Bilinmək, tanınmaq, aşkar olmaq, aydın olmaq, görünmək. (“Koroğlu” dastanının lüğəti)
Dəlilərim, bu gün dava günüdü,
Müxənnət ölkəsi talanmaq gərək!
Qoç igidlər yarasından bəllənər,
Şərbəttək qanına yalanmaq gərək!
(“Durna teli”)
*
Amma ki Çənlibel karvan yolunun üstündəydi deyin, Koroğlunun sədası hər yerə yayılmışdı. Hər yerdə adı bəllənmişdi. (“Koroğlunun Dərbənd səfəri”)
*
Mənə Bəlli Əhməd deyərlər. Mənim qanım sellənər, sirrim bəllənməz. (“Koroğlunun İstanbul səfəri”)