Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) —Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət KatibiTofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi,Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor.Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqrafTofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru.Tofiq Hüseyn — şair, publisist, “Tərəqqi” medalına layiq görülüb (2005). Tofiq Hüseynli — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Tofiq Hüseynzadə — Azərbaycan alimi.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az.-əbcəd جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır. == Həyatı == 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur. Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir. Zahirəddövlə məzarlığında dəfn edilmişdir. == Karyerası == 1954-cü ildə Tokio şəhərində keçirilən Dünya Güləş Çempionatında qızıl medal qazanmışdır.
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. == Həyatı == 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. == Siyasi fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Tofiq Hüseynzadə
Tofiq Məhəmməd oğlu Hüseynzadə (20 sentyabr 1946, Sarıyaqub, Basarkeçər rayonu – 13 noyabr 2006, Bakı) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987). Tofiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. == Həyatı == Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur.Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir.Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir.Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur. == Təhsili == Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965–1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir. == Ailəsi == 5 övladı və 10 nəvəsi vardır. Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin atası, Azərbaycanlı şair, həkim-onkoloq Rafiq Hüseynzadənin qardaşıdır. == Vəfatı == Tofiq Hüseynzadə 2006-cı ilin noyabr ayının 13-də vəfat etmişdir.
Tofiq Həsənli
Tofiq Həsənli (tam adı: Tofiq Xasay oğlu Həsənov ; d. 29 avqust 1970, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == 1970-ci ilin avqustun 29-da Lənkəran rayonunda anadan olub. 2005-ci ildə də o, narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Ancaq şair ittihamla razılaşmayaraq yazdığı satirik, tənqidi şeirlərə görə cəzalandırıldığını bildirmişdi. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
Tofiq Həsənov
Tofiq Həsənov (paleontoloq)
Tofiq Kazımov
Tofiq Səməd Mənsur oğlu Kazımov (14 yanvar 1923, Bakı – 2 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1974), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Azərbaycan Milli Dram Teatrının baş rejissoru (1964-cü ildən). == Həyatı == Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi. Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939–1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olub. Bakıda II Fəxri Xiyabanda dəfn olunub. == Yaradıcılığı == Tofiq Kazımov 1951–1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.
Tofiq Kiemas
Məhəmməd Tofiq Kiemas (31 dekabr 1942 və ya 31 dekabr 1943, Cakarta – 8 iyun 2013, ) 2009-cu ildən 2013-cü ilədək, yəni vəfatına qədər İndoneziya Xalq Məşvərət Məclisinin spikeri. Tofiq (bəzən Tofik yazılmışdır) 2001-ci ildən 2004-cü ilədək ölkənin ilk cənabı kimi İndoneziyanın prezidenti Meqavati Sukarnoputrinin əridir. Tofiq Meqavati ilə 1973-cü ildə evləndi; bu Meqavatinin üçüncü nikahı idi. Birlikdə bir qızı olan Puan Maharani var idi. Meqavatinin də əvvəlki nikahdan iki oğlu var idi. Tofiq İndoneziyanın aparıcı siyasi partiyalarından biri olan İndoneziya Demokratik Mübarizə Partiyasının (PDİ-P) fəal dəstəyi ilə Meqavati ilə birləşdi. 2008-ci ildən etibarən Taufiq PDİ-P-nin Müsəlman dini qanadı olan BMİ-nin lideri idi. PDI-P işlərinin tanınmış iştirakçısı idi və tez-tez 2014-cü il qanunvericilik və prezident seçkiləri üçün hazırlıq kimi milli məsələləri şərh edirdi. İndoneziyada və bəzən həyat yoldaşı ilə partiya rəhbərliyi və liderliyi ilə bağlı müəyyən məsələlərdə fərqlənirdi.Tofiq 2000-ci ildə Avstraliyada əməliyyat keçirdi və müalicədən sonra bir sıra hallarda xəstəxanaya yerləşdirildi.Onun həyat tərzini və müxtəlif milli məsələlərlə bağlı düşüncələrini izah edən Gelora Kebangsaan Tak Kunjung Padam (Milli Ruh Yaşayır) onun 70 illik yubileyini qeyd etmək üçün 2012-ci ilin dekabrında başlamışdır.Tofiq Kiemas 8 iyun 2013-cü ildə Sinqapur Ümumi Xəstəxanasında infarkt keçirərək vəfat etdi. Ertəsi gün cənazəsi Cakartaya İndoneziya Hava Qüvvələrinə məxsus Herkules yük təyyarəsində gətirildi, burada tam dövlət tərəfinden cənazəsi qəbul edildi və Kalibata Qəhrəmanları Qəbiristanlığında dəfn edildi.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı və təhsili == Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Tofiq Kərimov
Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf. Tofiq Kərimov (zabit) — mayor.
