BÜZÜK

sif.
1. Büzülmüş, qırışıq.
[Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi. Mir Cəlal.

2. Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış, kiçilmiş, dar.
[Rüstəmovun] … hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.

3. İs. mənasında. Büzülmüş yer, qırışıq yer. Paltarın büzükləri.

Синонимы

  • BÜZÜK qıyıq
  • BÜZÜK qırışıq

Антонимы

  • BÜZÜK BÜZÜK – AÇIQ Hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı (M.İbrahimov); Açıq qapıdan musiqi səsi gəlirdi (S
BÜZÜCÜ
BÜZÜKLÜK

Значение слова в других словарях