Bomba

Bu xörək növü müxtəlif göyərti və düyünün birlikdə bişirilməsi yolu ilə əldə edilir. Bomba xörəyinin bişirilməsində göyərtilərdən daha çox boyanaya üstünlük verilir. Bu söz Bərdə və Füzuli şivələrində “ göyərti və düyüdən bişirilən sıyıq xörək” mənasında işlənir. boyana bombası olsaydı, nə yeərdim. ( Bərdə) ; - Əzizə xala bomba bişirif. (Füzuli) (1, 85)
Bişi
Bombu
OBASTAN VİKİ
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Gonbul adam (bomba)

Milli bomba (film, 2004)
Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi. Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək... Azərbaycan filmə 300 min dollar ayırmışdır. Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi".
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Bomba (hekayə)
Bomba — Əbdürrəhim bəy Haqverdiyevin ən məşhur novellalarından biri. == Təhlili == Əsər epik növdə, hekayə janrındadır. Hekayənin novella formasında yazılıb. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunub. Əsərdə əsas obraz kimi çıxış edən Kərbəlayı Zal avamlığı, səriştəsizliyi və fərasətsizliyi ilə seçilir. Kərbəlayı Zal qarodovoy kimi xidmət edirdi, xidmət müddətində, pristava görə, yararlı olmayıb. Onun vəzifədə qalmaq niyyəti özünün şəxsi mənafeyinə görədir, xalqın mənafeyinə görə deyil. Yerli camaatdan qulluğa götürülən Kərbəlayı Zal kimi insanlar dövrün hakimiyyətinə xəbərçilik etməyə təhrik edilirdilər. Arvadı ona baqqaldükanı açmağı desə də, Kərbəlayı Zal dövlət qulluğunun önəmini, maaşı bəhanə edərək öz işində qalmaq istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə ədavəti olmur.
Balqabaq (bomba)
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Bomba (film, 2005)
== Məzmun == Qonşularının əli ilə dəlixanaya saldırılan Arif (Rafael İsgəndərov) oradan qaçır və öz doğma məhəlləsinə qayıdır. Lakin onun evini qonşusu Ağarza (Muxtar Maniyev) mənimsəmişdir. Belə olan vəziyyətdə Arif məsələni öz bildiyi kimi həll etməyə çalışır və bütün qonşuların iç üzü açılmış olur. == Film haqqında == Film 2005-ci ildə çəkilmişdir. Lakin tamaşaçılara 2007-ci ildə VHS və DVD formatında təqdim edilmişdir. == Səhv == Filmin əvvəlindəki titrlərdə Şahin Həsənov sonundakı titrlərdə Şahin Həsənli, Müşfiq Hətəmov isə Müşviq Hətəmov kimi göstərilir.
Bomba oğlanlar (film, 1990)
Bomba oğlanlar (ing. Goodfellas) — 1990-cı ildə Amerikalı rejissor Martin Skorseze tərəfindən ekranlaşdırılmış kriminal janrda filmdir. Film Nikolas Pileccinin 1985-ci ildə yazdığı “Müdrik oğlan” romanının motivləri əsasında çəkilmişdir. Filmin ssenarisi üzərində Skorseze və Pilecci birlikdə işləyiblər. Film məşhur qanqster Henri Hill, dostları və ailəsinin 1955-1980-ci illər arasındaki dövrdə onların həyatında baş verən yüksəliş və enişlərdən bəhs edir. Skorseze əvvəlcə filmi "Müdrik oğlan" adlandırır, bir müddәt sonra isә onun ekranlaşdırılmasını təxirə salır; daha sonra, o Pilecci ilə birlikdə filmin adini “Bomba oğlanlar” olaraq dəyişdirdilər. Filmdəki rollarına hazırlaşmaq üçün Robert De Niro, Co Peski və Rey Liotta mütəmadi olaraq Pilecci ilə məsləhətləşirlər və yazıcı öz növbəsində kitabı yazarkən özündə qalan tədqiqat materiallarını onlarla paylaşır. Co Peskinin dediyinə görə, Skorseze aktyorlara çəkiliş meydançasındakı məşqlər zamanı istədiklərini etmək azadlığını verdiyindən filmdə bir sıra improvizasiya və ekspromptlar var. Rejissor bu məşq çəkilişlərindən özü üçün qeydlər hazırlayır, filmin əsas çəkilişi zamanı ən çox bəyəndiyi sətirləri yenidən üzərində işlədiyi ssenariyə daxil edir. 25 milyon dollarlıq büdcə ilə istehsal olunan qurulan “Bomba oğlanlar” filmi ümumilikdə 46,8 milyon dollar qazanc əldə edib.
