bulvar romanı (ciddi məzmundan məhrum olan roman)

a cheap (trashy) novel / a penny dreadful / a shilling shocker * бульварный роман (пошлый роман, рассчитанный на обывательские, мещанские вкусы)
buludsuz səma
buna baxmayaraq (bununla belə)
OBASTAN VİKİ
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. == Qalereya == == Mədəniyyətdə == == Ədəbiyyat == Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Bulvar (otel)
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var. "Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Bulvar Hotel
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var. "Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Halqaşəkilli bulvar
Halqaşəkilli bulvar (erm. Օղակաձև Զբոսայգի), həmçinin Cavanlıq Parkı — Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən park. Tikintisi şəhərin inkişafının əsas planında 1924-cü ildə nəzərdə tutulmuşdur. Nəticədə layihə qismən həyata keçirildi. Park şimaldan, şərqdən və cənub-şərqdən şəhərin mərkəzi hissəsini əhatə edir. Bulvar Tiqran Mesa prospekti və Poplavok gölünə, şimaldan Maştots prospektinə qədər, cənubdan isə Müqəddəs Qriqor Lusaroviç Kilsəsinə qədər olan ərazini əhatə edir. Təxminən 2,5 km uzunluğa və 120 metr enə malik oraqşəkilli ərazidir. Moskovyan və Xandjyan küçələri bulvarın daxili sərhədini təşkil edir. Bulvarın xarici sərhədini isə İsaakyan, Alek Manukyan və Yervand Koçar küçələri təşkil edir. Şimaldan cənuba doğru bulvar boyunca Teryan, Abovyan, Nalbandyan, Qeratsi, Vardanyan küçələri və Sayat Nova prospekti uzanır.
Park Bulvar
Park Bulvar — Bakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Diplomat romanı
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür.
Ciddi rejimli tətil
Ciddi rejimli tətil (rus: Каникулы строгого режима, Rom: Kanikuly strogogo rejima) — rejissor İqor Zaytsev tərəfindən 2009-cu ildə Rusiyada çəkilmiş macəra komediya filmidir. Film taleyin iradəsi ilə pioner düşərgəsində dəstə başçısı çalışan iki orta yaşlı insandan Koltsov və Sumarokovdan bəhs edir. Onların ora düşməsi təsadüfi deyil. Peşəkar və hörmətli DİN əməkdaşı, iki dəfə Çeçenistanda xidmət keçmiş Koltsov ehtiyatsızlıqdan öz iş yoldaşını qətlə yetirir. Mərhumun qohumlarının təkidi ilə “qara” zonaya düşür. Həbsxanaya düşməsi nə rəhbər elitanın, nə də zeklərin ürəyincədir. Burada məhbus Sumarokovla tanış olur. Koloniya əməkdaşı Qaqarinin köməyilə həbsxanadan qaçan qaçaqlar indi pioner düşərgəsində gizlənmək məcburiyyətindədirlər.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Hüseyn Olan
Hüseyn Olan (1959, Bitlis ili) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub. 35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub. 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb. Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib. 2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib.
Kəffarə romanı (Atonement)
Ədən (Lemin romanı)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
“Minboğalar əfsanəsi” romanı
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır. "Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır.
Ciddi olmağın əhəmiyyəti (komediya)
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər. Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir". Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi. Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Fosforlu Cevriyə (Türk romanı)
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Od (Bir Yunus romanı)
Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı. 2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır. Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları: Arayıp bulsam izini Aşk bezirgânı Aşkın aldı benden beni Ben yürürüm yane yane Bir kez gönül yıktın Dağlar ile taşlar ile Dolap neden inlersin Fenada bir garipsin Geldi geçti ömrüm benim Hak bir gönül verdi bana Ben bu yolumu bilmez idim Severim ben seni Şeyhimin illeri Yar yüreğim yar Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır. Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. İskəndər Pala Yunus Əmrə "Od — Bir "Yunus" Romanı / CD İlaveli" ( (türk.)). iskenderpala.net. 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06. Tarih TV. "İskender Pala-Od,Bir Yunus Romanı Söyleşisi-17 Kasım 2011" (türk).
Sevgi Romanı (film, 2020)
Sevgi romanı — rejissor Vüsal Hacıqədir tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı melodram janrlı filmi. Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yanlış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi məhəbbət əks etdirən Xanlar, Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmaqa qərar verir. Lakin Xanlar bununla faydalanmır və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılıqı lazımdır. Dünyada tək qaldıqını sanan Cəmilənin köməyinə, təsadüfən rastlaşdıqı Eldar(Şəhriyar Əbilov) çatır. Cəmilə onun bu fədakarlıqı qarşısında ona bir könüldən min könülə aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var.
