1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin operasiya üsulu ilə müalicəsi).
// Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahlıq təcrübəsi. Cərrahlıq klinikası. – Son dərəcə müxtəlif olan zədələnmələrin öyrənilməsi cərrahlıq sahəsinə aid olduğu üçün bu amillərin orqanizmə ancaq ümumi təsirini nəzərdən keçirək. “İnsan nədən xəstələnir”.
// Operasiya əməliyyatlarında istifadə edilən. Cərrahlıq alətləri. Cərrahlıq qayçısı.
// Operasiya ilə həyata keçirilməli olan; operasiyalıq.
On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var.
2. Cərrahın işi, peşəsi, sənəti, ixtisası. Cərrahlıqla məşğul olmaq. Cərrahlıq çətin sənətdir.