Bombey

coğ. Bombey

bombatökən
bomboş
OBASTAN VİKİ
Bombey
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Bombey adası
Bombey adası (ing. Isle of Bombay) — Hind okeanında yerləşən adalar qrupu. Hindistan ərazisində yerləşmişdir. Yeddi Bombey adaları arxipelaqına daxil olan adadır. == Yeddi Bombey adası == Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur.
Bombey tətili
Bombey tətili(1908) — Hind proletiriatının ilk böyük siyasi çıxışı. Səbəbi İngiltərə müstəmləkə orqanlarının iyulun 22-də hind milli inqilabi demokratik hərəkatının rəhbəri Tilakı 6 il katorqa cəzasına məhkum etməsi idi. İyulun 23-də Bombey fəhlələri ümumi siyasi tətilə başladı, şəhər əhalisi isə iyulun 29-dək hartal elan etdi. 100 min nəfərin iştirak etdiyi Bombey tətili Tilaka verilən cəzanın hər ilinə bir gün hesabı ilə, 6 gün çəkdi. Bombey tətili 1905–1908-ci illər hind milli azadlıq hərəkatında çox mühüm mərhələ oldu.

Значение слова в других словарях