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir. Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular.
İnternetdə mövcud bomba hazırlama təlimatları
İnternetdə bomba hazırlamaq təlimatının mövcudluğu qanunvericilər və siyasətçilər arasında onlayn mövcud olan "təhlükəli" hesab edilən müəyyən növ məlumatlara senzura tətbiq etməklə internet sərhədini cilovlamaq niyyətində olan şöhrətə səbəb olub. Ucuz, asanlıqla əldə olunan inqrediyentlərdən yaradılmış partlayıcı maddələrin "sadə" nümunələri verilmişdir. Federal Təhqiqatlar Bürosu bildirir ki, 1989-cu ildə 1699, 1994-cü ildə isə 3163 bombalama cinayəti törədilib. 19-cu əsrin sonlarında İohan Most Avstriya hərbi sənədlərini "İnqilabi Hərb Elmi" başlığı altında partlayıcı maddələrin istifadəsini nümayiş etdirən kitabçaya çevirdi və heç bir əks-səda vermədən anarxist pikniklərdə payladı. İnternetdə təlimatları dərc etməkdə ittiham olunan amerikalı anarxist Şerman Ostinin mühakimə olunmasını tənqid edənlər qeyd ediblər ki, Molotov kokteylləri ilə bağlı Vikipediya məqaləsi Ostinin vebsaytından daha ətraflı şəkildə əldə edilən partlayıcı maddələrin istehsalına dair təlimatları ehtiva edir. 1986-cı ildə internetin geniş istifadəsindən əvvəl polis özünü "Phoenix Force" adlandıran sinif yoldaşları ilə birlikdə və sadaladığı bombaların çoxunu hazırlamaq üçün sınaqdan keçirən bir qrup tərəfindən yazılmış "Partlayıcıların Tam Kitabı" adlı rəqəmsal dərslikdən kompüter çapının paylaşılmasını araşdırdı. 1995-ci ildə Oklahoma Siti bombalanmasından sonra, anonim usenet yazıları bombanın inşasını tənqid etdi və bombanın maksimum nəzərdə tutulan zərəri verməməsinin aradan qaldırılmasına dair təkliflər verdi. 23 mart 1996-cı ildə "Terrorçu Təlimatı"nın tam mətni, təklif olunan təkmilləşdirmələrlə birlikdə bombardmanda istifadə edilən bombanın yaradılmasına dair təlimatlar da daxil olmaqla onlayn nəşr olundu. Məhəmməd Osman Sadiq 2006-cı ildə həbs edildikdə, o, CD-ROM-da təlimatın nüsxəsinə malik olduğu üçün "terror aktı törədən və ya hazırlayan şəxs üçün faydalı ola biləcək məlumatı ehtiva edən sənəd və ya qeydlərə sahib olmaqda" ittiham edildi. 1999-cu ildə Devid Koplənd Londonda mismar bombası yerləşdirdi, 3 nəfərin ölməsinə və 139 nəfərin yaralanmasına səbəb oldu, bombanı "Terrorçu Təlimatı" və "Bombalar Necə Hazırlanır: İkinci Hissə" başlıqlı internetdən yüklədiyi kitablar əsasında hazırlamışdı.
