsas komponentləri == Arid meşələrinin əsas komponentləri çoxmeyvəli ardıc (Yuniperus polycarpos), kəsginiyli ardıc (Y.foetidissima), saqqızağac (Pistasia mutica), iberiya ağcaqayını (Acer ibericum), badam (Amygdalus nairika, A.Fenzliana), iydəyarpaq armud (Pyrus salicidolia), qafqaz dağdağanı (Celtis Caucasica), Zəngilan rayonunda araz palıdı (Quercus Araxina), Ellər Oyuğunda eldar şamı (Pinus eldarica) sayılır. Kserofit kollardan qaratikan (Paliurus spina christi), acılıq (Ephedra), doqquzdon (Lonicera), topulqa (Spiraea), dovşanalması (Cotoneaster), pallas murdarçası (Rhamus Pallasiana), sarağan (Cotinus) bitir. Arid meşələrinin deqradasiya prosesi yerin relyefindən, süxurlardan və antropogen təsirin intensivliyindən asılı olaraq müxtəlif istiqamətlərdə gedir. İnsan fəaliyyətinin güclü təsir göstərdiyi arid meşə sahələrinin yox edilməsi qaratikan,topulqa və s. kserofit kollardan ibarət müxtəlif şiblək tiplərinin və yovşan yarımsəhrasının yaranmasına səbəb olur. == Friqana qrupları == Bozdağ ərazisində süxurlar çox kövrək duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhranı xatırladan özünəməxsus friqana qrupları yaranır. Belə sahələrdə adətən qaratikana, saqqızağaca, dağdağana və iydəyarpaq armuda rast gəlinmir. Ot örtüyü seyrək olub sahənin 5-10 faizini təşkil edir, əsasən yovşan, məryəm noxudu, süpürgəgülü, dəvətikanından ibarət olur.
Yarımsəhra və səhra bitkiliyi
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-500 m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərində, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-1300 m-dək rast gəlinir. == İqlimi == İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lənkəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasında suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra örtüyü uzun müddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılmayan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlardan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər (Capparis), xostək (Caragana), soğanaqlı qırtıc, yapon tonqalotu (Bromus yaponica) və taxıl otları qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq dərəcəsindən asılı olaraq qaraşoran (Halocnemum), qışotu (Petrosiminia) sarıbaş (Salsola ruthenica), xəzər şahsevdisi (Halostachus Caspica) yayılmışdır. Dənizkənarı qumluqlarda sirkən (Atriplex), otsarmaşığı (Convovulus), dikyarpaq (Agriophyllum), qum yovşanı, qum göyçiçəyi, dəvətikanı (Alhagi camelorum) və başqa otlar geniş yayılmışdır.