BƏYTURAN
BƏYZAD
OBASTAN VİKİ
Rafiq Bəyverdiyev
Rafiq Bəyverdiyev (tam adı: Rafiq Nurməhəmməd oğlu Bəyverdiyev; 1 iyun 1998; Qusar, Azərbaycan — 20 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafiq ləqəbini qazanıb. Rafiq Bəyverdiyev oktyabrın 20-də şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdə götürüldü və ailəsinə təhvil verildi.