CÜMŞÜD

dəbdəbəli, cah-calallı; parıldayan, bərq vuran (İranın əfsanəvi şahlarından biri).
CÜMƏ
CÜNEYD
OBASTAN VİKİ
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Nuriyev Cümşüd Qurban oğlu 16 sentyabr 1955-ci ildə Ağsu rayonun Daşdəmirbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Geoloji Coğrafiya fakültəsinin Coğrafiya ixtisasını bitirmişdir. 1989-92-ci illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibə veteranıdır. “Veteran Həmrəyliyi” (2015), “General Səməd Bəy Mehmandarov” (2017) və “General Cəmşid Naxçıvanski” (2018) yubiley medalları ilə təltif olunmuşdur. İstiqlalçı deputatdır. Ailəlidir, iki övladı və üç nəvəsi var.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, İrəvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası Əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Cümşüd Zülfüqarlı 30 yanvar 1905-ci ildə İrəvan şəhərində anadan olub. 1930-cu ildə Bakı Dövlət Universitetinin Peda­qoji fakültəsinin Təbiət şöbəsini bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri; 1945-1957-ci illərdə Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti; 1951–1952-ci ildə Bakı Dövlət Unversitetində Kimya fakültəsinin dekanı; 1957-1980-ci illərdə Qeyri-üzvi kimya kafedrasının müdiri; Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. === Akademik fəaliyyəti === Cümşüd Zülfüqarlı 1930-1932-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə kimya elmləri doktoru elmi dərəcəsini və 1960-cı ildə professor elmi adını alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Cümşüd Zülfüqarlı 300-dən çox elmi əsərin, o cümlədən 4 mono­qrafiyanın müəllifidir.
Cümşüd İbrahimli
Cümşüd Rəşid oğlu İbrahimli (1941, Borçalı) — rəssam. == Həyatı == 1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cü ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltaraşlıq" fakültəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir. Təyinatla Bakıya gələn (1973) cavan heykəltaraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltaraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır. Heykəltaraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir.
Cümşüd Əsgərov
Malıbəyli Cümşüd
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Ceyhun Cümşüdov
Cümşüdov Ceyhun Şükür oğlu — Azərbaycan rejissoru, prodüser, aktyor. == Həyatı == Ceyhun Cümşüdov 13 yanvar 1973-cü ildə Şabran şəhərində (Dəvəçi) anadan olub.İlk orta təhsilni Şabran şəhər Tofiq Abbasov adına bir npmrəli orta məktəbində alıb.(1980-1990) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).Yeni Azərbaycan Partiyasının üzv seçilib.(1997) Azərbaycan Dövlət Gənclər Teatrında aktyor,(2002-2006) AzTV-də və 2006-2019 ilədək İctimai TV-də böyük rejissor,Həmkarlar ittifaqında ,təftiş komisyasının üzvü və sədri vəzifəsində çalışıb.2017 ci illərdə, vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə "Fədai" və "Vətən naminə" medalları ilə təltif olunub.2011-2019 ci ildək Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri ictimai birliyin üzvü və İctimayətlə əlaqələr üzrə referenti,2019 cu ilin iyun ayından həmin təşkilatın mətbuat xidmətinin rəhbəri vəzifəsində şalışır. 2015-cü ildən "peşəkar rejissorlar gidiyası"nın 2019 cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2022-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində prodüser vəzifəsidə çalışır. Ailəlidir üç övladı var. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) (rejissor assistenti) Bizim jek (film, 2010) (rejissor və aktyor) Şans (film, 2004) (rejissor assistenti) Qovğalı kəndinin gecələri (film, 2008) (aktyor, prodüser) Sonuncu dərviş (film, 2009) (prodüser) 220 №-li otaq (film, 2010)(aktyor) Saqqallı uşaq (film, 2010) (qurluşçu rejissor) Gəl təzədən evlənək (film, 2012) (qurluşçu rejissor) Üç görüş (film, 2012) (qurluşçu rejissor) Yollar uzanan gün... (film, 2014) (qurluşçu rejissor) Vətənim Azərbaycan (sənədli film,2019)(ssenari müəllifi və rejissoru) 12. Sözün sehri (rejissor) 13. Ədəbi ensiklopediya (rejissor) 14. Azərbaycan klassikləri (rejissor) 15.
Cümşüdlü
Cümşüdlü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cümşüdlü Göygöl r-nunun Balçılı i.ə.v.-də kənd. Xeyrə çayının yaxınlığındadır. Yaşayış məntəqəsi XIX əsrin sonralarında cümşüdlü nəsli tərəfindən salınmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1674 nəfər əhali yaşayır. == Mədəniyyəti == Ərazisində qədim "Qız qalası" abidəsi yerləşir. == İqlimi == Kəndin iqlimi mülayim-istidir.
Orxan Cümşüdov