Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri.
İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur:
Tszian (səma)
çen (dağ)
Li (od)
Çjen (ildırım)
Su-yun (külək, ağac)
Duy (nohur, hovuz)
Gün (torpaq)
Kan (su)
Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir.
«Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.