Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Bəbir (dəqiqləşdirmə)
Bəbir
Bəbir (roman)
Bəbir — norveçli yazıçı Co Nesbonun cinayət romanıdır. Onun norveçcə adı Panserhjerte -dir , hansı ki, birbaşa Bəbirə tərcümə olunmur; daha çox "zirehli ürək" xətti boyunca bir şey deməkdir. Üstəlik, "bəbir" kitabdakı qatilin gizli addımını ifadə edir, "zirehli ürək" isə Harri Holenun təcrübələri ilə qazandığı şeydir. Panserhjerte həm də konstriktiv perikardit üçün Norveç terminidir. Leopard Nesbø'nun cinayət detektivi , Müfəttiş Harry Hole'un yer aldığı səkkizinci romandır. == Haqqında == Travmatik Qar adamı hadisəsindən sonra keçmiş polis müfəttişi Harri Hole özünü Honq Konqa sürgün edib. Norveç Cinayət Qrupunun yeni zabiti Kaja Solness Hole'u izləyir və Osloda mümkün silsilə qətlləri araşdırmaq üçün ondan kömək istəyir. Hole, atası Olavın ağır xəstə olduğunu və daha çox yaşaya bilməyəcəyini bildirdikdə geri qayıtmağa əmin olur. O, Norveçə qayıdır ki, Cinayət Qrupu Kripos və onun agentliyini ölkənin qətl işlərinə təkbaşına cavabdehləşdirməyə çalışan hakimiyyətə ac olan rəhbəri Mikael Bellman ilə hakimiyyət mübarizəsinin ortasındadır. Hole özünü Bellmanın düşmənçiliyinin hədəfində tapır, baxmayaraq ki, Bellman Hole'un işinin nəticələrinə görə kredit götürmək istəyir.
Bəbir Hüseynov
Bəbir Hüseynov (d. 26 dekabr 1932, Novruzlu kəndi ,Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.
Bəbir Məmmədzadə
Məmmədzadə Bəbir Bəyməmməd oğlu (1914, Şağan, Bakı qəzası – 1942, Bakı) — Azərbaycan şairi, Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1914-cü ildə Bakı yaxınlığında Şağan kəndində xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini kənddə almış, 1930–1931-ci tədris illərində Əzizbəyov adına Şuşa pedaqoji texnikumunda təhsilini davam etdirmişdir Şuşa və Bakıda yeddiillik məktəbdə müəllim olmuşdur. 1935-ci ilin mayından Azərbaycan Dövlət Dram Teatrında aktyorluq etmişdir. Bədii yaradıcılığa 1928-ci ildən başlamış, ilk şerlərini "Kommunist", "Ədəbiyyat qəzeti", "Gənc işçi", "Yeni yol" qəzetlərində, "Pioner" jurnalında çap etdirmişdir. Onun "Nizami". "Göyərçin", "Otto Şmidt", "Puşkin", "Maj səhəri", "Şota Rustaveli", "Şairin səsi". "Sərhəddə" və s. şerləri ilə yanaşı "Muğan", "Mirzə Fətəli", "May şərqisi", "Rəhbərə səs veririk" birpərdəli mənzum dramları da rəğbətlə qarşılanmışdır. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında folklor bölməsinə rəhbərlik etmişdir.
Boz bəbir (cins)
Bəbir (hərbi birləşmə)
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. == Tarixi == "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
Qara Bəbir Partiyası
Qara Panteralar Partiyası (ing. Black Panther Party) — ABŞ-də afroamerikalıların hüquqlarını müdafiə etmiş radikal yönümlü siyasi partiya. QPP 1966-cı ildə Kaliforniya ştatını Oklend şəhərində Huey Nyuton tərəfindən yaradılmışdır. == Xarici keçidlər == 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
"Bəbir" Xüsusi Təyinatlı Dəstəsi
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. == Tarixi == "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
"Bəbir" xüsusi təyinatlı dəstə
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. == Tarixi == "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
Bəbir Torpağı Milli Parkı
«Bəbir Torpağı» Milli Parkı — milli park Primorsk diyarı ərazisində 5 aprel 2012-ci ildə Uzaq Şərq bəbirlərinin qorunması məqsədi ilə yaradılmışdır. Bu canlıların Rusiya ərazisində sayları cəmi 50 başdır. Bundan əlavə bölgədə Rusiyanın Qırmızı kitabına düşən Amur pələngi yayılmışdır. «Bəbir torpağı» yaradılarkən Kedrovaya Pad yasaqlığı, Ussuriy şəhər dairəsi, Xasan rayonu, Nadejdin rayonu və Vladivostok ərazilərində təşkil olunmuşdur. == Yayılması == Milli park inzibati cəhətdən Primorski diyarının Ussuriy şəhər dairəsi, Xasan rayonu, Nadejdin rayonu ərazisində yerləşir. Milli park Yapon dənizinin Amur körfəzi sahillərindən başlayaraq meridian istiqamətdə Çin Rusiya sərhəddinə qədər uzanır. Poltavski yasaqlığı ilə Tumannaya çayı arasında yerləşir. Parkın şimalı ilə cənubu arasında məsafə 150 km-dir. Qərbi Rusiya və KXDR sərhəddə yerləşir. Şərq sərhədi isə Melkovodnaya buxtasına düşür.