Tarakanlar (Yu Nesbö romanı)
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir. Norveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır. Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
Yaponiya Fentezi Romanı Mükafatı
Yaponiya Fentezi Romanı Mükafatı (yap. 日本ファンタジーノベル大賞 Nihon Fantashī Noberu Taishō) — 1989-cu ildə Yomiuri Shimbun və Shimizu Cəmiyyətinin təşkilatçılığı və Shinchosha Publishing Co, Ltd. nin nəşriyyat dəstəyi ilə yaradılmış illik mükafat. Qaliblər müqavilə bağlayırlar. Bu müqaviləyə əsasən, qalib, 5 milyon ¥ əldə etməli və Shinchōsha'nın tərəfindən yayınlanmamış işini dərc etdirilmək imkanı əldə edir. Əsərin yazıçı tərəfindən nəşr olunub, olunmamasından asılı olmayaraq, müsabiqə hər kəsə açıq olmuşdur. Müsabiqə 2013-cü ildə 25 illiyində dayandırıldı. Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Genichirō Takahashi Sumiko Yagawa Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Sumiko Yagawa Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Kōji Suzuki Sumiko Yagawa Hiroshi Aramata Hisashi Inoue Mari Kotani Makoto Shiina Kōji Suzuki Hiroshi Aramata Moto Hagio Mari Kotani Makoto Shiina Kōji Suzuki Böyük mükafat: Ken'ichi Sakemi tərəfindən Kōkyū Shōsetsu Üstünlük mükafatı: Izumi Yamaguchi tərəfindən Uchū no Minamoto Xüsusi mükafatlar: Hiroaki Okazaki tərəfindən Tsuki no Shizuku 100% Juice; Takao Iwamoto tərəfindən Cosmic Beetle; Tatsuhiko Takeyoshi tərəfindən Īhatōbo no Bōkenhen Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Kōji Suzuki tərəfindən Rakuen (İngilis tərcüməsi: Paradise); Hiroaki Okazaki tərəfindən Eiyū Rafashiden Xüsusi mükafatlar: Tetsuya Murakami tərəfindən Last Magic; Ayame Hara tərəfindən Nichirin'ō Densetsu; Masakazu Katō tərəfindən Nenjutsu Kozō Böyük mükafat: Aki Satō tərəfindən Balthasar no Henreki Üstünlük mükafatı: Gakuto Hara tərəfindən Nanka Tōkaitakushi Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Refrain; Yasuko Kawai tərəfindən Tenmei Dōji; Riku Onda tərəfindən Rokubanmei no Sayoko Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Yūsaku Kitano, Mukashi, Kasei no Atta Basho Xüsusi mükafatlar:Kyō Fujiwara tərəfindən Fantasia; Satoshi Utsugi tərəfindən Aoi Eriru no Hana; Komoriten tərəfindən Yasha ga Ike Densetsu Ibun; Satoko Tatsuki tərəfindən Gāda no Hoshi Böyük mükafat: Tetsuya Satō tərəfindən Irahai Üstünlük mükafatı: Takenori Nanjō tərəfindən Shusen Xüsusi mükafatlar: Fuyumi Ono tərəfindən Tōkei Ibun; Riku Onda tərəfindən Kyūkei no Kisetsu Böyük mükafat:Eiichi Ikegami tərəfindən Bagājimanupanasu; Minoru Ginbayashi tərəfindən Tettō Musashinosen Üstünlük mükafatı: yoxdur Xüsusi mükafatlar: Fumio Takano tərəfindən Mujika Makīna; Rin Sawamura tərəfindən Sekai no Hate ni Umarete; Min Ishidate tərəfindən Tobichi no Jimu Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Masaya Fujita tərəfindən Funtai; Tatsushi Shimamoto tərəfindən Bus Stop no Shōsoku Xüsusi mükafatlar: Tetsuya Ueno tərəfindən Yōsorō 1983 ; Noboru Kihara tərəfindən Gakidō Sugoroku Soba Itohiki Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Ken Hazuki tərəfindən Island; Mitsuko Kido tərəfindən Aonekoya Xüsusi mükafatlar: Mitsufumi Asagure tərəfindən Dabusuton Kaidō ; Shunichi Hashimoto tərəfindən Kaiyū Opera Fune kara no Dasshutsu ; Masayuki Yagi tərəfindən Uchū Bōeigun Böyük mükafat: Kyōichi Imura tərəfindən Baisuboiru Book Üstünlük mükafatı: Shigeru Satō tərəfindən Kyōsō Kaiiki Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Gonin Kazoku ; Ryōji Yokoyama tərəfindən Junkai no Senritsu ; Fumiko Hagiwara tərəfindən Nendaiki "Anoekumene Mercury" Böyük