İstanbulda bomba partlayışı (mart, 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.
Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)

Drezden bombardmanı
Drezden bombalanması — Almaniyanın Drezden şəhərinin Amerika Hərbi Hava Qüvvələri və Kral Hərbi Hava Qüvvələri tərəfindən 1945-ci il 13 və 15 fevral arasında bombalanmasıdır. İkinci Dünya Müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur. II. Dünya müharibəsinin sonuna yaxınlaşarkən. Müttəfiq Qüvvələr Komandanlığı, SSRİ qoşunlarının şərqdən irəliləməsini asanlaşdırmaq üçün Almaniyanın stratejik və logistika bölgələrini bombalamaq və Alman qüvvələrinə daha bir problem yaratmaq istədi. Bunu həyata keçirmək üçün hədəflər seçildi. Hədəflər Berlində və ətrafdakı hərbi sursat fabriklərindən başqa, strateji əhəmiyyətli olmayan tarixi Drezden şəhərini də əhatə edirdi. Fevralın 13-də başlayan hücum fevralın 15-dək davam etdi. Hücum başa çatanda Drezden tamamilə məhv edilməmişdi. Ancaq Müttəfiqlərin istifadə etdiyi bomba arasında bir fosfor bombası da var idi. Buna görə də, Drezden şəhəri bombalanma başa çatdıqdan sonraki günlərlə yandırıldı və məhv edildi.
Drezden bombardımanı

Erediviziya bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Hollandiya Eredivize Liqası bombardirləri siyahısıdır. 1956/57 Mövsümündən başlayaraq hər il çempionatın ən sərrast oyunçusunun adı elan edilir. İlk dəfə bu adı "PSV Eyndhoven" klubunun oyunçusu olmuş Koen Dillen qazanmışdır. Bu adı ən çox Rud Gels, 5 dəfə qazanmışdır.
Gecikən Ağır Bombardman
Gecikən Ağır Bombardman və ya Ay fəlakəti — Yer kürəsindəki Katarxey və Eoarxey dövrlərinə uyğun bir zamanda, təxminən 4,1 -3,8 milyard il əvvəl baş verdiyi düşünülmüş bir hadisədir. Fərziyyəyə görə bu dövr ərzində çox sayda asteroid, Günəş sistemindəki Merkuri, Venera, Yer və Mars da daxil olmaqla erkən daxili planetlərlə toqquşmuşdur. 2018-ci ildən bəri, bu fərziyyənin mövcudluğu şübhə altındadır. Bu hadisə üçün dəlillər Apollon astronavtlarının gətirdiyi Ay nümunələrindən qaynaqlanır. Ay süxurlarının izotopik tanışlığı, xarici qüvvə təsirlərinin böyük bir qisminin zamanın dar bir intervalında meydana gəldiyini göstərir. Bir neçə fərziyyə Günəş sistemindəki cisimlərin (asteroidlər və kometlər) axınındakı aydın görünən eyni zaman dilimini izah etməyə çalışır, lakin hələlik konsensus mövcud deyil. Planetləri araşdıran alimlər arasında məşhur olan, "Yaxşı model" (ing. Nice model) adlandırılan model, nəhəng planetlərin orbital miqrasiyaya uğradığını və bu zaman asteroid və ya Koyper qurşağındakı sərbəst cisimlərin yer planetlərinin orbitinə daxil olduğunu söyləyir. Digər tədqiqatçılar isə aydan tapılan nümunələrin 3.9 milyard il yaxınlığında dağıdıcı bir toqquşma hadisəsi tələb etmədiyini, bu tarixə aid tapılmış dəlillərin hamısının eyni bir toqquşma nöqtəsindən götürülmüş nümunələr olduğunu bildirirlər. Həm də qeyd edirlər ki, toqquşmanın sürəti Günəş sisteminin xarici və daxili zonaları arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Gəncə bombalanmaları
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Gəncənin bombalanması

Hidrogen bombası
Hidrogen bombası — Nüvə silahının növü. Hidrogen bombası atom bombasından qat-qat güclüdür.Hidrogen bombasında reaksiyanın başlaması üçün atom bombasından istifadə edilir.
Hiroşima və Naqasakinin atom bombalanmaları
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. Atom bombası böyük partlayışlara və onminlərcə insanın ölümünə səbəb olmuşdur 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Hiroşima və Naqasakinin atom bombardmanı

Hollandiya Erediviziya bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Hollandiya Eredivize Liqası bombardirləri siyahısıdır. 1956/57 Mövsümündən başlayaraq hər il çempionatın ən sərrast oyunçusunun adı elan edilir. İlk dəfə bu adı "PSV Eyndhoven" klubunun oyunçusu olmuş Koen Dillen qazanmışdır. Bu adı ən çox Rud Gels, 5 dəfə qazanmışdır.
Kasset bombası
Kasset bombası və ya çoxluqlu bomba, “bomba içindəki bomba” olaraq bilinən bir silah növüdür. Bomba havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Dünyada 19 Aprel günü, Beynəlxalq Kasset Bombalarına Qarşı Fəaliyyət Günü olaraq müəyyən fəaliyyətlərlə qeyd edilir.
Liqa 1 bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Fransa Liqa 1 üzrə bombardirlər siyahısıdır. Mükafatlandırma 1932-ci ildən günümüzədək davam edir. Yosip Skoblar bir mövsüm ərzində ən çox qol vuran (44 qol) futbolçu statusunu hələdə qorumaqdadır. Karlos Biyanki, Deliyo Onnis və Jan Pyer Papen titulu rekord sayda, 5 dəfə qazanmışdır. Sonuncu dəfə isə bu titulu "Pari Sen-Jermen" klubunun oyunçusu Zlatan İbrahimoviç qazanmışdır.
Napalm Bombası
Napalm bombası — müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı. II Dünya müharibəsində, Harvard Universitetinden Louis Fieserin başçılıq etdiyi bir kimya qrupu tərəfindən inkişaf etdirildi. İlk olaraq Sakit Okeanda Tinian müharibəsində istifadə edildi. Vyetnam müharibəsi fotoqrafı olan Kim Phuc, demişdir ki, "Napalm təsəvvür edə biləcəyiniz ən qorxunc silahdır. Su 100 dərəcədə qaynayır, napalm isə 800–1200 dərəcə istilik yaradır." Bəzi vəziyyətlərdə, sürətli öldürdüyündən, qurbanlar çox ağrı çəkmir. Lakin sağ qalanlarda 3. və 2. dərəcəli yanıqlar yaranır. ABŞ, Vyetnam müharibəsinin sonlarına doğru daha güclü bir Napalma ehtiyacı olduğunu, əsas napalm inhisarçısı DOW Chemicala bildirdi. Bundan sonra daha qorxunc Napalm-B silahı yaradıldı.
Neytron bombası
Neytron bombası — İnfrastruktura toxunmadan və radiasiya yaratmadan, ancaq canlı qüvvəni məhv edən silah. Neytron bombasının konsepsiyasını ilk dəfə ABŞ fiziki Samuel Koen 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Rusiya Premyer Liqasının bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Rusiya Premyer Liqasının bombardirlər siyahısıdır. Rusiyanın ilk milli çempionatı 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu adı "Dinamo Moskva" klubunun heyətində çıxış edənazərbaycanlı futbolçu Vəli Qasımov və "Ural" komandasının heyətindən Yuri Matveyev qazanmışdır. 1992-ci ildə Rusiya çempionatı 2 qrupdan (1-8 / 9-20) ibarət sistem ilə keçirilirdi.