Tofiq Mahmud
Tofiq Mahmud oğlu Mehdiyev (6 noyabr 1931, Şahbuz rayonu, Naxçıvan MSSR – 4 aprel 1997, Bakı) — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı mükafatı laureatı (1984). == Həyatı == Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1949–1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış (1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958–1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961). İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən).
Tofiq Mikayılov
Tofiq Kərrar oğlu Mikayılov (15 yanvar 1931, Ağdam – 2014, Bakı) – Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Tofiq Mikayılov 15 yanvar 1931 ildə Ağdamda dünyaya gəlmişdir. O, 1947 ildə Ağdam 1 saylı orta məktəbi, 1952 ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tofiq Mikayılov 1952 ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspiranturasına daxil olmuşdur. Təhsil aldığı dövrdə Leninqrada SSRİ EA Zoologiya İinstitutuna ezam edilmiş, "Kür çayının vətəgə balıqlarının parazit faunası" mövzusunda namizədlik (1958), "Azərbaycan su hövzələri balıqlarının parazitləri (növ tərkibi, dinamikası, mənşəyi)" mövzusunda doktorluq (1969) dissertasiyaları müdafiə etmişdir. 1972 ildən professordur. Tofiq Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda aspirant, kiçik elmi işçi, böyük elmi işçi, direktorun elmi işlər üzrə müavini, parazitologiya şöbəsinin və Su heyvanları parazitləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Tofiq Mikayılov 2014 ilin dekabr ayında Bakıda vəfat etmişdir. Kərrar Mikayılovun oğlu, Nadir Mikayılovun qardaşıdır. == Elmi fəaliyyəti == Tofiq Mikayılov 1971 ildə Sovet İttifaqı ərazisində ilk dəfə Su heyvanları parazitləri laboratoriyasını təşkil etmişdir.
Tofiq Mirzə
Tofiq Mirzəyev (aktyor) — Aktyor. Rejissor. Tofiq Mirzəyev (dövlət xadimi) — Azərbaycan KP Mərkəzi Komitəsinin katibi (1988-1990).
Tofiq Mirzəyev
Tofiq Mirzəyev (aktyor) — Aktyor. Rejissor. Tofiq Mirzəyev (dövlət xadimi) — Azərbaycan KP Mərkəzi Komitəsinin katibi (1988-1990).
Tofiq Musayev
Tofiq Teymur oğlu Musayev (15 dekabr 1989, Sahil) — Azərbaycan MMA idmançısı. Bellator MMA-nın yüngül çəki dərəcəsində yarışır. 22 noyabr 2022-ci ildən Bellator Yüngül Ağırlıq Reytinqində 3-cüdür. == Həyatı == Tofiq Musayev 15 dekabr 1989-cu ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olmuşdur. 12 yaşında karate ilə məşğul olmağa başladı və 23 yaşında peşəkar döyüş sənətində debüt etdi. 2007-2011-ci illərdə İdman Akademiyasını bitirmişdir. Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur."TurStat"ın hesablamalarına görə 2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Məhəmmədşərifov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar. == Vətən müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının ehtiyatda olan leytenantı Tofiq Musayev müharibənin ilk günlərindən ön xətdə fəal iştirak edib. O, hətda Zəngilan rayonunda düşməninin atıb qaçdığı silah-sursat yeşiyini ələ keçirib.
