cənubi

ру южный en southern de südlich fr méridional es meridional it meridionale
cənub istiqaməti
cərəyan, güc
OBASTAN VİKİ
Cənubi Brianson
Cənubi Brianson (fr. Briançon-Sud) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0525. Cənubi Brianson kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Brianson kommunasıdır. 2007-ci ildə əhalinin sayı 10 511 nəfər təşkil edirdi.
Cənubi Buq
Cənubi Buq — Ukraynanın cənub qərbində çay. Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2. Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur.
Cənubi Cimahi
Cənubi Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Cənubi Cimahinin 238,792 nəfər əhalisi olub.
Cənubi Dakota
Cənubi Dakota (ing. South Dakota) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Pirr şəhəridir.
Cənubi Georgiya
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həmdə Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır. Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur.
Cənubi Hollandiya
Cənubi Hollandiya (nid. Zuid-Holland [ˈzœy̆t ˈɦɔlɑnt] ( dinlə)) — Şimal dənizində və Niderlandın qərb hissəsində yerləşən əyalət. Əyalətin mərkəzi Haaqa, ən böyük şəhəri Rotterdamdır.
Cənubi Kareliya
Cənubi Kareliya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Kyumenlaakso, Cənubi Savoniya və Şimali Kareliya, o cümlədən Rusiya (Kareliya Respublikası və Leninqrad vilayəti) ilə əhatələnib. Cənubi Kareliya Regional Şurası doqquz üzv bələdiyyənin ortaq bələdiyyə orqanıdır. Şura regional inkişaf orqanı və regional planlaşdırma vahidi kimi fəaliyyət göstərir və regional maraqlara nəzarət edir. Şura Cənubi Kareliyada iqtisadi inkişafı və mədəni rifahı təşviq edir və regional inkişaf və planlaşdırma üçün qanuni məsuliyyət daşıyır. AB-nin Cənubi Kareliya üçün Regional Hədəf Proqramları qismən müxtəlif layihələri həyata keçirdiyi və koordinasiya etdiyi üçün Şurada hazırlanmışdır. Şura AEBR kimi bir sıra beynəlxalq təşkilatlarda da təmsil olunur. Vilayət iki rayondan və 9 kommunadan ibarətdir. İmatra və Lappeenranta kommunaları şəhər statusu almışdır.
Cənubi Karolina
Cənubi Karolina (ing. South Carolina) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbiya şəhəridir.
Cənubi Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Cənubi Koreya
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Cənubi Loular
Cənubi Loular — Şərqi Afrikada Nilboyu xalqlar qrupu. Uqandanın şimalında yaşayırlar: lanqolar (Şimal vilayətinin cənubunda, Kyoqo gölündən şimalda 1,7 mln. nəfər); açolilər [özlərini akoli adlandırırlar; Şimal vilayətində 1,3 mln. nəfər (2010); 50 min nəfərdən çox həmçinin Sudanın cənubunda Şərqi Ekvatorial vilayətinin cənub qərbində Açoli dağında yaşayır]; kumanlar (ikumamalar, ikokolemular, ako kolemular; Kvania və Kyoqo gölləri arasında, Şərq vilayətinin şimal qərbində Kaberamaido dairəsində təqribən 200 min nəfər). Uqandanın cənub şərqində (Şərq vilayətinin şərqində Tororo dairəsi) copadholalar (padho lalar, damalar, budamalar; 480 min nəfər), Keniyanın cənub qərbində, Viktoriya gölündən şərqdə (Nyanza əyaləti) coluolar yaşayırlar. Alurlar (özlərini coalur adlandırırlar) Albert gölündən şimal qərbdə (Uqandanın Şimal vilayətinin cənub qərbində, Nebbi dairəsində 640 min nəfər və Konqo Demokratik Respublikasının şimal şərqində, Yuxarı Konqo əyalətinin şərqində 880 min nəfər) məskunlaşmışlar. Ümumi sayları 10 mln. nəfərdən çoxdur (2009). Nilboyu dillərin qərbi luo qrupunun cənub yarımqrupuna daxil olan dillərdə danışırlar. Dindarların əksəriyyəti xristiandır, müsəlmanları da var.
Cənubi Mesopotamiya
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Cənubi Osetiya
Cənubi Osetiya (oset. Хуссар Ирыстон; rus. Южная Осетия) və ya rəsmi adı ilə Cənubi Osetiya Respublikası – Alaniya Dövləti (oset. Республикӕ Хуссар Ирыстон – Паддзахад Аллонстон; gürc. ცხინვალის რეგიონი; rus. Республика Южная Осетия – Государство Алания) – Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, 5 sentyabr 2008-ci ildə Nikaraqua, 10 sentyabr 2009-cu ildə Venesuela, 16 dekabr 2009-cu ildə Nauru, 29 may 2018-ci ildə isə Suriya Cənubi Osetiyanın müstəqilliyini tanımışdır. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.
Cənubi Ostrobotniya
Cənubi Ostrobotniya (fin Etelä-Pohjanmaa; isv. Södra Österbotten) — Finlandiyanın 19 regionundan biridir. Ostrobotniya, Mərkəzi Ostrobotniya, Mərkəzi Finlandiya, Pirkanmaa və Satakunta regionları ilə sərhəddir. Seynyayoki regionun mərkəzi və ən böyük şəhəridir. Cənubi Ostrobotniya regionunun 15 bələdiyyəsi var ki, bunlardan 8-i şəhər statusu alıb. Bir sıra şəxsər Cənubi Ostrobotniya regionunu bütün dünyada tanıtmışdılar. Məsələn, The Dudesons və ənənəvi Finland sviteri Jussishirt Cənubi Ostrobotniya dedikdə ilk ağıla gəlinəcək şəxslər və əşyalardır. Finlandiyanın ən böyük rok qruplarından biri Provinssirock və dünyanın ən qədim tanqo festivalı olan Tangomarkkinat regionun Seynyayoki şəhərində keçirilir.