Adi boz bəbir
Adi boz bəbir (lat. Neofelis nebulosa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin boz bəbir cinsinə aid heyvan növü.
Afrika bəbiri
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Avropa bəbiri
Avropa bəbiri (lat. Panthera pardus sickenbergi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Adil Bəbirov
Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989). == Həyatı == Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir.Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir. == Yaradıcılığı == 1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır. Hətta sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınmışdır.
Bəbirli
Bəbirli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur. == Əhalisi == Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür.
Bəbirlər (aerobatika eskadronu)
Bəbirlər (rus. Барсы) — Rusiyanın Surqut şəhərində mərkəzləşən, qadın pilotlardan ibarət yeganə mülki aerobatika komandasıdır. 18 iyul 2014 tarixində qurulmuşdur. Uçuşlar üçün Yak-54 təyyarələri istifadə olunur. Komandanın arsenalında həm də Yak-52, Yak-18T, An-2 və Douglas DC-3 təyyarələri var.
Dəniz bəbiri
Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır. == Xariçi görünüş == Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.
Hindi-çin bəbiri
Hindistan bəbiri
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Mollağa Bəbirli
Mollağa Bəbirli - aktyor, Azərbaycanda Kukla Teatrının yaradıcısı. == Həyatı == Mollağa Bəbirli 15 sentyabr 1905-ci ildə anadan olmuşdur. İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə («Sirk» adlı tamaşa) göstərilmişdir.
Murad Bəbirov
Murad Qismət oğlu Bədirov (25 yanvar 2001; Cəlilabad rayonu, Azərbaycan — 29 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Bədirov 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Bədirov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qar bəbiri
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. == Ölçüləri == 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Qar bəbiri (dəqiqləşdirmə)
Qar bəbiri mükafatı
Qar bəbiri mükafatı — çox təcrübəli alpinistlərə verilən SSRİ alpinizm mükafatı. Mükafat hələ də Müstəqil Dövlətlər Birliyində tanınır. Mükafatı əldə etmək üçün keçmiş SSRİ-də yerləşən yüksəkliyi 7000 metrdən çox olan beş zirvənin hər biri fəth edilməlidir.Bu zirvələrdən üçün Tacikistanın Pamir dağlarında yerləşir: İsmayıl Samani zirvəsi (keçmiş adı Kommunizm zirvəsi) 7,495 m, Korjenevskiy zirvəsi 7,105 m və Qırğızıstan-Tacikistan sərhəddində yerləşən İbn Sina zirvəsi (keçmiş adı Lenin zirvəsi) 7,134 m. Digər iki zirvə isə Tyan-Şan dağlarında yerləşir: Jeniş Çokusu (keçmiş adı Pobeda zirvəsi və ya Qələbə zirvəsi) 7,439 m və Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşən Xan-Tenqri zirvəsi 7,010 m.Xan-Tenqri zirvəsinin geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Bu səbəbə görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. 1961-ci ildən 2013-cü ilə qədər 628 nəfərə bu mükafatı qazanıb. == Rekordlar == Boris Korşunov (Rusiya, Moskva) – mükafatı 9 dəfə qazanıb. Boris Korşunov (Rusiya, Moskva) – sonuncu dəfə mükafatı 69 yaşında qazanıb.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Ağvirani-kəbir
== Toponim == Ağvirani-kəbir - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. «Böyük Ağ viranə» mənasındadır. == Həmçinin bax == Qırxbulaq nahiyəsi İrəvan əyaləti == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.
Babir (Maku)
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri. == Həyatı == Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Evlidir. İki övladı var.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.