Rusiya Premyer Liqasının bombardirlər siyahısı (
Bu, hər mövsüm üzrə Rusiya Premyer Liqasının bombardirlər siyahısıdır. Rusiyanın ilk milli çempionatı 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu adı "Dinamo Moskva" klubunun heyətində çıxış edənazərbaycanlı futbolçu Vəli Qasımov və "Ural" komandasının heyətindən Yuri Matveyev qazanmışdır. 1992-ci ildə Rusiya çempionatı 2 qrupdan (1-8 / 9-20) ibarət sistem ilə keçirilirdi.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Super Liqa bombardirlərinin siyahısı
Super Liqa bombardirlərinin siyahısı — Super Liqada bir mövsümdə ən çox qol atan futbolçuların mövsümlərə görə hazırlanmış siyahısı. 1959-cu ildən başlayan liqanın ilk bombardiri, on beş matçda on bir qol vuran Türkiyə futbolçusu və baş məşqçi, "Tacsız kral" ləqəbli Mətin Oqtay, sonuncu bombardir isə 2016-2017 mövsümündə iyirmi səkkiz matçda iyirmi üç qol vuran "Alanyaspor" futbolçusu Vaqner Lavdır. Bu günə qədər qırx bir fərqli futbolçu bombardir adına layiq görülmüşdür. Mətin Oqtay altı dəfə bombardir adına layiq görülmüşdür. Tanju Çolaq beş dəfə bombardir adını layiq görülmüşdür və o, Mətin Oqtaydan sonra ikinci yeri tutur. Həmçinin Tanju Çolaq 1987-1988 mövsümündə vurduğu otuz doqquz qolla Avropanın ən çox qol atan futbolçusu olub. O, Qızıl buts mükafatını qazanmışdır. Bundan başqa, Tanju Çolaq birdən çox komanda ilə bombardir olan ilk futbolçudur. Qırx bir futbolçudan otuz üç nəfəri Türkiyə vətəndaşı, səkkizi isə xarici futbolçudur. İlk xarici bombardir 1983-1984 mövsümündə on altı qol vuran Yuqoslaviya əsilli Tariq Hodiçdir.
Suriyanın bombalanması (Sentyabr 2018)
Suriyanın 2018-ci il 17 sentyabrda bombalanması - İsrail Hava Qüvvələri tərəfindən Suriyadakı bir neçə obyektə endirilmiş raket və bomba zərbələridir. Suriyanın Latakiya şəhərinə dəniz istiqamətindən İsrail HHQ-nin F-16 qırıcıları raket hücumu həyata keçirib. Suriya rəsmiləri zərbə nəticəsində Sakubadakı məişət kimya istehsalı müəssisəsinə, alminium zavoduna və elektrik stansiyalarına zərər verildiyini açıqlayıb. Bu zərbələr nəticəsində Sakubanın elektrik təchizatı tamamilə dayanıb. Lakin, Londondakı "Syrian Observatory for Human Rights" (Suriya İnsan Hüquqları Təşkilatı) raket zərbəsi nəticəsində Suriyanın hərbi dəniz qüvvələrinə məxsus bazanın ərazisində iki silah anbarının məhv edildiyini bildirir. Sentyabr 17-də gecə saat 23:00 radələrində Suriyanın Hmeymim aviabazasına qayıdan Rusiya Hərbi Kosmik Qüvvələrinə (HKQ) məxsus İL-20 təyyarəsi ilə əlaqə itib. Hərbi təyyarənin Aralıq dənizi üzərində dəniz sahilindən 35 kilometr aralıda uçuş həyata keçirərkən radarlardan itdiyi məlum olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub. Təyyarədə olan 15 hərbçi həlak olub.
İstanbulda bomba partlayışı (12 mart 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.
İstanbulda bomba partlayışı (12 yanvar 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 yanvarda, yerli vaxt ilə saat 10:20-də Sultanəhməd meydanında Suriya əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında populyar olan eyni adlı Göy məscidinə yaxındır. Hadisə nəticəsində 11 nəfər ölüb, 15 nəfər isə yaralanmışdır.

Значение слова в других словарях