Tofiq Mustafazadə
Tofiq Teyyub oğlu Mustafazadə (1 iyun 1949, Zeyvə, Dəvəçi rayonu) — Azərbaycan tarixçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Beynəlxalq münasibətlər tarixi» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015). == Həyatı == Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlər aldığına görə o, K.Marks adına təqaüdə layiq görülmüşdür. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16 dekabr, 1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. Tofiq Mustafazadə 1 iyul, 1986-cı ildən böyük elmi işçi, 1 fevral, 1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16 noyabr 1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə müdir təyin edimiş və 8 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır. Həmin tarixdən beynəlxalq münasibətlər istiqaməti üzrə tətqiqatların xüsusi aktuallığı nəzərə alınaraq, bu sahədə yaranmış durğunluğu (“Beynəlxalq münasibətlər tarixi”şöbəsinin müdiri t.e.d.,prof. H.C.Əlibəylinin uzun sürən xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar şöbənin normal fəaliyyəti pozulmuşdur) aradan qaldırmaq üçün T.Mustafazadə İnstitutun rəhbərliyi tərəfindən “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
Tofiq Mövləvi
Tofiq Səməd oğlu Mövləvi (21 dekabr 1938, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti. == Həyatı == Mövləvi Tofiq Səməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. === Ailəsi === Mövləvi Səmədin oğludur. == Fəaliyyəti == === Səhnə fəaliyyəti === 1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işləyir. Əsas rolları: Heydər ("Qız atası",Ə.Əsgərov), Serqo ("Şeyx Sənan" Hüseyn Cavid), Çərkəz Murad ("Ana", Hüseyn Cavid), Rza bəy ("O olmasın,bu olsun",Üzeyir Hacıbəyov), Müküş ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s.
Tofiq Mütəllibov
Tofiq Mütəllim oğlu Mütəllibov (13 aprel 1929, Naxçıvan – 30 oktyabr 1992, Bakı) — şair, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir."Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş etmişdir. "Cücələrim"in 60-dan çox yaşı var.
Tofiq Mütəllimov
Tofiq Mütəllimov — rejissor == Filmoqrafiya == Aman, ayrılıq (film, 1989) Astana (film, 1988) Azərbaycan-88 (film, 1988) Azərbaycan məktəbinin 60 illiyi (film, 1980) Azərbaycan Oktyabrın 70 illiyinə (film, 1986) Bizim Nəsibə xanım (film, 1991) Canlı naxışlar (film, 1987) Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985) Dünyada yeganə (film, 1989) Füzuli-500 (film, 1997) Hüseyn Cavid (film, 1988) Hüseyn Ərəblinski (film, 1982) Xaldanda görüş (film, 1980) İcarədarlar (film, 1990) İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) Molla Pənah Vaqif (film, 1990) Monoloq (film, 1987) Nəsirəddin Tusi (film, 1984) Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989) Poeziya bayramı (film, 1982) Şəbi-hicran (film, 1993) Torpaq haqqı (film, 1986) Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) Yüz ilin bir günü (film, 1987) 100 ilin astanasında (film, 1992)(II) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Tofiq Məhərrəmov
Tofiq Məhərrəmov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Tofiq Sabir oğlu Məhərrəmov 1973-cü il oktyabr 11-də Quzanlı kəndində anadan olub.1990-cı ildə orta məktəbi bitirdikdən sonra Ağdam hərbi komissarlığının xətti ilə sürücülük təhsili alır. 1992-ci ilin aprelin -1-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb.Döyüş yolu Ağdam rayonundan başlanan Tofiq Fərrux,Əliağalı,Kolanlı, Cınli,Xaçınstroy,Mərzili və.s.kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib, fədakarlıq göstərib. Bir çox Quzanlı cavanları kimi Tofiq də Azərbaycanda müharibənin ən ağır dövrlərini öz əsgər ömründən keçirib. Sentyabrın 25-də Fərrux dağı uğrunda gedən dğyüşdə o,ayağından yaralanır,buna baxmayaraq tezliklə döyüş qabliyyətini bərpa edib ön xəttə qayıdır. Tofiq təkcə Ağdamda yox, Ağdərə bolgəsində gedən döyüşlərdə də iştirak edib.Ağdərənin ta Vəngə qədər bir çox döyüş gedən məntəqələrində düşmənlə üz- üzə durub. 1992-ci ilin noyabrda, Ağdam istiqamətində düşmən hücumlarının gücləndiyi vaxt komandanlıq tərkibində Tofiqində olduğu rotanı Mərziliyə göndərir.Onlar bir neçə dəfə ermənilərin Qarakənd tərəfdən edilən hücumlarının qarşısını alırlar.Ancaq düşmən ardı- arası kəsilmədən həmlələr edirdi.Onlarla əsgərimizin itirildiyi belə döyüşlərdən birində,1993-cü ılin 9 fevralda Tofiqin bədəninə dəyən bir neçə güllə yarasından Mərzilidə həlak oldu.
