Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Pokişkis
Rokişkis (lit. Rokiškis) — Litvanın şimal-şərqində yerləşən şəhər. Panevejis qəzası Rokişkis rayonunun inzibati mərkəzidir. Şəhərin tarixi mərkəzi dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kodu 17102). Rokişkis pendirləri ilə məşhurdur. Hazırda Litvanın ən böyük süd istehsalçısı olan "Rokiškio sūris" şirkətinin ofisi Rokişkisdə yerləşir. == Coğrafiyası == Latviya ilə sərhəddə, Vilnüsdən 158 km, Kaunasdan 165 və Utenadan 63 km məsafədədir. Panevejis-Dauqavpils xəttindəki dəmir yolu stansiyasına sahibdir. Laukupe çayı şəhər ərazisindən axır. Memele çayı isə başlanğıcını şəhərdən 6 km məsafədə götürür.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Xoyski
Xoyski — təxəllüs, soyad.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: == Tarixi == === Polis orqanlarının yaradılması === 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919-cu ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919-cu ilin dekabrında N.Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
Fətəlixan Xoyski
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az-əbcəd. فتحعلی خان اسکندر اوغلی خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Kamyanets-Podilskı
Kamenets-Podolski (ukr. Кам'янець-Подільський) — Ukraynanın Xmelnistki vilayətində şəhər. == Etimologiya == Kamenets-Podolski — (pol. Kamieniec Podolski; erm. Կամիանեց-Պոդոլսկի; idiş: קאָמענעץ (Коменец) — IX əsrdən Kamenets (ukr. Кам'янець) kimi tanınıb. Kaments sözü ilkin mənşəyini qədim slavyan dililərində olan «камень», yəni "daş" sözündən alır. Şəhərin adının ikinci hissəsi isə Podolye (ukr. Поділля; pol. Podole — «vadi, alçaqlıq», həmçinin rus salnamələrində «Понизье») etnonimidir.
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.
Nikolay Tomski
Nikolay Vasilyeviç Tomski (əsl soyadı — Qrişin; 1900–1984) — görkəmli sovet heykəltaraş-monumentalisti, pedaqoq, professor. SSRİ xalq rəssamı (1960). Sosialist Əməyi Qəhrəmanı (1970). SSRİ rəssamlıq akademiyasının prezidenti (1968–1983). == Həyatı == Nikolay Vasilyeviç Qrişin 19 dekabr 1900-cü ildə Ramuşevo kəndində dəmirçi ailəsində anadan olub. 1914-cü ildə atası cəbhəyə gedən Nikolay bütün Birinci dünya müharibəsi illərində faktiki olaraq ailə başçısı olur. Vətəndaş müharibəsi başlayanda Nikolay Tomski Qırmızı orduya qatılır, döyüşür və yaralanır. Nikolay Tomski Ramuşevada təxminən 20 il yaşamışdır. Sonra o, Köhnə Rusiyaya qayıdır. Burada o, təsviri incəsənətə maraq göstərir, çoxlu şəkillər çəkir, dramatik dərnəyə yazılır, mütəşəkkil surətdə qiymətli insanlardan, peredvijnikçi Vasili Svaroqdan öyrənməyə təşəbbüs göstərir.
Noam Çomski
Avraam Noam Çomski (ing. Abraham Noam Chomsky; 7 dekabr 1928[…], İst Ouk Leyn[d], Pensilvaniya) — ABŞ linqvisti , filosofu, tarixçisi və politoloqu. Çomski "müasir dilçiliyin atası" kimi qəbul edilir və analitik fəlsəfənin ən böyük nümayəndələrindən hesab edilir. Yəhudi əsilli Rusiya köçkünü Uilyam Çomskinin oğludur. Çomski Massaçusets Texnologiya İnstitutunda dilçilik üzrə professordur. Öz adıyla adlandırdığı "Çomski iyerarxiyası"nın yaradıcısıdır. İdeoloji cəhətdən anarxizm və azad sosializm tərəfdarıdır, Çomski müasir kapitalizmin və ABŞ-nin xarici siyasətinin alovlu tənqidçisi kimi tanınır. Çomski Filadelfiyada fəhlə sinfindən olan Aşkenazi ailəsində anadan olmuşdur. Erkən yaşlarından Nyu-Yorkdakı alternativ kitab dükanlarından anarxizmlə maraqlanmışdır. Pensilvaniya Universitetində təhsil almış, Harvard Araşdırmaçılar Cəmiyyətindəki bakalavr üstü araşdırması zamanı inkişaf etdirdiyi transformasianal qrammatika nəzəriyyəsi barədə 1955-ci ildə doktorantura işini müdafiə etmişdir.
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. == Coğrafiya == Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Pinus foisyi
Pinus foisyi (lat. Pinus foisyi) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir.. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi .
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Troiski (Arxangel)
Troiski (başq. Троицкий, rus. Троицкое) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Şakir): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (52 %), çuvaşlar (39 %) üstünlük təşkil edir.
Xoyski hökuməti
I Xoyski hökuməti
Zolski rayonu
Zolski rayonu (kab.-çərk. Дзэлыкъуэ куей, qaraç.-balk. Зольск район)) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zalukokoaje qəsəbəsidir. == Coğrafiya == Zolski rayonu Kabarda-Balkariya Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Baksan rayonu, cənub-şərqdə Elbrus rayonu, həmçinin qərbdə Qaraçay-Çərkəz Respublikası və şimalda Stavropol diyarı. Rayonun sahəsi 2124,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.