BƏZƏK

I. i. adornment, decoration, ornament; yapma bəzəyi stucco moulding; ~ vermək / vurməq bax bəzəmək

II. s. ornamental; ~ bitkiləri ornamental plants; ~ şeyləri (qadın üçün, qiymətli) jewelry, (xırda, ucuz) trinkets; ornamental; (evi və ya paltarı bəzəmək üçün) knick-knack (nicknack)

BƏZƏDİLMƏK
BƏZƏK-DÜZƏK
OBASTAN VİKİ
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Azərbaycan milli qadın bəzəkləri
== Tarixi == Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Bəzəkli ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Bəzəklicə
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Bəzəklilentşəkillikimilər
Bəzəklilentşəkillikimilər (lat. Lampriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Bəzəktoxum mahmızçiçəyi
Bəzəktoxum mahmızçiçəyi (lat. Delphinium dictyocarpum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub,hündürlüyü 60-100 sm-ə bərabərdir. Yarpaqları növbəli, uzunsaplaqlı, dairəvi-böyrəkşəkilli, uzunluğu 5-10 sm, eni isə 6-13 sm, dişli-yarılmış, 5-7 rombşəkilli, çılpaq və ya seyrək tükcüklüdür. Çiçəkləri sıxlaşmış çoxçiçəkli fırçalı olub, uzunluğu 40 sm-ə qədərdir. Çiçəkləri qeyri-düzgün, kasacığı tacvarı, 5 tünd-göy yarpaqcıqlı, yuxarı yarpaqları əsasından tam mahmızlaşmış, zeh əmələ gətirmişdir. Ləçəkləri qısa kasa yarpağından nektarlıqdan, mahmızdan ibarət hamar, ağımtıl, bükük və yarısına qədər yarılmışdır. Erkəkcikləri çoxdur. Meyvəsi çoxyarpaqlı, üç çoxtoxumlu yarpaqcıqlardan ibarət, uzunluğu 1 sm-ə qədər olub, yarpaqcıqları dimdiklidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Milli qadın bəzəkləri
Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Bəzəkli çökükburun
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.

Значение слова в других словарях