Tofiq Məhərrəmoğlu
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. == Həyatı == Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Tofiq Məlikli
Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; 31 avqust 1942, Kirovabad) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünası, tərcüməçisi, kulturoloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991) == Həyatı == Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T.Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur.
Tofiq Məmmədov
Tofiq Məhəmməd oğlu Məmmədov (1935) — azərbaycanlı tarixçi. Tofiq Əsgər oğlu Məmmədov (1941) — azərbaycanlı rejissor. Tofiq Sadıq oğlu Məmmədov (1957—2022) — azərbaycanlı alim. Tofiq Faiq oğlu Məmmədov (1980) — azərbaycanlı cüdoçu.
Tofiq Nağıyev
Nağıyev Tofiq Murtuza oğlu (4 mart 1941, Bakı) — Kimya elmləri doktoru, akademik, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediysı" Elmi Mərkəzinin direktoru və Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi. == Həyatı == Nağıyev Tofiq Murtuza oğlu 4 mart 1941-ci ildə Bakıda anadan olmuşdur. Görkəmli kimyaçı alim, neft kimyaçısı, kimyaçı texnoloq, Sosialist Əməyi Qəhrəmanı akademik Murtuza Fətulla oğlu Nağıyevin oğludur. 1959–1964-cü illərdə T. Nağıyev Azərbaycan Dövlət Universitetinin (BDU) kimya fakültəsində təhsil almışdır. Kimya üzrə fəlsəfə doktoru (1967) və elmlər doktoru (1974) və professordur (1976). 1969-cu ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda laboratoriya müdiri işləmiş, M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları" şöbəsinin müdiridir. AMEA-nın akademiki (2001), RH-nin üzvü (2007) və vitse-prezidenti (2013), AAK RH-nin üzvüdür (2001). 2004-cü ildə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktorudur.AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyası bürosunun, Redaksiya-Nəsriyyat Şurasının üzvü, həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri", "Химические проблемы" jurnallarının (2003), "Azərbaycan kimya jurnalı"nın (2013) və "Elm"– "Наука" qəzetinin redaksiya heyətlərinin, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu Himayədarlar Şurasının üzvüdür (2013). Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Rəyasət Heyətinin qərarı ilə REA SB-nin "Химия в интересах устойчивого развития" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçılmişdir (2017). Beynəlxalq Bioqrafiya Mərkəzinin (B. Britaniya) "İntellektuallardan kim kimdir" məlumat kitabının 12-ci nəşrində (1996) və "Elm və texnologiyada kim kimdir" Beynəlxalq sorğu kitabında bioqrafiyası dərc olunmuşdur (2006).
Tofiqi
Tofiqi — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Tofiqi kəndi Şirvan düzündədir. XIX əsrə aid mənbədə Toyfiqi formasında qeydə almmışdır. Yerli əhali Toroo şəklinda da işlədir. Oykonim çox güman ki, Tofiq antroponimi ilə əlaqədardır. == Din == Kənddə Tofiqi kənd məscidi dini icması fəaliyyət göstərir.
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır.Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır. Birinci şəxs olaraq danışır və qürur, qəzəb kimi hislər sərgiləyir, bəzən insanların qarşısına "insan görüntüsü" ilə çıxır.