boyatmaq
boyayıcılıq
OBASTAN VİKİ
Boyayıcı dazıotu
Boyayıcı murdarça
Boyayıcı flyuggeya
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.
Boyayıcı lent kartrici
Boyayıcı lent kartrici (en. Ribbon cartridge ) – zərb printerlərində (məsələn, matrisli printerlərdə) kağıza toxunaraq orada simvolların izini qoymaq üçün istifadə olunan mürəkkəbli lent. Bax: CARTRIDGE, DOT-MATRIX PRINTER, IMPACT PRINTER. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях