BƏRKİTMƏK

f.
1. Bağlamaq, örtmək; qapamaq, qıfıllamaq. Qapını bərkitmək. Darvazanı bərkitmək.
[Sübhanverdizadə] əllərini stola dayayıb ayağa qalxdı, qapıları açıb baxdı və arxadan örtüb bərkitdi. S.Rəhimov.

// Bir şeylə bağlayaraq, mıxlayaraq, calayaraq, yapışdıraraq, bənd edərək, ilişdirərək, keçirərək, buraraq möhkəmləndirmək. İlgəkləri bərkitmək. Vinti burub bərkitmək. Sınıq yeri iplə bağlayıb bərkitmək. Taxtaları mıxlayıb bərkitmək. Şəkilləri divara vurub bərkitmək.
– Biri texnik motorların vintlərini bərkidir. S.Rüstəm.

// Bağlamaq.
Gündə bir pulsuzu qəssab əcəl darə çəkər; Bərkidər əl-ayağın, üstünə qəddarə çəkər. M.Möcüz.

2. Möhkəmlətmək; möhkəm, alınmaz, keçilməz hala gətirmək.
[Vaqif:] Xan, … bu vəziyyətdə dolaşmamaq üçün vasitə çoxdur: hələlik Qalanı bərkitmək lazımdır. Çəmənzəminli.
[Qızıl Arslan:] Buna görə də daxildəki düşmənlərlə mübarizəyə başlamadan əvvəl, sərhədləri bərkitmək lazımdır. M.S.Ordubadi.

3. Cismən və ruhən möhkəmləndirmək, qüvvətləndirmək, sağlamlaşdırmaq. Günəş, hava, su bədənimizi bərkidən mühüm amillərdir.
[Kəyan] bununla da əsgərləri ilə birlikdə həm də öz əsəblərini bərkitmək istəmişdi. Ə.Əbülhəsən.

4. İsrar etmək, inad göstərmək, sözünün üstündə durmaq.
[Cəbi:] Yüz manat az pul deyil… Bir az bərkitsən, bəlkə üç yüz də verər. N.Vəzirov.

5. Sürətini artırmaq, yeyinlətmək.
6. Şiddətlənmək, güclənmək, bərkimək. Çiskin bərkidirdi.
Sol tərəfdə neçə qara keçəli alaçıq görünürdü. R.Rza.

Синонимы

  • BƏRKİTMƏK bağlamaq — örtmək — qapamaq — qıfıllamaq
  • BƏRKİTMƏK bax: bərkimək
BƏRKİTMƏ
BƏRKLİK

Значение слова в других словарях

воздухонагрева́тельный зашнуро́ванный куропа́тковые мота́льщик необи́тый обви́ть прота́скиваться чили́йка акуше́рка багроволи́цый властолюби́вый вы́думщица отстра́гивать проду́ть просте́цкий распоя́санность сердобо́лие каллака тякув чипчик dung-yard infantryman phase out ruffianly чудовище