mükafat: Yō Yamanoguchi tərəfindən Organist Üstünlük mükafatı: Rin Sawamura tərəfindən Yan no Ita Shima ; Yūichi Suzumoto tərəfindən Aoneko no Machi Xüsusi mükafatlar: Toshiro Kuwabara tərəfindən Gizō Shuki Böyük mükafat: Haruaki Utsukibara tərəfindən Nobunaga Aruiha Taikanseru Androgynous Üstünlük mükafatı: Mori Seika tərəfindən BH85 Xüsusi mükafatlar: Tomomichi Nishiogi tərəfindən Crystal Memory ; Aoi Hitomi tərəfindən Jacob no Hashigo wo Kudari Kitaru Mono Böyük mükafat:yoxdur Üstünlük mükafatı: Naoko Saitō tərəfindən Kasō no Kishi Xüsusi mükafatlar: Michimichi Okuno tərəfindən Namida Hime ; Yui Matsunomiya a.k.a. Hiroshi Matsumiya tərəfindən Koiwarai ; Matsui Ōhama tərəfindən Bachigaina Kōgeihin Böyük mükafat: Chise Kasuya tərəfindən Taiyō to Shisha no Kiroku Üstünlük mükafatı: Megumi Hatakenaka tərəfindən Shabake Xüsusi mükafatlar: Jin Satō tərəfindən Undead Returners ; Osamu Koshigaya tərəfindən Apāto to Oni to Kisekae Ningyō Böyük mükafat: Ken Nishizaki tərəfindən Short Stories a.k.a. Sekai no Hate no Niwa Üstünlük mükafatı: Ayumi Oyama tərəfindən Kai Xüsusi mükafatlar: Keiichi Izumi tərəfindən Kigeki no Naka no Kigeki: Minami no Kuni no Shakespeare ; Humika Nakajima tərəfindən Amanouzume no Yūutsu Böyük mükafat: Tomihiko Morimi tərəfindən Taiyō no Tou / Pyrenees no Shiro a.k.a.
Yarasa (Yu Nesbö romanı)
Yarasa (norv. Flaggermusmannen) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ilk əsəridir. Başqa bir adı " Yarasanın uçuşu" adlanır. Norveç kral polis idarəsi zorlanmış, sonradan isə öldürülmüş keçmiş Norveç aktrisası İnqer Holterin təhqiqat işində Norveçi təmsil etmək üçün Harri Holeni Avstraliyaya ezam edir. Harri Avstraliyaya çatanda ilk tanış olduğu şəxs, Avstraliya aborigeni olan, Sidney polis idarəsindən ölüm işinin təhqiqatı tapşırılan və onun nominal tərəfdaşı olacaq Endryu Kensinqton olur. Holterin cəsədinin sahildə qayaya çırpılıb dağılmış şəkildə tapıldığını və bütün izlərin və sübutların yuyulduğunu Harriyə xəbər verirlər. İlk olaraq onun heyranı olan Evans Uaytdan şüpələnildi. Evans 1970-ci ildə boşanmış anası ilə Avstraliyaya imiqrant olaraq gəlib, indi isə Nimbin şəhərində narkotik alveri ilə məşğul olur. Harri Evans ilə tanış olan kimi onun cinayətdə əlinin olduğuna əmin olur. Harri və Endryu əvvəllər İnqer Holterin barmen işlədiyi paba baş çəkirlər.
Cəhənnəm (Den Braun romanı)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Fanodan olan atlet
Fanodan olan atlet, Qalib Gənclik və ya Lisippo di Fano — Qalib Gəncliyin tədqiqi və konservasiyası 1980-ci ildən 1990-cı illərə qədər davam edir və klassik bürünc üzərində araşdırmalara və qədim Aralıq dənizi mütəxəssislərinin Getty Muzeyi ilə əməkdaşlığına əsaslanır. Bütün heykəl bir parçada töküldü; bu tökmə texnikası "itirilmiş mum" üsulu adlanır. 1972-ci ildə Münhen qalereyasının sahibi Heinz Herzer və Volker Kinnius Rudolph Stappın konservasiya layihəsi haqqında hesabat yazdılar. Rudolph Stapp qədim tunclar üzrə ixtisası ilə tanınan Victorious Youth ilə heykəl üzərində işlərə başladılar. Tuncdan qabığı çıxarmaq üçün metalda müxtəlif cızıqlar buraxdılar. Heykəli təmizləmək üç ay çəkdi. Egey və Aralıq dənizi sahillərində çoxlu sualtı tunclar aşkar edilmişdir; 1900-cü ildə dalğıclar Antikythera gəncliyini və Stoik portretinin başını , Antikiterada , 1926-cı ildə Cape Artemision Poseydonunu , 1996-cı ildə Xorvatiya Apoxyomenosunu və 1999-cu ilə qədər müxtəlif bürüncləri tapdılar. Fanodan olan atlet heykəli isə 1964-cü ilin yayında İtaliyanın Adriatik sahillərində Fano dənizində , italyan balıqçı trol gəmisinin torlarına ilişərək tapıldı.