CÜR

is. [bəzən “cürə” şəklində də işlənir]
1. Növ, çeşid, qisim. Mağazada yüz cür şey var.
□ Hər cür – hər növ, ürəyin istəyən, ən müxtəlif.
[Rəsul] hər cür yeməkdən araya gətirdi. Aşıq Qərib”.
Qızın qohuməqrəbaları hərə bir cürə pay götürüb, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.

2. Üsul, qayda, tərz. Ayrı cür edə bilməzdim.
□ Bir cür – bir qaydada, bir tərzdə. Hamı bir cür geyinmişdir.
Bu cür – belə, bu qaydada, bu tərzdə. Bu cür işləmək olmaz.
[Əsgər xalasına:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Ü.Hacıbəyov.

Синонимы

  • CÜR cür bax növ 1
  • CÜR növ — çeşid — qisim
  • CÜR üsul — yol — metod — tərz

Этимология

  • CÜR Dürr sözü ilə qohumdur, cürbəcür və dürlü –dürlü sözləri sinonim kimi işlədilir. De­­virmək və çevirmək sözləri də qohumdur
CÜNG
CÜRBƏCÜR

Значение слова в других словарях