Cənubi Park
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənubi Pireney
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Cənubi Savoniya
Cənubi Savoniya və ya rəsmi olaraq Cənubi Savo (fin Etelä-Savo; isv. Södra Savolax) - Finlandiyanın vilayətidir. Bu vilayət Şimali Savoniya, Şimali Kareliya, Cənubi Kareliya, Kyumenlaakso, Pyayat-Hyame və Mərkəzi Finlandiya ilə əhatələnib. Cənubi Savoniya Finlandiya göllər bölgəsinin mərkəzindədir və Finlandiyanın ən böyük gölü olan Sayma gölü də bu vilayətdə yerləşdir. Vilayət 12 kommunadan ibarətdir. Mikkeli, Savonlinna və Pieksyamyaki kommunalarının şəhər statusu var. Yerli mətbəxi, adətən, kartof püresi ilə servis edilən qızardılmış kiles balığı və lyortsi adlanan yarımdairəvi şirniyyatı ilə məşhurdur. Southern Savonia (official site).
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Cənubi Sumatra
Cənubi Sumatra (ind. Sumatera Selatan, qısaldılmış olaraq Sumsel) — İndoneziya əyalətidir. Sumatra adasının cənub-şərqində yerləşən, əyalət 91.592.43 km² (35.364 kvadrat mil) əhatə edir və 2010-cu il siyahıyaalınmasında 7.450.394 əhalisi var; son rəsmi qiymətləndirmə 10,675,862 (May 2015-ci il tarixinə). Vilayətin paytaxtı Palembanqdır. Vilayət şimaldan Cambi, qərbdən Benqkulu və cənubdan Lampunq ilə həmsərhəddir. Şərqdəki Banqka boğazı Cənubi Sumatra və Banqka Belitunq Adaları əyalətinə daxil olan Banqka adasını ayırır. Bu əyalət təbii sərvətlərlə, məsələn, neft, təbii qaz və kömürlə zəngindir. Vilayət çox müxtəlif etnik qrupların yaşadığı üçün çox müxtəlifdir. Malaylar əyalətdə dominant etnik qrupdur. Onların əksəriyyəti həm İndoneziya, həm də siravi malay üçün qarşılıqlı əlaqəsiz olan Palembanq Malay dilində danışdılar.
Cənubi Bismark plitəsi
Cənubi Bismark plitəsi — tektonik mikroplitə olaraq 0,00762 steradion sahəyə malikdir. Adətən Sakit okean plitəsinin tərkib hissəsi kimi göstərilir. Bismark arxipelaqı (Yeni Britaniya), Yeni Qvineyanın şimal-şərqi hissəsi, Solomon dənizinin şimal-qərbi, Bismark dənizinin isə cənubu bu plitənin üzərində yerləşir. Konvergent sərhəddində Yeni Britaniya və Solomon adaları yerləşir. Vudlark, Şimali Bismark, Manus və Solomon dənizi plitələri ilə əhatələnmişdir.
Cənubi Egey adaları
Cənubi Egey adaları (yun. Περιφέρεια Νοτίου Αιγαίου) — Yunanıstanın 13 periferiyasından biri. Periferiyanın inzibati mərkəzi — Siros adasında yerləşən Ermupolis şəhəridir. Sahəsi 5.286 nəf./ km² və ölkənin 4 %-ni əhatə edir. 1987-ci ildə yerli idarəetmə haqqında Qanuna 1622/86 əsasən yaradılmışdır. 2011-ci ildə, Kallikratis proqramına əsasən mərkəzi Pirey ilə Egey adaları desentralizasiya idarəsinə daxil edildi.
Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir. Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq və Leykland kimi başqa şəhərlərində yerləşir. Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır. 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir. Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır. Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır. Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir. Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Cənubi Kaliforniya Universiteti
Cənubi Kaliforniya Universiteti (ing. University of Southern California) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin Mühəndislik fakültəsi zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Cənubi Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi Koreya Xarici İşlər Nazirliyi
Cənubi Koreya Xarici İşlər Nazirliyi — Cənubi Koreyanın diplomatik münasibətlərindən məsul olan icra orqanı. Nazirlik 17 iyul 1948-də yaradılmışdır. 1998-ci ilədək Nazirlik Xarici İşlər Nazirliyi adlandırılmışdır, sonra ticarət sahəsindəki yurisdiksiyasını genişləndirərək Xarici İşlər və Ticarət Nazirliyi olaraq tanınırdı. Lakin 2013-ci ildə köhnə adını yenidən götürdü. Nazirlik Seulun Çonnoqu şəhərində yerləşir. Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi, 19 fevral 2018-ci il tarixində Koreya Respublikası və İsveçrənin xarici işlər nazirləri arasında danışıqlar aparmağı açıqladı və bu çərçivədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Koreya yarımadasının müzakirəsi planlaşdırılırdı.
Cənubi Koreya bayrağı
Cənubi Koreya bayrağı — Koreya Respublikasının Dövlət bayrağı Cənubi Koreyanın bayrağındakı ağ rəng Koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm). Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağı "theqıkki" adlandırılır. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
Cənubi Koreya gerbi
Cənubi Koreya gerbi — Cənubi Koreyanın rəsmi gerbi.
Cənubi Koreya milli parklarının siyahısı
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.

Значение слова в других словарях