BƏDƏL

1. замена, имитация, суррогат, эрзац; 2. поддельный; 3. выкуп;
BƏDƏXLAQ
BƏDƏMƏL
OBASTAN VİKİ
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Bədəl Bədəlov
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023). == Həyatı == Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Hacı Bədəl məscidi
Hacı Bədəl məscidi - XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Bədəl məscidi 1854-cü ildə Basqal qəsəbəsinin Dəmirçibazar məhəlləsində tikilib. Məscidin sifarişçisi Hacı Bədəl Məşədi ağa oğlu olub. Basqalın Qoşabulaq məhəlləsindən olan Hacı Bədəl məscidi qızı Sitarə xanımın şərəfinə inşa edib. Məscidin tikinti işlərinə Allahi və Məşədi Səttar adlı bənnalar rəhbərlik ediblər. Məscidin həyətində türbə də yerləşir. Burada Seyid Ümbülbanu adlı şəxs dəfn edilib. Deyilənə görə, o, İmam Cəfər Sadiqin (ə.s) nəslindən gəlib.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Nadir Bədəlov
Nadir Bədəlov (4 avqust 1956, Buzovna) — Ssenari müəllifi. Kino redaktoru. Aparıcı. == Həyatı == Nadir Bədəlov "Salnamə" kinostudiyasının redaktoru, sənətşünas, ssenaristdir.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932-ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959-cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964-cü ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1989, Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nicad Bədəlov 1989-cu il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Niyazi Bədəlov
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru. == Həyatı == Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. == Fəaliyyəti == 1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır. Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur.
Oqtay Bədəlov
Qasım bəy Bədəlbəyov
Qasım bəy Əhməd bəy oğlu Bədəlbəyov (1856-?)—xeyriyyəçi. == Həyatı == Qasım bəy Əhməd bəy oğlu 1856-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdu. Xeyriyyəçi bir şəxsiyyət idi. == Ailəsi == Qasım bəy Fatma xanım Kərbəlayı Şirin bəy qızı ilə ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Bədəl bəyin uruğu:Bədəlbəyovlar, "Soy" dərgisi, Bakı, 2012.
Rza Bədəlov
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.
Rövşən Bədəlov
Rövşən Bədəlov (şəhid)
Sergey Bədəlyan
Sergey Qriqoryeviç Bədəlyan (erm. Սերգեյ Գրիգորի Բադալյան, rus. Сергей Григорьевич Бадалян; 4 iyul 1947, İrəvan, Ermənistan SSR – 25 noyabr 1999, Moskva) — Ermənistan fiziki, siyasətçisi və dövlət xadimi, 1992–1999-cu illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1996-cı və 1998-ci illərdə Ermənistan prezidentliyinə namizəd. == Həyatı == Sergey Qriqoryeviç Bədəlyan 4 iyul 1947-ci ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1965–1970-ci illərdə İrəvan Politexnik İnstitutunun Texniki Kibernetika fakültəsində riyaziyyat mühəndisi ixtisası üzrə təhsil almışdır. Bədəlyan 1970–1973-cü illərdə İrəvan Politexnik İnstitutunda assistent işləmişdir. O, 1973–1980-ci illərdə Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda riyaziyyatçı mühəndis olmuşdur. Bədəlyan 1980–1982-ci illərdə İrəvan Fizika İnstitutunda tədqiqat qrupunun rəhbəri olmuşdur. O, 1982–1991-ci illərdə İrəvan Fizika İnstitutunun İPK Komitəsinin katibi olmuşdur. Bədəlyan 1991-ci ildə Ermənistan Kommunist Partiyası (EKP) İrəvan Şəhər Komitəsinin birinci katibi olmuşdur.
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. == Həyatı == 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. == Fəaliyyəti == Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Səhman Bədəlov
Teymur Bədəlbəyli
Teymur Bədəlbəyli (5 iyul 1973, Moskva) — 5 iyul 1973-cü ildə Moskvada anadan olmuş azərbaycanlı aktyor. Teymurun atası, Azərbaycan şairi və tərcüməçisi İlham Bədəlbəyli Salyan şəhərindən Moskvaya köçmüşdür. Timur Fransız xüsusi məktəbini bitirmişdir. 1990–1994-cü illərdə Moskva Teatr Məktəbində təhsil almışdır. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir. == Filmoqrafiya == Əlvida, cənub şəhəri (film, 2006) Kabusun gözüylə (film, 2010) Qorxma, mən səninləyəm!
Valeh Bədəlov
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Yanvar Bədəlov
Aşıq Yanvar Bədəlov (Yanvar Piralı oğlu Bədəlov; 1942 - 2018) — Azərbaycan aşığı. "Əməkdar mədəniyyət işçisi" (2016). == Həyatı == Aşıq Yanvar Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Bu, o Tircan kəndidir ki, böyük rus şairi Mixail Lermontov (1814-1841) Qafqaz səfərində bu kənddə qonaq olmuşdu. Bu kənd qədim tarixə malikdir. Yanvar orta məktəbdə oxuyarkən qonşu Tağlabiyan kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiyələnmişdir. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdir. 1963-cü ildə respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdur. 1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilmişdir. Sonralar müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. == Həyatı == Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009-cu illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Ülfət Bədəlbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005). == Həyat == 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır === Təhsili və elmi dərəcə və elmi adları === 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur === Vəfatı === Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru. === İctimai fəaliyyəti === 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
Şəmsi Bədəlbəyli
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964). == Həyatı == 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş. Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C. Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir.
Şəmsi Bədəlbəyli küçəsi
Şəmsi Bədəlbəyli küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə qədər uzanan bir küçədir. Şəhərin mərkəzi küçələrindən biridir. Tanınmış azərbaycanlı aktyor Şəmsi Bədəlbəylinin adını daşıyır. Şərqdən Azadlıq prospekti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, qərbdən - Füzuli meydanına, şimaldan - yeni qoyulmuş Qış bulvarına, cənubdan Mirzə Ağa Əliyev küçəsi ilə kəsişməsində yerləşir. Küçədə Bakı Musiqi Akademiyasının binası var. == Küçənin tarixi == Manaf Süleymanovun xatirələrinə görə, neft bumu XIX əsrdə Bakıda başlamış və yataqlarda böyük miqdarda neft hasil olunduqda, şəhərə qədər neft böyük miqdarda - zavodlara nəql etməyə başlamışdır. Bunun üçün böyük miqdarda barel istehsal etməyə ehtiyac vardı. Sabunçu Stansiyasından Kubinsakaya meydanına qədər hər iki tərəfdə kooperativ atelye olan küçə uzanmışdı. Bu baxımdan, küçənin adı Bondarnaya oldu. Nəticədə, yerli hakimiyyət orqanları şəhər xaricindəki bütün kooperativ seminarları götürməyə qərar verdilər və sahiblərinə iki həftəlik müddət verildi.
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (6 (19) aprel 1907, Bakı – 6 yanvar 1976, Bakı) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960). Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.). == Həyatı == Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə. Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.

Значение слова в других словарях